Tek Uzuk - Wikipedia
Tək_Üzük - Haqqında Məlumat
Tək Üzük, həmçinin Hakim Üzük və ya İsildurun Zəhəri — Con Tolkinin "Üzüklərin hökmdarı" epik romanının hadisələrin mərkəzində olan obyekt. Tək Üzük ilk dəfə 1937-ci ildə nəşr olunan "Hobbit"də xatırlanır. Hekayədə Tək Üzük sahibinə görünməzliyi təmin edən sehrli üzük kimi təsvir edilir. 1954–1955-ci illərdə nəşr olunan "Üzüklərin hökmdarı" seriyasında Tək Üzüyün səlahiyyətlərinin, sahibinə görünməzlik verməkdən daha böyük xüsusiyyətlərə malik daha qaranlıq bir obyekt olduğu ortaya çıxır. Tək Üzük Qaranlıq hğkmdar Sauron tərəfindən Orta Dünyanı ələ keçirmək planının bir hissəsi olaraq yaradılmışdır. "Üzüklərin hökmdarı" Sauronun bu məqsədə çatmasının qarşısını almaq üçün Üzüyü məhv etmək missiyası ilə uzun bir səyahətdən bəhs edir.[1]
İstinadlar
redaktə- ↑ Humphrey Carpenter, ed. (1981), The Letters of J. R. R. Tolkien, Boston: Houghton Mifflin, ISBN 0-395-31555-7