Tekyemisan - Wikipedia
Təkyemişan - Haqqında Məlumat
Təkyemişan — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.[1]
Təkyemişan | |
---|---|
40°40′00″ şm. e. 45°28′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktə- Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Təkyemişan kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Böyük Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. 1921-1922-ci illərdə həmin rayondakı Emir kəndindən də buraya ailələr köç etdikdən sonra kəndə el arasında Emirri də deyilmişdir.
Toponimikası
redaktəTəkyemişan oykonimi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi tək yemişan ağacının yaxınlığında salındığına görə belə adlanmışdır. Bu ağac kəndin yaxınlığında hələ də durur.[2]
Əhalisi
redaktə2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 189 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
redaktə- Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629