Sulu Sultanligi - Wikipedia
Sulu sultanlığı—1457-ci ildən 1917-ci ilədək Filippində iqtidarda olmuş islam dövləti.
Tarixi dövlət | |||
Sulu sultanlığı | |||
---|---|---|---|
|
|||
|
|||
Dilləri | Tausuq dili | ||
Rəsmi dilləri | |||
Valyuta | Barter | ||
İdarəetmə forması | monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəFilippinin İslamiyətlə ilk təması, IX və X əsrlərdə Qırmızı dənizdən Çin dənizinə qədər uzanan və əsas etibariylə müsəlmanların istifadəsində olan millətlərarası dəniz ticarətinə qatılmasıyla başlayır.[1] Bu dönəmdə Ərəb əsilli müsəlman tacirlər inci, ədviyyat kimi malları almaq və Borneodan (Kalimantan) Çinə etdikləri yolçuluq sırasında dincəlmək üçün bəzi Filipin adalarına uğruyurdular.[2] "Tərsila" və ya "silsilə" adı verilən Sulu şəcərə qaynaqları, Tuan Məşaika adında bir Ərəb tacirinin Jolo (Colo) adasına gəldiyini və burada hakim sinifə mənsub bir ailənin qızıyla evlənərək bütlərə pərəstiş edən yerli əhalinin İslamiyəti qəbul etmələrinə səbəb olduğunu bildirməkdə, ancaq bu mövzuda hər hansı bir tarix vermir. İslamiyətin Suluya girişiylə ilgili ilk tarixi bəlgə, Jolo adasındakı Jolo şəhərinin bir neçə mil uzağında, qədimdən Sulu sultanlarının tac geydikləri Bud Datoda olan və Tuan Makbalu adında yabançı bir müsəlmana aid olduğu sanılan 1310-cu il tarixli bir məzar daşıdır. Yenə tərsilalar, Tuan Şərif Övliya da deyilən Kərim əl-Məhdum adında sufi bir Ərəb dəvətçisinin 1380-ci ildə Buansaya (bugünkü Jolo) gələrək məhəlli hakimlərin izniylə digər Sulu adalarını gəzib İslamiyəti yaydığını və Simunul adasındakı Tubig-Indangan şəhərində bir məscid tikdirdiyini bildirir.[3]
XV əsrin əvvəllərində Raca Baguinda Əli adında Sumatrali müsəlman bir şahzadə kiçik donanmasıyla Joloya gəlmiş və yerli bir şahzadəylə evlənərək buranı və çevrəsindəki digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra kürəkəni Ərəb dəvətçilərindən Sərif Əbu Bəkir əl-Haşim hakimiyyəti ələ almış və paytaxtı Jolo olan Sulu sultanlığını qurmuşdur (1457). Beləcə siyasi bir güc qazanan İslamiyət qısa müddətdə Sulu arxipelağının digər adalarına da yayılmışdır. Tərsilalar, Mindanao adasının İslamlaşmasını da bir Ərəb ata ilə Johorlu bir Malay şahzadəsinin oğlu olan Şərif Məhəmməd Kabungsuvan adındakı bir dəvətçiyə bağlayırlar.[4]
XVI əsrin əvvəllərində Malay yarımadasından Pulangiyə (bugünkü Cotabato) gələn Kabungsuvan, bölgəyə daha öncə çatmış olan başqa dəvətçilərlə birlikdə datularla (yerli qəbilə rəisləri) iş birliyi bağlayaraq fəthlər, diplomatiya və siyasi evliliklər yoluyla bölgədəki əhalini müsəlmanlaşdırmış, arxasından da Mindanao adasında Maguindanao sultanlığını qurmuşdur (təx. 1515). Eyni əsrin sonlarında, Sulu sultanlığı və Filipinin cənubundakı Tərnatə sultanlığı kimi dövlətlərlə münasibətlərin artması, xanədanlar arasında evlilik bağlarının qurulması və Ərəb, Borneolu, Tərnatəli dəvətçilərin bölgəyə gəlmələriylə İslamiyət gücləndi və XVII əsrin əvvəllərində gedərək artan İspaniyalıların müstəmləkə və xristianlaşdırma fəaliyətlərinə qarşı əsasən Maranao bölgəsində yayıldı.[5]
