Turkiye Mese Yanginlari 2021 - Wikipedia
2021 Türkiyə meşə yanğınları — 2021-ci ilin iyul-avqust aylarında Türkiyənin cənub regionlarındakı meşələrdə baş vermiş[3][4][5] ölkə tarixindəki ən pis meşə yanğınları mövsümü.[6] Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə ve Cənub-şərqi Anadolu regionlarındakı 47 ildə yaranmış 239 meşə yanğınında[7] 9 nəfər həyatını itirmiş, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olmuşdur.
2021 Türkiyə meşə yanğınları | |
---|---|
Yeri | |
Ölkə | |
Yanma tarixi |
28 iyul 2021 |
Sönmə tarixi |
12 avqust 2021 |
Ölənlər | 9[1] |
Zərər çəkənlər | 58[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Meşə yanğınları 28 iyul 2021-ci il tarixində ilk olaraq Antalyanın Manavqat ilçəsində, təxminən 37 °C (99 °F) temperatur ilə başlamışdır.[5][8][9] Yanğın küləyin və isti hava temperaturunun da təsiri ilə yaşayış yerlərinə sıçramışdır.[10] 30 iyul tarixində Adana, Osmaniyyə, Mersin və Kayseri daxil olmaqla ümumilikdə 17 ildə[11] eyni vaxtda yanğın baş vermişdir.[12][13][14][15] 8 Avqust 2021-ci il tarixinə olan məlumata görə Muğlada altı yanğın hələ də söndürülməmişdir.[16]
Fon
redaktəYanğınlar 2021-ci ildə dünyada yaranmış ekstremal hava şəraitindən sonra baş vermişdir.[17] Hər il yay aylarında Türkiyənin Aralıq dənizi və Ege regionlarında meşə yanğınları yaranır.[1] Lakin 2021-ci ilin may ayı son 50 ilin ən istisi may ayı idi[18] və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdır.[17][19] Bunun ardınca iyunun ortalarına qədər 1 °C-dən aşağı olan müsbət temperatur anomaliyaları və bol yağıntı müşahidə edilsə də, bu, 26–27 iyun tarixlərində Kaş, Tarsus və Marmarisdə baş verən yanğınlara mane olmadı.[18][20] İyul ayının ikinci yarısında daha güclü istilər müşahidə edilmiş, bəzi bölgələrdə 12 °C -ə qədər müsbət temperatur anomaliyası yaranmış və mövsümi gündüz istiliyinin 27 °C (81 °F) civarında olduğu İstanbulun şimalında temperatur 36 °C (97 °F) olaraq qeyd edilmişdir.[21][22][23] Bundan başqa Türkiyənin cənub-şərqindəki Cizrə şəhərində havanın temperaturu 49 °C (120 °F) civarında qeydə alınmışdır ki, bu da ölkə miqyasında son 60 il üçün ən yüksək temperaturdur.[17]
Kopernik proqramına aid peyklər gündəlik maksimum temperatur intensivliyinin təxminən 20 giqavatt olduğunu ölçmüşdürlər ki, bu da əvvəlki rekorddan 4 dəfə çoxdur.[24]
Hadisə
redaktə28 iyul saat 12:00 radələrində Manavqatın Yeniköy məhəlləsi yaxınlığındakı meşəlik ərazidə meşə yanğını meydana gəlmişdir.[25] Manavqat bələdiyyə başçısı Şükrü Sözən "Yanğının ölçüsü çok böyükdür. Nə ilə mübarizə etdiyimizi bilmirik" deyərək yanğının ilçə mərkəzinə çatdığını bildirib.[9] Manavqat kaymakamı Mustafa Yiğit isə "Görülməmiş bir şey. Çox üzücü. Bu günə qədər belə bir şey görməmişəm. Yanğın evlərə çatıb, yaralılar var" demişdir.[9][25] Antalya Böyükşəhər Bələdiyyə başçısı Muhittin Böcek yanğının 4 bölgədə başlamasının düşündürücü olduğunu söyləyib.[10] O, yanğının söndürülmsəi üçün 10 ildən 19 helikopterin göndərildiyi ve 9 ildən 412 nəfərlik heyətin tapşırıldığını qeyd edib.[9] AFAD tərəfindən edilən açıqlamada ətrafdakı yaşayış yerlərinin təhliyə edildiyi bildirilmişdir.[26]
Yanğınlarda ən azı 2-si yanğınsöndürən olmaqla 8 nəfər həyatını itirmişdir.[27] Antalyada 18, Adana və Mersində isə 16 kənd boşaldılmışdır.[14] Zərər görənlərin çoxu tüstüdən qaynaqlanır.[2] Bodrumdakı 2 oteldə 4000-dən çox turist və işçi Türkiyə Sahil Mühafizə Xidməti tərəfindən[28] xüsusi qayıqların köməyi ilə dəniz yolu ilə təxliyə edilmişdir.[11][24] Ətraf və Şəhərsalma naziri Murat Kurum zərər görmüş 100-dən çox binanın söküləcəyini söyləyib.[29] Prezident Rəcəb Tayyib Ərdoğan 31 iyulda 5 cənub əyalətinin bir hissəsini fəlakət zonası elan etmişdir.[30][31]
Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli 3 təyyarə, 38 vertolyot və təxminən 4 000 yanğınsöndürənin yanğınlarla mübarizə apardığını söyləmişdir.[1] O, iyulun 30-da 71 yanğından 57-nin nəzarət altında olduğunu qeyd edib.[29] O, həmçinin 2000-dən çox kənd təsərrüfatı heyvanının öldüyünü bildirib.[31] AFAD-ın 29 iyulda verdiyi məlumatda 58 nəfərin hələ də xəstəxanada olduğu bildirilmişdir.[32]
Yanğınla mübarizədə 485 su tenderi[33] və 660 buldozerlə[29] birlikdə dronlardan da istifadə edilmişdir.[11] İyul ayında əsən güclü küləklər yanğının söndürülməsini çətinləşdirib.[33]
Avqustun 3-də Radio və Televiziya Ali Şurası Türkiyədəki mediaya bu mövzuda çox mənfi yanaşmamaları barədə xəbərdarlıq etmişdir.[34]
Avqustun ilk günlərində qərbdə yeni yanğınlar başladı.[35] 4 avqust stansiyaya çatan yanğın səbəbiylə Muğla ilindəki Kemerköy elektrik stansiyası boşaldıldı.[36] Elə həmin gün əyalətdəki bəzi digər insanlar da dəniz yolu ilə təxliyə edilib.[37] 7 avqustda Antalyada yağan yağış ərazidəki yanğınların nəzarət altına alınmasına kömək etsə də, Muğlanın 5 ilçəsində davam edən 13 yanğın hələ də aktiv olaraq qalıb.[38]
Beynəlxalq reaksiyalar
redaktəAzərbaycan, Rusiya, Ukrayna, İran[4] və AB[39] tərəfindən Türkiyəyə amfibiya təyyarə də daxil olmaqla təyyarələr göndərilib.[29] Azərbaycan meşə yanğınlarının söndürülməsi üçün 53 yanğınsöndürən maşın, həmçinin bir neçə təcili yardım maşını və 500 yanğınsöndürən göndərmişdir.[40] Yunanıstan yardım təklif etsə də, rədd edilmiş,[41][42] Pakdemirli açıqlamasında hökumətin yalnız beş tondan az su daşıya biləcək təyyarə təkliflərini rədd etdiyini söyləmişdir.[43] Bir çox başqa ölkələr və beynəlxalq təşkilatlar da ölkəyə yardım təklif etmişdirlər.[44][45]
Səbəb
redaktəBoğaziçi Universiteti iqlimşünası Levent Kurnaz son dərəcə isti və quru havanın yanğınların başlamasına təkan verdiyini söyləmişdir.[24] Bəzi meteoroloqlar isə səbəb olaraq Fön təsirini qeyd etmişdir.[46] Türk Torpaq Eroziyası ilə Mübarizə Vəqfi ilə çalışan meşəçilik mütəxəssisi Hikmet Öztürk meşə yanğınlarının demək olar ki, həmişə insanlar tərəfindən başladılmasına baxmayaraq, iqlim dəyişikliyinin də yanğının yayılmasını təsir etdiyini söyləmişdir.[31] Daxili işlər naziri Süleyman Soylu meşə yanğınlarının qəsdən törədilməsini iddia etmək üçün hələ də "heç bir təhlükəsizlik kəşfiyyatı" aparılmadığını qeyd edib.[47] 2021-ci ilin avqust ayından etibarən ehtimal olunan yandırırlma və ya səhlənkarlıq da daxil olmaqla yanğınların səbəbləri ilə bağlı rəsmi araşdırma davam edir.[48][49]
Ölənlər
redaktəMarmarisdə yanğın söndürən komandasına kömək edən Şahin Akdemir tüstüdən zəhərlənərək həyatını itirmişdir.[50]
Hadisənin sonrası
redaktəYaralılar üçün hökumət krediti ödənişləri təxirə salındı və zərər üçün ödəmələr edildi, kiçik sahibkarlara isə faizsiz kredit vəd edildi. Bəzi meşələrə payıza qədər ictimai giriş qadağan edilib.[51]
Müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, yanğınların çoxunun Tavr dağlarının dik ətəklərində baş verdiyi üçün təyyarələrin yanğınları nəzarət altında saxlamaqda daha təsirli olacağını, kifayət qədər təyyarə tədarükünün vacib olduğunu müdafiə etdi və Türk Hava Qüvvələri Birliyinin təklif vermə qabiliyyətini məhdudlaşdırdığını iddia edərək hökuməti tənqid etmişdir.[52] O, daha sonra prezidentin Türkiyədəki iqlim böhranına və quraqlığa məhəl qoymadığını söyləyib.[53] Digər müxalifət partiyalar da nazirliyi tənqid ediblər: Xalqların Demokratik Partiyasından Selahattin Demirtaş hökuməti səriştəsiz adlandırmış, İyi Partiyanın lideri Meral Akşener isə keçən il təyyarə çatışmazlığı ilə əlaqədar nazirliyə xəbərdarlıq etdiyini söyləmişdir.[52] Pakdemirli, nazirliyin 2021-ci ilin sonuna qədər yanğınsöndürən təyyarələr alacağını söyləyib.[52] Prezident bələdiyyələrin də yanğın söndürmədən məsul olduğunu söyləsə də, bələdiyyə başçıları böhran koordinasiya yığıncaqlarına dəvət almadıqlarını söyləmişdir.[54] Prezident avqust ayında fəlakət bölgəsini gəzmiş və bir ay ərzində yenidən qurma işlərinin başlayacağını söyləmişdir.[55]
