Tulay Hatimogullari Oruc - Wikipedia
Tülay Hatimoğulları Oruç (1977) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı, HEDEP-in həmsədri.[2]
Tülay Hatimoğulları Oruç | |
---|---|
Vəzifədədir | |
15 noyabr 2023-cü ildən | |
Əvvəlki | Çiğdem Kılıçgün & İbrahim Ahın |
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Adana 2023 — Adana |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1977 |
Vətəndaşlığı | Türkiyə |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəTülay Hatimoğulları Oruç 1977-ci ildə Hatay ilinin Samandağ ilçəsində anadan olub. Ərəb-Ələvidir. Anadolu Universiteti İqtisadiyyat Bölməsindən məzun olub.[2]
Ərəb mədəniyyətinin və ərəb dilinin dirçəlişi üçün tədqiqatlar aparıb. 1995-ci ildə ərəb musiqisi və teatr fəaliyyətini də aparan Müasir İncəsənət Atölyesinin qurucularından biri olub. 2015-ci ildə Yaxın Şərq Ərəb Xalqları Araşdırma İnstitutunun yaradılmasında və idarə olunmasında yer alıb.
Feminizm sahəsində də işlər aparıb. 2000-ci ildə AMARGİ Qadınlar İnstitutunun, 2007-ci ildə isə Qadın Əməyi İttifaqının yaradılmasında və idarə olunmasında yer alıb.
Kürd probleminə həll yolu tapmaq üçün çalışan vətəndaş təşəbbüsü olan Barış Məclisində çalışıb. 2011-ci ildə Xalqların Konqresinin (HDK) yaradılmasında yer alıb.
2013-cü ildə Sosialist Yenidənqurma Partiyasının (SYKP) qurucularından biri olub. SYKP İdarə Heyətinin üzvü olub. 2016-cı ilin iyununda Ahmet Kaya ilə birgə Sosialist Yenidənqurma Partiyasının (SYKP) həmsədri seçilib. 2018-ci ilin noyabrından bu vəzifədən istefa verib.[2]
24 iyun 2018-ci ildə HDP-nin namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 27-ci çağırışının deputatı seçilib. TBMM Xarici İşlər Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[2]
3 iyul 2022-ci ildə HDP-nin qurultayında İdarə Heyətinin üzvü seçilib. HDP həmsədrinin müavini olub.[2]
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Adana ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.[2]
15 noyabr 2023-cü ildə qurultayda HEDEP-in həmsədri seçilib.[2]
İstinadlar
redaktə- ↑ 1 2 https://www.cumhuriyet.com.tr/siyaset/dem-parti-es-genel-baskani-tulay-hatimogullari-oruc-oyunu-adanada-2191714.
- ↑ 1 2 3 4 5 6 7 8 TBMM. "Tulay HATIMOĞULLARI ORUÇ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.