Turk Edebiyyati Adlar Lugeti - Wikipedia
Türk_ədəbiyyatı_adlar_lüğəti - Haqqında Məlumat
Türk ədəbiyyatı adlar lüğəti (türk. Türk Edebiyatı İsimler Sözlüğü) — türkdilli ədəbiyyatın yazıçı və şairlərinin bioqrafiyalarını özündə əks etdirən internet saytı. Saytda XX əsrin əvvəllərinə qədərki divan, aşıq və təkkə ədəbiyyatı ənənəsindən olan şəxslər haqqında məlumat mövcuddur.[1] Buradakı bioqrafik məqalələr bir çox alim və yazıçı tərəfindən ərsəyə gətirilmiş, redaktorlar tərəfindən nəzərdən keçirilmişdir.[2] Nəzərdən keçirilməsi prosesi başa çatmış məqalələr istifadəyə verilir.[3]
Əhməd Yəsəvi Universitetinin dəstəklədiyi[4] layihədə işlər 1 yanvar 2013-cü il tarixində başlamış və 31 mart 2015-ci il tarixində başa çatmışdır.[5] Bəzi mənbələr tərəfindən "Türk ədəbiyyatının Vikipediyası" kimi təsvir edilmişdir.[6][7]
İstinadlar
redaktə- ↑ Toprak, Sefa. "7.000 şair ve yazarın biyografisi bir tık uzağınızda". dunyabizim.com. 14 iyul 2015. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ Çakır, Emine. "Türk Edebiyatının Wikipedia'sı: Türk Edebiyatında İsimler Sözlüğü Projesi". millifolklor.com. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ ""Maddelerin Erişime Açılması" başlığı". turkedebiyatiisimlersozlugu.com. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ "Türk Edebiyatı İsimler Sözlüğü Projesi". tdtkb.org. 1 mart 2015. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ ""Süre" başlığı". turkedebiyatiisimlersozlugu.com. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ Ekiz, Aynur. "Edebiyatın wikipediası geliyor". yenisafak.com. 27 mart 2013. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
- ↑ "Türk edebiyatının Wikipediası tanıtıldı". hurriyet.com.tr. 21 noyabr 2013. 5 iyun 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2022.
Xarici keçidlər
redaktə- teis.yesevi.edu.tr — Rəsmi saytı