Sutayli Oymagi - Wikipedia
Sutaylı oymağı — Azərbaycan xalqının etnogenezisində iştirak etmiş tayfa. Elxan Qazan xanın komandiri Əmir Sutaydan gələn bir Türk_Monqol sülaləsidir[1][2]. Cəlayirilər və Çobanilər kimi digər Elxanlılardan sonrakı Monqol imperiyası sülalələrindəndir, Börçigin sülaləsi ilə də evlilik yolu ilə qohumuydular. Emir Sutay Hülakü xanın oğlu Məngu Teymurun kürəkəni idi. Onların əsas hökmdarlıq sahəsi cənubda Cizirədən şimalda Ərzuruma qədər dəyişirdi[3].
Sutaylı oymağı | |
---|---|
Banisi | Sutay |
Hazırkı rəhbər | Yoxdur |
Titullar | |
ağa, bay, bəy |
Tayfanın tarixi
redaktəSutaylı oymağı öz adını Əmir Sutay noyondan alıb. O, Elxanlı dövlətinin hakimi Sultan Əbu Səid Bahadur xanın əmiri idi. Qaratatar (Koin tatar) ulusuna mənsub idi. Sutaylı oymağı Barambaylı və Tuğaylı tayfalarına bölünürdü. Sutaylı oymağının nümayəndələri paytaxtı Diyarbəkir olmaqla bir bəylik yaratmışdılar. Bu bəyliyi öncə Əmir Sutay noyon, sonra onun oğlu Hacı Toğay, ondan sonra İbrahimşah bəy Baram bay oğlu idarə etmişdi.
Bu oymağın tarixi Elxanlılarla, Çobanlılarla, Qaraqoyunlular və qismən də Ağqoyunlularla bağlıdır. Elxanlı hakimiyətinin iç qovgalar sonunda yıxılmağa üz tutduğu sırada Qaraqoyunluların Ağqoyunlular ilə birlikdə tarix səhnəsinə çıxdıqlarını görürük. Elxanlılar zamanında Şərqi Anadolu, biri mərkəzi Əxlat (Xilat) olmaq üzrə Van bölgəsi əyaləti, diğəri mərkəzi Mosul olmaq üzrə Diyarbəkir, Mardin, Mosul bölgələrini qapsayan iki bölgəyə ayrılmışdı. Diyarbəkir valisi Əmir Sutay Tatarın (?-1332-ci il) oğlu Hacı Toğay ilə diğər oğlu Baram baydan olan nəvəsi İbrahimşah bəy, Əmir Sutay zamanında Mosuldan Ərzuruma qədər genişlənmiş olan əyaləti ələ keçirmək üçün bir-birləriylə didişməyə başladıqlarında Qaraqoyunlular Hacı Toğay, Ağqoyunlular İbrahimşah bəyi dəstəkləyirdilər. Bu yurd qovgasını Hacı Toğay uduzmuş və 1343-cü ildə qardaşı oğlu tərəfindən öldürülmüşdür. Bu ara savaşları sonunda Qaraqoyunlular Mosul, Van gölü çevrəsi və Ərzuruma, Ağqoyunlular isə Diyarbəkir civarına hakim olmuşdular.
İbrahimşah bəyin 1350-ci ildəki ölümü və yerinə keçen əmisi oğlu, Hacı Toğayın oğlu Pir Məhəmməd bəyin bir Türkman əmiri olan Hüseyn bəy tərəfindən öldürülməsi ilə bölgədəki Elxanlı hakimiyəti sona çatdı.
Sutaylı oymağının tanınmış simaları
redaktə- Sutay (1312-1332), (1312-1316 Diyarbəkırdə, 1316–1319 Axlatda, 1319–1332 Diyarbəkırdə)
- Toğay (1332 -1343 ), Sutayın oğlu
- İbrahimşah (1343 -1350), Baramın oğlu
- Pir Məhəmməd (1350-1351), Toğayın oğlu
İstinadlar
redaktə- ↑ Peacock, A. C. S. Islam, Literature and Society in Mongol Anatolia (ingilis). Cambridge University Press. 2019-10-17. ISBN 978-1-108-49936-1. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- ↑ Wing, Patrick. Jalayirids: Dynastic State Formation in the Mongol Middle East (ingilis). Edinburgh University Press. 2016-01-18. 13. ISBN 978-1-4744-0226-2. 2020-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
- ↑ Vardanyan, Dr Aram. "A contribution to the history of Oirat Mongols: Some coins of the Sutayid governors of al-Jazira and southern Armenia, AH 740-750s". Journal of the Oriental Numismatic Society (ingilis). 217: 9–15. 2020-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-04.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Sutaylı oymağı, "Soy" dərgisi, 8 (28). Bakı, 2009.