Suraxani Tanker Muzeyi - Wikipedia
Suraxanı gəmi-muzeyi[a] — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey.[1]
Suraxanı gəmi-muzeyi | |
---|---|
Əsası qoyulub | 1 mart 2021 |
Mövzu | Gəmiçilik və dənizçilik |
Ölkə | |
Yerləşir | Salyan şossesi, 1s, Bakı |
Telefon | +994502743097 |
İş rejimi |
10:00 - 19:00, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü İstirahət günləri: Bazar ertəsi və Çərşənbə axşamı |
Bilet | 2-5 manat |
40°20′14″ şm. e. 49°50′31″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Dünyada ilk tanker-muzeyi olan bu muzey Xəzərin və Azərbaycanın gəmiçiliyin tarixi, Azərbaycan dənizçilərinin fəaliyyəti haqqında məlumatlar verir.[2]
Tarixi
redaktə2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur.[3] Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.[4]
Muzeyin zallarında müasir texnoloji avadanlıqlardan istifadə edilmişdir. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla tanış olurlar.[2]
"Suraxanı" gəmi-muzeyi gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində yaradılmış layihədir. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də onun dövrü üçün ən iri və müasir tankerlərdən biri olması ilə əlaqədardır. Onun muzeyə çevrilməsi üçün Böyük Britaniya, Niderland, Türkiyə kimi ölkələrin təcrübəsindən istifadə olunub. Gəmi-muzeyin beynəlxalq standartlara cavab verməsi məqsədilə 100-dən çox nüfuzlu xarici və yerli şirkətlə əməkdaşlıq edilib.[2] Beləliklə, 2000-dən artıq yerli gəmi təmirçisinin fəaliyyəti nəticəsində bu layihə ərsəyə gəlib.[1]
Xüsusiyyətləri
redaktəSuraxanı gəmi-muzeyinin əsas özəl xüsusiyyəti Azərbaycandakı digər muzeylərdən fərqlənərək gəmidə yerləşməsidir. "Suraxanı" tankeri Xəzər dənizində Bakı bulvarının sahilində lövbərdə durur. Muzeyə gələn ziyarətçiləri kapitan və baş köməkçi qarşılayaraq, onları heyət üzvləri və vəzifələri barədə məlumatlandırırlar. Muzeyin zallarında müasir texnoloji həllər tətbiq olunub. Onlardan biri oyun manipulyatorları vasitəsilə yanalma əməliyyatını müstəqil şəkildə yerinə yetirməyin mümkünlüyüdür. Həmçinin, ziyarətçilər 360 dərəcəli ekranla nümayiş olunan videoda baş verənlərin birbaşa "iştirakçısı"na çevrilirlər.[4]
Eksponatları
redaktəMuzeydə dünyaca üç məşhur dəniz mayakının modelləri ilə tanış olmaq imkanı da var. Naviqasiya masasında ziyarətçilər Xəzər dənizində üzən gəmilərin marşrutu, xarici kommunikasiya və naviqasiyaları ilə tanışlıq fürsəti əldə edirlər. Burada keçmişə səyahət də mümkündür. Ötən əsrin ortalarına səyahət edən ziyarətçilər gəminin maşın şöbəsində çalışan heyətin gündəlik iş həyatı ilə yaxından tanış olurlar. Gəmi-muzeyin ekspozisiyalarından biri də okean və dənizlərdən yığılan flora və fauna nümunələrinin sərgiləndiyi guşədir.[4] Gəmi-muzeydə, həmçinin İkinci Dünya müharibəsi illərində, eləcə də, 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan dənizçilərinin fəaliyyəti yer alıb. Muzeydə Heydər Əliyevin Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafına göstərdiyi fəaliyyət haqqında interaktiv kitab, Azərbaycan prezidenti İlham Əliyevin dənizçilik sahəsində həyata keçirdiyi layihələri əks etdirən info-monitor var.[1]
Muzeyin qarşısındakı parkda Azərbaycan dənizçilərinin xatirəsinə ucaldılan heykəltəraşlıq kompozisiyası da qoyulmuşdur. Əsərin müəllifləri Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayev, memarı isə Əməkdar memar Elxan Əsədovdur.[4] Heykəltəraşlıq kompozisiyası dinamik fiqurlu dalğanı yaran gəmi pəri ilə təqdim edilib. Bu pər Xəzərdə gəmiçiliyin inkişafını simvolizə etməklə bərabər, həm də dənizçilərin enerji mənbəyi və həyatlarının ayrılmaz atributu kimi yaradılıb.
İş rejimi
redaktəMuzey həftədə 5 gün (Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günü) saat 10:00–19:00 aralığında fəaliyyət göstərir. İstirahət günləri isə Bazar ertəsi və Çərşənbə axşamıdır. Muzey tərkibində ekskursiya müddəti 90 dəqiqə təşkil edir. Eyni zamanda ekspozisiya zalına maksimum 10 nəfərin daxil olmasına icazə verilir. 1 seansa qəbul 15 dəqqiqə ərzində aparılır. Muzeyə giriş biletlərin qiyməti 2–5 manat arasında dəyişir. Biletləri elektron qayda da almaq mümkündür. Fiziki biletləri muzeyin önündə yerləşən bilet-satış məntəqəsindən əldə etmək mümkündür.
Suraxanı Gəmi-Muzeyinin kassası 18:00 dan etibarən fəaliyyətini dayandırır.[5]
Qalereya
redaktəQeydlər
redaktə- ↑ Bəzən Suraxanı tanker-muzeyi də adlandırılır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ 1 2 3 (az.). https://surakhanishipmuseum.az https://web.archive.org/web/20230427120156/https://surakhanishipmuseum.az/az (#bare_url_missing_title). Archived from the original on 27 April 2023. İstifadə tarixi: 26 apr 2023.
- ↑ "Arxivlənmiş surət". 2021-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ 1 2 3 4 "Bakıda "Suraxanı" tanker-muzeyin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-01.
- ↑ ""SURAXANI" GƏMİ-MUZEYİ". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-02.