Tisbaga Terbiyecisi - Wikipedia
Tısbağa tərbiyəçisi (türk. Kaplumbağa Terbiyecisi) — Osman Hamdi Beyin 1 may 1906-cı ildə Parisdə Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün çəkdiyi rəsm əsəri.[1] Bu əsər 2004-cü ildə Türk rəsm sənəti tarixində ən yüksək qiymətə, 3,5 milyon dollara satılmışdır.[2] Əsəri Suna və İnan Kıraç Vakfı Pera Muzeyində sərgilənməsi üçün satın almışlar.
Tısbağa tərbiyəçisi | ||
---|---|---|
| ||
Rəssam | Osman Hamdi Bəy | |
Tarixi | 1906 | |
Üslubu | satira | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 221,5 sm × 120 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Pera muzeyi | |
Saytı |
pivada.com/kaplumbaga-te… peramuseum.org/artwork/t… |
|
İnventar nömrəsi | PM_GAP_PC.045 | |
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəParisin Böyük Sarayında ilk dəfə sərgiyə çıxarılan bu əsər öncə "Tısbağalar və adam" kimi adlandırılmışdır. Rəsm üzərində yazılmış 1906-cı il yazısı deməyə imkan veriri ki, əsər ilin əvvəllərində çəkilmişdir. Bir il sonra Osman Hamdi Bəy nisbətən kiçik və bəzi fərqlər olmaqla ikinci bir əsəridə çəkmişdir. İkinci əsərdə rəssamın qohumu olan "Salih Münir Paşaya itihaf olunur" yazısı var.
Əsərin çəkilməsi ilə bağlı iki əsas fikir mövcuddur:
1. Bu əsərin çəkilməsindən 37 il əvvəl Osman Hamdi Bəy Bağdadda olan zaman babasına yazdığı məktubda təsadüfən əlinə keçən Tour de Monde jurnalının bir nüxsəsini maraqla oxuduğunu söyləyir. Jurnalda isveçrəli diplomat Aime Humbert Yaponiya təsüratlarından və əsələn koreyyalı olan tısbağa tərbiyyəçisindən söz açmışdır. Yazıda tərbiyyəçinin tısbağaları müsiqi çalmaqla bir sırada hərəkət etdirməsi və kiçik masa üzərində üst-üstə toplaması təsvir olunur. Yazıya həm də bu mənzərəni əks etdirən qravür da əlavə olunmuş. Ola bilsin ki, məhz bu məqalə və şəkil Osman bəyin öz əsərini yaratmağa ilhamlandırmışdır.[1]
2. İkinici ehtimal odur ki, Lalə dövrü zamanı, hava qaralan zaman üzərinə şam qoyularaq sərbəst buraxılan tısbağalar ola bilsin bu rəsim üçün qaynaq olmuşdur. Həmin dövürdə məhz bu tısbağalara özəl xidmət lazım idi və Osman Bəy bu kimi bir çox məsuliyyətli işləri öz uzərinə götürmüşdü.
Əsər
redaktəƏsərdə yerdə yarapaq yeyən tısbağaları seyr edən bir adam təsvir olunub. Adamın olduğu yer Bursa Yaşıl Caminin üst qatda ki, otaqdır.[3] Bu pəncərə üzərində ki, naxışlardan və yazıdan məlum olur. Ehtimal olunur ki, rəsmin çəkilişində fiqur kimi Osman Bəy özü modellik etmişdir. Rəsimdə qırmızı kaftan geyinmiş, əlində isə bir ney olan saqqalı bir adam təsvir olunmuş. Adamın belində kiçik nağara və onu döyəcləyən xüsusi alət görsənir. Bu musiqi alətlərindən istifadə edərək tısbağaları tərbiyyə etmək istəyi əsərdən aydın olsa da, adamın yorğunluğu və düşüncəli duruşuda diqqət çəkir. Ümumən neyin tutma tərzindən aydın olur ki, adam artıq bu fikrindən sanki imtina edir.[4]
1907-ci il versiyası
redaktəRəsmin ikinci versiyasında gözə çarpacaq fərqlər olsa da, mahiyyət etibari ilə eyni məna daşıyır. Fərqlər ilk növbədə tısbağaların sayında, pəncərə önünüdə duran vazada eləcə də, divarda asılmış Allah və Məhəmməd yazılı tabloda özünü göstərir.
Əsərin mahiyyəti
redaktəOsman Hamdi Bəy ilk türk arxeloqu idi. Hamdi bəy Sidon sarkofaqını tapıb İstanbula gətirən şəxsdir. O həm də İstanbul arxeloji muzeyinin qurucusu və ilk muzey rəhbəri idi. Osman bəy Gözəl Sanatlar Akademiyasının qurucusudur. O bütün bunları sənətə qiymət verilməyən, əksinə qarşısnda maniyələr yaradılan bir zamanda etmişdir. Həmişə gördüyü işlər bürokratlar tərəfindən əngələnmiş və cəmiyyətdən heç bir dəstək görməmişdir. Məhz tabloda kı, tısbağalar müasirləşməyə qarşı olan toplum, tərbiyəçi isə Osman bəy idi.[4]
Xarici keçidlər
redaktə- Kaplumbağa Terbiyecisi'nde ne anlatılıyor? Arxivləşdirilib 2015-10-27 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 "Kaplumbağa Terbiyecisi". 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
- ↑ "Koç rekor". 2015-10-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-15.
- ↑ Kaplumbağa Terbiyecisi hakkında bilgiler
- ↑ 1 2 "Bir Cinayet ve İflasın Hikayesi; Kaplumbağa Terbiyecisi Ne Anlatıyor?". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-16.