Sust Babek - Wikipedia
Sust — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində kənd.
Sust | |
---|---|
39°21′55″ şm. e. 45°18′09″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəKəndin ətrafında qəribə bir sakitlik var. Kəndin adı "sakitlik", "sustalmaq" sözündən götürülüb və bəzi tədqiqatçılar duzla əlaqələndirsələr də, "sakit guşə" anlamında işlənir.[1]
Tarixi
redaktəHazırda kənd ərazisi Kəngərli rayonun ərazisi hesab olunur. Sustdə vaxtilə çox böyük bir şəhər olub. Bu yaşayış məntəqəsi XV-XVII əsrlərdə ölkə üçün mühüm əhəmiyyət kəsb edib. Şərqdən Qərbə gedən karvanların bir çoxu buradan keçib. Kəndin şərqində duz emal olunub və Avropadan bura karvanlar duz aparmaq üçün gəlib. Buranın duzu yüksək keyfiyyəti ilə seçilib. Amma XX əsrin 70-ci illərindən başlanan köçürülmə siyasəti kəndin tamamilə boşalmasına səbəb olub. 1970-80-ci illərdə Sovet hakimiyyətinin kəndlərin mərkəzləşdirilməsi ilə bağlı uğursuz siyasəti kəndin boşalması ilə nəticələnib. Diqqətdən kənar qalan Sustun əhalisi rayonun başqa bir kəndinə — Böyükdüzə köçürülüb. Hazırda kənddə cəmi bir ailə yaşayır.
Kəndin ətrafındakı tarixi yurd yerlərinin "Kitabi-Dədə Qorqud"da yer alması bu ərazilərdə qədimdən insanların məskunlaşdığını göstərir.
Tarixi abidələri
redaktəSust kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1853 | Sust yaşayış yeri[2] | XV-XVI əsrlər | Sust kəndi | Arxeoloji | Ölkə |
1854 | Üçbulaq yaşayış yeri[3] | E.ə. II-I minilliklər | Sust kəndi | Arxeoloji | Ölkə |
1855 | Göra-gözə yaşayış yeri[4] | XV-XVII əsrlər | Sust kəndi | Arxeoloji | Ölkə |
Kənddə XVIII əsrə aid olan qəbiristanlıq da var.
Coğrafiyası və iqlimi
redaktəKənddə olan günəşli saatların miqdarı 2400-dən artıqdır, bu göstərici dağlarda 2900-ə çatır.
Əhalisi
redaktəKənddə 9 nəfərdən ibarət 1 ailə yaşayır.
İqtisadiyyatı
redaktəYerli əhali vaxtilə qoyunçuluqla məşğul olub. Burda qoyunçuluq üçün olduqca əlverişli mühit var. Ətrafda bitən yarımsəhra və səhra bitkiləri qoyunçuluq üçün əhəmiyyətli qida mənbəyidir. Kəndin yuxarısında yaylaq var. Yaylaq və qışlaq bir-birinə yaxın olduğu üçün qoyunçuluq üçün əlverişlidir. Kəndin ətrafındakı çox sayda zağada (süni mağara) isə qoyun sürüləri saxlanılıb.
Sustun çox sayda kəhriz sistemi olub və bu kəhrizlər əhalini suyla təmin edib. Kəndin yaxınlığında yüksək dağlıq tədricən Araza doğru əyilir və həmin sular burda səthə yaxınlaşır.
Kəndin yaxınlığında iki mühüm duz layı varmış. Onlardan birinin tərkibindəki duzun miqdarı 96.44 faiz olub. Sovet dövründə duzun istismarı çətinləşdiyi üçün mədən fəaliyyətini dayandırıb.
Mədəniyyəti
redaktəKənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
redaktə- ↑ Sust (Babək) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 59" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-21.