Suriya Funtu - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Suriya funtu və ya Suriya lirəsi (ərəb. الليرة السورية al-līra as-sūriyya; fr. livre syrienne; simvol: LS və ya £S; code: SYP) - Suriya respublikasının pul vahidi. Suriya Mərkəzi Bankı tərəfindən buraxılır. 1 funt 100 quruşa bölünür, baxmayaraq ki, artıq quruş tədavülə çıxardılmır.
Suriya funtu | |
---|---|
ərəb. الليرة السورية | |
Kod və simvol | |
ISO 4217 kodu | SYP |
Simvol | LS, syr£ |
Abreviatura | SYP |
Dövriyyə ərazisi | |
Emitent ölkə | |
Suriya | |
Əvəzedici və paralel vahidlər | |
Kiçik | Piastr (1⁄100) |
Dövriyyədə olan sikkə və əsginaslar | |
Sikkələr | 1, 2, 5, 10, 25 funt |
Əsginas | 50, 100, 200, 500, 1000, 2000 funt |
Sikkə və əskinasların buraxılması və istehsalı | |
Mərkəzi bank | Suriya Mərkəzi Bankı |
banquecentrale.gov.sy | |
İnflyasiya (2016) | |
İnflyasiya | 47.7% |
Vikianbarda əlaqəli mediafayllar |
1958-ci ilə qədər əsginasların ön tərəfi ərəb, arxa tərəfi isə fransız dilində buraxılırdı. Müstəqilliyə qədər sikkələrdə ərəb və fars dillərindən istifadə olunurdu, daha sonra isə yalnız ərəb dili istifadə edildi.
Tarixi
redaktə400 il davam edən Osmanlı İmperiyası dövründə Suriyada əsas mübadilə vahidi Osmanlı lirəsi idi. Osmanlı İmperiyasının süqutundan sonra Fransa işğalına məruz qalan Suriya mandat olmuş, Livan, Transiordaniya və Fələstinin daxil olduğu Fransız və İngilis mandatı altında olan ərazilərdə Misir funtu istifadə edilmişdi. Livan və Suriyanı ayrı bir mandat altında alan Fransız hökuməti Misir valyutasını əvəz etməyə çalışdı və yeni mandatı altındakı ölkələrdə pul buraxılması üçün Banque de Syrie (Osmanlı Bankının Fransız filialı) ticarət bankını qurdu.
Sikkələr
redaktə1921-ci ildə mis-nikeldən hazırlanmış 1⁄2 quruş sikkələr buraxıldı, bunu 1926-cı ildə alüminium bürünc 2 və 5 quruş izlədi. 1929-cu ildə dılikli nikel-bürünc 1 quruş və gümüş 10, 25 və 50 quruş təqdim edildi. 1935-ci ildə nikel-bürünc 1⁄2 quruş 1935-ci ildə, 1940-cı ildə isə sink 1 quruş və alüminium-bürünc 2 1⁄2 quruş buraxıldı. İkinci dünya müharibəsi zamanı bürünc 1 quruş və alüminium 2 1⁄2 quruş fövqəladə sikkələr buraxıldı.
Əsginaslar
redaktə1919-cu ildə Banque de Syrie 5, 25 və 50 quruş, 1 və 5 livr üçün əsginaslar təqdim etdi. 1920-ci ildə bunu 1 quruş və 10, 25, 50 və 100 livr üçün əsginaslar izlədi. 1925-ci ildə Banque de Syrie et du Grand-Liban əsginaslar buraxmağa başladı və 25 quruşdan aşağı olan nominasiyaların istehsalını dayandırdı. 1930-cu ildən 1 quruşdan az olan əsginaslar buraxılmadı. 1939-cu ildə əsginasları buraxan orqan adını yenidən Banque de Syrie et du Liban olaraq dəyişdirdi.
1942-1944-cü illərdə hökumət 5, 10, 25 və 50 quruşluq əskinaslar buraxdı. 1950-ci illərin əvvəllərində Institut d'Emission de Syrie 1, 5, 10, 25, 50 və 100 livr tarixi göstərilməyən əsginaslar buraxıldı, bunu 1955-ci il tarixli 10 və 25 livr əsginaslar izlədi.