Turkiyenin Inzibati Bolgusu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Türkiyə inzibati və məhəlli şərtlər nəzərə alınmaqla müxtəlif inzibati hissələrə ayrılmışdır. Mərkəzi idarə quruluşu baxımından illərə (vilayət), ilçələrə (rayon), və kəndlərə bölünmüşdür. Bunlara "mülki idarə bölümlər"i deyilir.
İnzibati hissələrin müəyyən coğrafi vəziyyətləri, iqtisadi şərtləri, ictimai xidmətlərinin gərəkləri və nəqliyyat vəziyyətləri diqqətə alınmaqdadır.
Türkiyənin ən böyük inzibati vahidləri "il" olaraq adlanırlar. Bir ilin ərazisi il mərkəzi, "ilçə" mərkəzləri və ilçələrə tabe bütün kəndləri əhatə edir. İllərdə idarə etmə və icra vəzifəsini dövlətin təyin etdiyi valilər yerinə yetirir. Respublikanın ilk vaxtlarında 63 olan il sayı, dəyişən şərtlər və ehtiyaclara görə hazırda 81-ə çatmışdır. İnkişaf etmiş bir çox ilçə də il olmağı gözləyir.
İldən daha kiçik inzibati vahidlərə "ilçə" deyilir. Hər il böyüklüyünə görə müxtəlif sayda ilçələrdən ibarətdir. İlçələrdə mülki icra nümayəndəsinə "kaymakam" deyilir. Ən kiçik inzibati vahidlər isə kəndlərdir. Muxtar tərəfindən idarə olunan kənd, rəhbərlik baxımından elçə mərkəzinə bağlıdır.
Son əhali sayımına görə Türkiyənin 81 eli (30 böyükşəhər), 922 elçəsi[1], 387 şəhəri, 18.293 kəndi, 32.207 qonşuluq və 109.890 küçesi vardır.
"Başkənd" (paytaxt) və "böyükşəhər" | |
"Böyükşəhər" |
1 Əhali statistikası 2000-ci ildə edilən son sayıma görə düzənlənmişdir.
El və el mərkəzlərinin adlarıredaktəTürkiyənin əksər ilinin mərkəz ilçəsi ümumən illə eyni ada sahib olmasına baxmayaraq bu hər zaman etibarlı deyil. 2005 etibarilə, Türkiyənin 81 ilinin üçünün adı il mərkəzinin adından fərqlidir: Hatay, Qocaeli və Sakarya. Bu illərin il mərkəzlərinin adı uyğun olaraq Antakya, İzmit və Adabazarıdır. Əvvəllər Hakkari ilinin mərkəzi Çöləmərik, Tunceli ilinin mərkəzi isə Kalan idi. Artvin 1956-ya qədər Çorux elinin mərkəzi idi. Bu tarixdən sonra isə ilin adı Artvin olaraq dəyişdirildi. Bənzər şəkildə Mərsin ilinin adı da 2002-yə qədər İçel idi. İlin adının 2002-ci ildə Mərsinə çevrilməsinə baxmayaraq il dövlət qeydiyyat nişanı sırası 33 olaraq qaldı. Türkiyənin mərkəzinin adı fərqli olan ilçələr də var. Məsələn: Afyonqarahisarın Sincanlı ilçəsinin mərkəzinin adı Sinanpaşadır. Həmçinin baxredaktəİstinadlarredaktə
Xarici keçidlərredaktə |