Super Mushshak - Wikipedia
Super Mushshak (Urduca: سپر مشاق ) Pakistan istehsalı MFI-17 "Mushshak" təlim təyyarəsinin təkmilləşdirilmiş variantı. "Pakistan Aeronautical Complex" şirkəti tərəfindən dizayn olunub və istehsal olunur. İstehsalına 1995-ci ildən başlanılıb.
Super Mushshak | |
---|---|
| |
Tipi | Təlim təyyarəsi |
İstehsalçı | Pakistan Aeronautical Complex |
İlk uçuş | 1995 |
İstismara verilmə tarixi | 1996 |
İstismarçılar |
Pakistan HHQ Türkiyə HHQ Azərbaycan HHQ |
İstehsal ili | 1995-günümüzə |
Buraxılış sayı | 391+ |
Baza modeli | PAC MFI-17 Mushshak |
Vikianbarda əlaqəli mediafayllar |
“Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan istənilən əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-nin “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.
Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.
Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə “Super Mushshak”ın pilotaj imkanları daha yüksəkdir. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən olan təyyarənin havaya qalxması və aerodroma enməsi prosesi “Super Mushshak”ın köməyi ilə kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.
İstifadəçiləri
redaktəHərbi istifadəçilər
redaktə- Azərbaycan[1][2]
- Türkiyə: 52[3][4]
- Pakistan: 300[5]
- İran: 26
- İraq
- Səudiyyə Ərəbistanı: 20
- Niger: 14[6][7]
- Oman: 8
- Qətər: 8[8][9]
- Suriya
Mülki istifadəçilər
redaktəXüsusiyyətləri
redaktəÜmumi xarakteristikaları
redaktə- Ekipaj: 2-3 nəfər
- Uzunluğu: 7.15 m
- Qanad uzunluğu: 8.85 m
- Hündürlüyü: 2.60 m
- Qanad sahəsi: 11.9 kv.m
- Boş çəki: 760 kq
- Maksimum qalxma ağırlığı: 1,250 kq
- Güc təminatçısı: 1 ədəd Textron Lycoming IO-540 V4A5 6 silindrli mühərrik, 260 A.G.
- Pərləri: 1 ədəd McCauley və ya Hartzell
Uçuş göstəriciləri
redaktə- Maksimum sürət: 268 km/s
- Məsafə: 814 km
- Enmə sürəti: 96 km/s
- Havada qalma müddəti: 4 saat 15 dəqiqə
- Uçuş tavanı: 6,705 m
- Dırmanma sürəti: 8.6 m/s
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Azerbaijan to buy 10 Super Mushshak aircraft from Pakistan". The News International. Islamabad. 27 iyul 2017. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ Khan, Bilal. "Azerbaijan orders 10 Super Mushshak trainers from Pakistan". Quwa Defence News & Analysis Group. 27 iyul 2017. 2017-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2022-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
- ↑ Khan, Bilal. "Ideas 2016: Turkey Inks 52 Super Mushshak Deal with Pakistan Aeronautical Complex". Quwa Defence News & Analysis Group. 20 sentyabr 2017. 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 noyabr 2016.
- ↑ "Mushshak Trainer Aircraft". 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
- ↑ "Nigeria finalizes purchase of 10 Super Mushshak trainers from Pakistan". Quwa Defence News & Analysis Group. 27 iyun 2016. 2022-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ Warnes, Alan. "Nigeria receives first Super Mushshak". FlightGlobal. 5 dekabr 2016. 2016-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.
- ↑ "Arxivlənmiş surət". 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-20.
- ↑ "Qatar Signs Contract to Purchase "Super Mushshak" Trainer Aircraft from Pakistan". Qatar News Agency. 25 iyun 2016. 2016-08-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 sentyabr 2017.