Qalereya
redaktə-
-
Milasda meşə yanğını
-
Milasda yanğından qaynaqlanan tüstü
-
Milasdakı yanğınsöndürənlər
İstinadlar
redaktə- ↑ 1 2 3 "Son Dakika: Yangın haberleri peş peşe geldi! Bodrum, Alanya ve Didim'de de başladı..." Sözcü (türk). 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ 1 2 "Wildfires in southern Turkey leave 3 dead, 58 hospitalized". AP NEWS (ingilis). 2021-07-29. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Türkiyədə meşə yanğınları tüğyan edir". azertag.az. 2021-07-29. 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
- ↑ 1 2 "Turkish wildfire leaves charred home and ashes, as blazes spread". Reuters (ingilis). 2021-07-31. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ 1 2 "Türkiye'deki yangınlarda 4 kişi yaşamını yitirdi, 20 yerde söndürme çalışmaları sürüyor". BBC News Türkçe (türk). 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Turkish wildfires are worst ever, Erdogan says, as power plant breached". Reuters. 2021-08-04. 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət açıqlandı". oxu.az. 9 avqust. 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
- ↑ Rothwell, James. "One dead and ten stranded as wildfire rages across southern Turkey". The Telegraph. 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ 1 2 3 4 "Manavgat belediye başkanının çaresizliği ekrana yansıdı: Neyle mücadele ettiğimizi bilmiyoruz - Son Dakika". Sondakika.com (türk). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2021.
- ↑ 1 2 "Antalya Manavgat'ta büyük yangın". www.ntv.com.tr (türk). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2021.
- ↑ 1 2 3 Fahim, Kareem; Jul 29, Zeynep Karatas |; 2021. "Under a rust brown sky: Lethal wildfires menace Turkish resorts". Washington Post (ingilis). 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Türkiye'nin 'ciğerleri' yanıyor: 7 ilde 20 noktada orman yangını". TRT Haber (türk). 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ "Antalya, Adana, Mersin, Aydın, Muğla, Osmaniye ve Kayseri'de orman yangınları". NTV (türk). 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ 1 2 "Three dead as wildfire in south Turkey rages on -minister". Thomson Reuters Foundation (ingilis). 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ "Son Dakika: Yangın haberleri peş peşe geldi! Bodrum, Alanya ve Didim'de de başladı..." Sözcü (türk). 29 iyul 2021. 29 iyul 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- ↑ "Fires nearly end thanks to rains, massive efforts - Turkey News". Hürriyet Daily News (ingilis). 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-08.
- ↑ 1 2 3 "Turkish fires sweeping through tourist areas are the hottest on record". The Guardian. 30 iyul 2021. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 iyul 2021.
- ↑ 1 2 "Forest fires break out as Turkey experiences hottest days - Turkey News". Hürriyet Daily News (ingilis). 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "91 of 101 forest fires under control in Turkey: Minister". Anadolu agentliyi. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ [email protected]. "Global Climate Report - June 2021 | National Centers for Environmental Information (NCEI)". www.ncdc.noaa.gov (ingilis). 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ Cowan, Levi. "GFS Model - Tropical Tidbits". www.tropicaltidbits.com. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ "Resmi İstatistikler". mgm.gov.tr. Meteoroloji Genel Müdürlüğü. 23 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 dekabr 2020.
