Sursok Muzeyi - Wikipedia
Sursok muzeyi - Livanın paytaxtı Beyrutda müasir incəsənət muzeyi. Muzey Beyrutun Əşrəfiyyə rayonunda tarixi Ru Sursok küçəsində yerləşir. Bu küçədə XVIII əsrdə Sursoklar və Bustroslar ailələri tərəfindən əzəmətli binalar inşa edilmişdir.
Sursok muzeyi | |
---|---|
ərəb. قصر سرسق | |
Əsası qoyulub | 1961 |
Açılış tarixi | 1961 |
Mövzu | Müasir incəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Livan, Beyrut |
Kolleksiyası | 5 000 |
Direktor | İbrahim M. Beyxum |
33°53′34″ şm. e. 35°30′58″ ş. u.HGYO | |
sursock.museum | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSursok muzeyinin binası italyan və xüsusilə Venesiya və Osmanlı arxitektyrasının güclu təsiri altında olan Livan arxitekturasının ən gözəl nümunələrindən biridir. Beyrutun zadəgan dairəsi içərisində daha çox müvəffəqiyyət qazanan varlı Nikola Sursok XIX əsrin sonlarında bu muzeyin binasını öz villası kimi tikdirmişdi. 1961-ci ildə vəfat edən Nikola Sursok öz villasını Beyrut şəhərinə vəsiyyət etmişdir [1]. Onun arzusuna uyğun olaraq villa muzey kimi yenidən qurulmuşdur [2].
Muzey 1961-ci ildə müasir Livan rəssamlarının əsərləri ilə öz qapılarını tamaşaçılar üçün açdı. Bu hadisə Livanın mədəni həyatında böyük əks-səda doğurdu [3]. Bu günədək muzeydə Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgi təşkil edilmişdir. Muzeyin kolleksiyası Yaponiya qravürləri və islam incəsənətinin nümunələri ilə daha da zənginləşdirilmişdir [4].
Muzeyin genişləndirilməsi
redaktəMuzeyi genişləndirmək məqsədilə Fransa arxitektoru Jan-Mişel Vilmott və Livan arxitektoru Jak Əbu Xalid layihə hazırlamışlar [5]. Layihəyə əsasən muzeydə 12 milyon ABŞ dolları həcmində 4 yeni yeraltı mərtəbə və bağça tikilməsi planlaşdırılmışdır [6]. Bu genişləndirmə işləri muzeyin sahəsinin 2 000 kv. metrdən 7 000 kv. metrədək genişləndirilməsinə, yeni sərgi zallarının, kitabxananın, kitab mağazasının və musiqi otaqlarının təşkilinə imkan yaratdı [7]. Layihənin həyata keçirilməsi 2012-ci ildə başa çatdırılmışdır [8].
Muzey kolleksiyası
redaktəMuzeyin kolleksiyasında XVIII-XX əsrlərə aid 5 000-dən artıq rəssamlıq, heykəlrəraşlıq, keramika əsərlərindən, ikonalardan, şüşədən hazırlanmış nümunələrdən ibarət eksponat yer almışdır [6]
Mənbə
redaktə- Frieda Howling: The development of Contemporary Art in Lebanon 1930 – 1975: Galleries and art training opportunities. Arxivləşdirilib 2007-05-28 at the Wayback Machine auf OneFineArt (englisch, abgerufen am 2. November 2012)
Xarici keçid
redaktə- на Lebanon.com Arxivləşdirilib 2007-02-07 at the Wayback Machine
- на Onefineart.com Arxivləşdirilib 2007-05-28 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Daratalfunun.org". 2007-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ Guides.hotelbook.com Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine, Events Guide: Sursock Museum (Sursock Museum, Beirut, Lebanon)
- ↑ "Galleries Beirut, Sursock museum, Georges Guv Aref Rayess, John Haddian, Levon Moumjian. Madi Hussein". 2007-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Lebanon-tourism.gov.lb". 2021-02-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ "Jadesigns-architects.com". 2015-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ 1 2 "Annahar.com". 2008-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.
- ↑ http://www.dailystar.com.lb/News/Local-News/Jul/14/Mitri-presents-project-to-expand-Sursock-
- ↑ "Sursock Museum to reopen its doors in 2012 | Culture , Travel & Tourism | THE DAILY STAR". 2012-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-07.