Turkmen Korfezi - Wikipedia
Türkmən_körfəzi - Haqqında Məlumat
Türkmən körfəzi — Xəzər dənizinin şərqində, Türkmənistan sahillərində şimaldan cənuba 80–90 km, qərbdən şərqə 80 km malik körfəz. Onun sahəsi 1600 km² təşkil edir. Şimaldan Çələkən yarımadası ilə Türkmənbaşı körfəzindən ayırır. Xənizi körfəzdən Oğurca adası ilə ayrılır. Çələkən Oğurçalı boğazı ilə isə birləşir. Sahilləri çox girintili-çıxıntılıdır. Burada Erqicen, Nеcimquli, Nemedcar, Kxokel, Karatau, Uzunada, Toutli və Acaada kimi körfəzlər vardır[1]. Suyun səviyəsi aşağı düşərkən geniş şoranlıqlar əmələ gəlir. Körfəzin şərqində dərinlik 3-4 metr, mərkəzində isə 9-11 metr təşkil edir. Gəmiçilik üçün yararlıdır. Körfəzin şimalında Cənubi Çələkən körfəzi yerləşir.
Türkmən körfəzi | |
---|---|
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Dərin yeri | 11 m |
Orta dərinliyi | 5-6 m |
Duzluluğu | 20-22 ‰ |
Yerləşməsi | |
39°00′00″ şm. e. 53°30′00″ ş. u.HGYO | |
Ölkə | Türkmənistan |
Akvatoriyası | |
|
|
|