- ↑ "Historical Weather on Friday, July 30, 2021 at Istanbul Atatürk Airport, Turkey - Weather Spark". weatherspark.com. 2021-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ 1 2 3 "Turkish fires sweeping through tourist areas are the hottest on record". the Guardian (ingilis). 2021-07-30. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-31.
- ↑ 1 2 "Manavgat'ta büyük orman yangını". www.sozcu.com.tr (türk). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2021.
- ↑ "Son dakika... AFAD'dan Manavgat'taki yangınla ilgili açıklama". Milliyet (Türkçe). 2021-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2021.
- ↑ "Türkiyədə meşə yanğınları davam edir - Ölənlərin sayı 8 nəfərə çatıb". amerikaninsesi.org. 2021-08-02. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Turkey: Foreign tourists evacuated as wildfires threaten resorts". BBC News. 2021-08-01. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ 1 2 3 4 "Forest fires mostly under control as Turkey strives to recover". Daily Sabah (ingilis). 2021-07-30. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Yangından etkilenen yerler afet bölgesi ilan edildi". TRT haber. 2021-07-31. 2021-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ 1 2 3 CNN, Gul Tuysuz and Arwa Damon. "'The animals are on fire,' say devastated farmers as wildfires sweep Turkey". CNN. 31 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 August 2021.
- ↑ "Suspicious forest fires rage in Turkey's south for a second day". Daily Sabah. 29 iyul 2021. 2021-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ 1 2 "Turkey fights forest fires raging through country's south". www.aa.com.tr. 2021-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ "Turkey fires: Despite extra crews battling hard, hot and dry conditions mean the wildfires rage on". Sky News (ingilis). 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
- ↑ Agencies, Daily Sabah with. "Forest fires, new and old, burn across Turkey's west and south". Daily Sabah (ingilis). 2021-08-04. 2021-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
- ↑ "Fire near Turkish power plant under control - local mayor". Reuters (ingilis). 2021-08-04. 2021-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
- ↑ Milas, AFP in. "Turkish town evacuated as wildfire reaches power station". the Guardian (ingilis). 2021-08-04. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Mass evacuations as Greek fires rage, but Turkey saved by the rain". France 24. 2021-08-07. 2022-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-08.
- ↑ "8 Confirmed Dead as Turkey Battles Raging Fires for 5th Day". Voice of America. 2021-08-01. 2021-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Türkiyədə meşə yanğınları: Azərbaycan Türkiyəyə əlavə heyət və texnika göndərir". bbc.com. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Greek foreign minister offers support to Turkey amid forest fires". Anadolu Agency. 30 July 2021. 29 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2021.
- ↑ "Greece says its offer to help Turkey extinguish fires still in place despite rejection". Duvar English. 2 August 2021. 2 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 August 2021.
- ↑ "Turkey battles wildfires for 6th day; 10,000 are evacuated". AP NEWS (ingilis). 2021-08-02. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ "Turkey brings 107 massive forest fires under control - Turkey News". Hürriyet Daily News. 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-01.
- ↑ Recep Tayyip Erdoğan [RTErdogan]. "Thank You" (Tweet). 3 August 2021.
- ↑ "Criminal complaint against journalist who claimed opposition, PKK started forest fires together". Bianet. 2 August 2021. 3 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2021.
- ↑ "İçişleri Bakanı Soylu: "Sabotaj bilgisine ulaşılamadı"". PolitikYol Haber Sitesi (türk). 2021-07-29. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-03.
- ↑ "Antalya, Mugla wildfires continue as Turkey puts out dozens". Al Jazeera English. 1 August 2021. 1 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 August 2021.
- ↑ Peltier, Elian; al-Omar, Asmaa. "Turkey Is Next as Wildfires Afflict Mediterranean Countries". The New York Times (ingilis). 2021-07-30. ISSN 0362-4331. 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "İtfaiyecilere yardım eden Şahin Akdemir yaşamını yitirdi; son paylaşımları yürek burktu". www.cumhuriyet.com.tr (Türkçe). 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- ↑ (#empty_citation)
- ↑ 1 2 3 "Türk Hava Kurumu ile Tarım ve Orman Bakanlığı neden eleştiriliyor?". BBC News Türkçe (türk). 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-02.
- ↑ "Locals in Turkey scramble to fight the fire surrounding their village". euronews (ingilis). 2021-08-03. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-04.
- ↑ "Wildfire reaches Turkey power plant, prompts evacuations". AP NEWS (ingilis). 2021-08-04. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.
- ↑ "Country is on fire, ravaged by floods, but the President throws tea at people". Bianet. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-05.