Tupurcek - Wikipedia
Tüpürcək - Haqqında Məlumat
Tüpürcək və ya ağız suyu ― tüpürcək vəzilərinin ifraz etdiyi şəffaf, yapışqanvarı sekret. İnsanın və bir çox heyvanların tüpürcəyi qarışıq olub, 3 cüt iri və çoxlu xırda tüpürcək vəzilərindən ifraz edilir.
Tüpürcəyin 98,5—99,5%-ni su, qalanını duzlar və bərk maddələr təşkil edir. Tüpürcək zəif qələvi (pH—5,6—7,6) reaksiyaya malikdir; yenidoğulmuşlarda (ilk illər) böyüklərə nisbətən turş reaksiyalıdır. Tüpürcəyin tərkibindəki fermentlər polisaxaridləri monosaxaridlərə qədər parçalayır.
Maddə | Tərkibi |
---|---|
Su | 994 q/l |
Zülallar | 1,4—6,4 q/l |
Selik | 0,9—6,0 q/l |
Xolesterin | 0,02—0,50 q/l |
Qlükoza | 0,1—0,3 q/l |
Amonium | 0,01—0,12 q/l |
Sidik turşusu | 0,005—0,030 q/l |
Natrium duzları | 6—23 mmol/l |
kalium duzları | 14—41 mmol/l |
Kalsium duzları | 1,2—2,7 mmol/l |
Maqnezium duzları | 0,1—0,5 mmol/l |
Xlorid | 5—31 mmol/l |
Hidrokarbonatlar | 2—13 mmol/l |
Sidik cövhəri | 140—750 mmol/l |
Tüpürcək vəziləri
redaktəİnsanda dörd ədəd iri və minlərlə xırda tüpürcək vəzisi vardır.
Qusmadan bir neçə saniyə əvvəl tüpürcək vəziləri böyük ölçüdə ağız suyu ifraz edir ki, mədə turşusu dişlərə ziyan verməsin.