Suriyanin Dovlet Qurulusu - Wikipedia
| ||||
National Motto: | ||||
Rəsmi dil | Ərəb dili
Rəsmi din İslam | |||
Paytaxt | Dəməşq | |||
Prezident | Bəşşar əl-Əsəd | |||
Ərazi - Ümumi - % Su |
88-cı yer 185,180 km² 0.06% | |||
Əhali - Ümumi - Əhali sıxlığı |
55-ci yer 21,377,000 93/km² | |||
Pul | Suriya pound | |||
Saat qurşağı | UTC +2 | |||
Internet TLD | .sy | |||
Telefon kodu | 963 |
Suriyanın dövlət quruluşu - 1973-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi.
Dövlət quruluşu
redaktəSuriya dualist formada idarəetmə üsuluna malik respublikadır. Suriyanın bütün siyasi partiyaları islahatçı sosializm kursuna sadiqliyini bəyan etməlidirlər. Milli bayram günü olan müstəqillik günü (1946) 17 apreldə qeyd olunur. Suriya Ərəb Respublikasının 13 mart 1973-cü il tarixində qəbul edilmiş Konstitusiyasında Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) aparıcı rolu təsbit edilmişdir.
İnzibati bölgüsü
redaktəBaşçıları Nazirlər Şurasının təsdiqindən sonra daxili işlər naziri tərəfindən təyin olunan və hər birinin yerli Parlamenti seçilən 14 muhafazlığa (Dəməşq, Rif Dəməşq, Deyr-əz-Zur, Dəra, İdlib, Lazkiyə, Ər-Rəqqə, Tərtus, Hələb, Həma, Əl-Həsəkə, Hims, Qüneydrə və Əs-Suveydə) bölünür
Dövlət başçısı
redaktəPrezidentin namizədliyi Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) zəmanəti ilə Xalq Şurası (Parlament) tərəfindən irəli sürülür və ümumxalq referendumunun təsdiqinə təqdim olunur. Bir qayda olaraq dövlət başçısı BƏƏS partiyasının Baş katibi olur.
Respublika Prezidenti vəzifəsinin boşaldıldığı və vitse-prezidentin (Konstitusiyaya əsasən Prezident bir və ya iki vitse-prezident təyin edir) olmadığı təqdirdə, Prezidentin səlahiyyətlərini yeni Prezidentin seçilməsi ilə əlaqədar referendumun çağırılmasına qədər Nazirlər Şurasının sədri icra edir. Mövcud Konstitusiyaya görə, referendum 90 gün ərzində çağırılmalıdır. Prezident səlahiyyətlərinin müddəti, məhdudiyyətsiz sayda seçilmək şərti ilə 7 ildir.
Prezident - Nazirlər Şurasını təyin etmək, hərbi və ya fövqəladə vəziyyət elan etmək, qanunları imzalamaq, Konstitusiyaya düzəliş etmək, amnistiya vermək, dövlət qulluqçularını və hərbçiləri təyin etmək səlahiyyətinə malikdir. Prezident ölkənin xarici siyasətini müəyyən edir və silahlı qüvvələrin ali baş komandanı sayılır. Konstitusiyaya görə, Suriya Prezidenti yalnız müsəlman olmalıdır.
Qanunvericilik hakimiyyəti
redaktəSuriyada qanunvericilik hakimiyyəti, 15 müxtəlif dairədən ümumi, birbaşa və gizli səsvermə yolu ilə 4 il müddətinə seçilən, 250 millət vəkilindən ibarət birpalatalı qanunverici orqan - Xalq Şurası (Parlament) tərəfindən həyata keçirilir.
Parlament, BAAS partiyasının regional rəhbərliyinin təklifi ilə Prezidentin namizədliyini irəli sürməkdə, qanunların hazırlanması və qəbul edilməsində, Hökumətin daxili və xarici siyasətinin müzakirəsində, dövlət büdcəsinin və cari inkişaf planlarının təsdiqlənməsində, habelə Hökumətə və ayrı-ayrı nazirlərə etimadsızlıq göstərməkdə səlahiyyətlidir.
İcraedici hakimiyyət
redaktəPrezident və Nazirlər Şurası tərəfindən icra edilir. Nazirlər Şurasının sədri və digər nazirlər Prezident qarşısında məsuliyyət daşıyırlar. Nazirlər Şurası - İcraedici hakimiyyətin ali orqanıdır.
Nazirlər Şurası Prezidentlə birlikdə ölkənin xarici siyasətinin planlaşdırmasında iştirak edir; istiqamətləndirir, koordinasiya edir, nazirliklərin və digər dövlət müəssisələrinin fəaliyyətinə nəzarət edir; dövlət büdcəsinin, inkişaf planlarının və qanunların layihələrini müzakirə edir.
Məhkəmə hakimiyyəti
redaktəSuriyanın məhkəmə-hüquq sistemi İslam, Osmanlı və fransız ənənələrinin unikal qarışığını özündə əks etdirir
Ölkənin məhkəmə sisteminin ən yüksək orqanı sayılan Konstitusiya Məhkəməsi beş hakimdən ibarətdir, onlardan dördü dövlət başçısı tərəfindən təyin olunur, 5-ci hakim isə Suriya Prezidentinin özüdür. Hakimiyyətin hər üç qolu ölkə Prezidentinin əlində cəmlənmişdir.
Mənbə
redaktə- Хлюстов М. В. От мира до войны. Очерк политической истории Сирии в ХХ и начале ХХI века. Аналитический доклад. — М.: Центр стратегических оценок и прогнозов, 2013
- Население мира. Этнодемографический справочник. Автор: Соломон Ильич Брук. Ответственный редактор: доктор исторических наук, профессор П. И. Пучков. Академии наук СССР. Институт этнографии имени Н. Н. Миклухо-Маклая. Москва: Издательство «Наука», 1981,