İslam dini, Şərif Məhəmməd Kabungsuvanın Cotabato bölgəsindəki bəzi fəthləri xaric, Filippin adalarının cənubunda barışçı yolla yayılmışdır. Hətta XVI əsrin ikinci yarısında İspaniyalılar Filippinə gəlmədən və burada qalıcı bir müstəmləkə idarəsi qurmadan öncə ölkənin tamamı İslamlaşma müddəti içinə girmişdi. Borneolu müsəlman tacirlər şimaldakı Mindoro və Luzon adalarının sahil şəhərlərinə gələrək buralarda yerləşmə mərkəzləri qurmuşdular. 1521-ci ildə İspaniyalıların öncüllük etdiyi ilk avropalılar Filippinə gəlməyə başladıqları sıralarda, Malaka və Borneo ilə sıx ticari münasibətləri olan Luzonun ən önəmli liman bölgəsi Manila, Bruney sultanının qohumları olan Raca Süleyman və əmiləri Raca Matanda ilə Raca Lakandula idarəsində bir müsəlman hakimiyyəti idi; ancaq yerli əhali hələ tamamilə İslamı qəbul etməmişdi. Filippində İspaniya hakimiyyətini quran Miguel Lopez de Legazpi, 1571-ci ildə Raca Süleymanla girişdiyi savaşda müsəlmanları Şimali və Orta Filippin adalarından ataraq İslamiyətin buralarda yayılmasına əngəl oldu. Zamanla ölkənin böyük bir qisminin İspaniyalıların üstün gücü qarşısında daha artıq dayanaa bilməyərək onların hakimiyəti altına girməsi və əhalisnin xristianlaşdırılması üzərinə İslamiyət sadəcə cənubdakı Sulu və Mindanaonun qərb bölgəsində qalmış oldu.
Cənub rayonlarının Avropa müstəmləkəçilərinə qarşı müvəffəqiyyətlə müqavimət göstərməsində əsas faktor xarici kömək idi ki, bu kömək qonşu Malayya-İndoneziya regionunun hakim müsəlman dairələri tərəfindən göstərilirdi. İndoneziya sultanlıqları ilə hərbi-siyasi ittifaqa Filippin və İndoneziya hakim sülalələri arasındakı qohumluq əlaqələri, din birliyi və nəhayət Cənub- Şərgi Asiyanın adalar aləmində dəniz və ticarət inhisarını saxlamaq istəyən indoneziyalıların ticarət maraqları səbəb olurdu.
XVI əsrin sonundan – XIX əsrin II yarısınadək davam etmiş Filippin müsəlmanların ispan müstəmləkəçilərinə qarşı uzunsürən mübarizəsi Filippin tarixinə "Moro müharibələri" kimi daxil olmuşdur. Müsəlmanlarla ispan müstəmləkəçiləri arasında müharibələr hər iki tərəfdən "həqiqi din"in müdafiəsi şüarı ilə aparılırdı. İslam müsəlman xalqlar üçün müstəmləkəçilərə qarşı mü- barizədə ideoloji bayraq rolunu oynayırdı. Avropa işğalçılarına göstərilən müqavimət "kafirlərə" qarşı müharibə forması alırdı.
Hər il cənub-qərb mussonları ilə moro qayıqları Visay adalarına doğru yönəlirdilər. Çox vaxt onlar Luson adası sahillərinə də gəlib çıxırdılar. Bu səfərlər nəticəsində onlar dağıdılmış kilsələrdən qiymətli əşyalar və çoxlu əsir xristianlar aparırdılar. Əsir götürülmüş ispanları pul əvəzində Manilaya qaytarırdılar, xristian filippinliləri isə qula çevrilirdilər. Onlardan hərbi və ticarət gəmilərində avarçəkən kimi istifadə edirdilər. İslamı qəbul edən əsir filippinlilər azad edilirdilər və onların çoxu Filippinin xristian rayonlarına dəniz hü- cumlarının iştirakçıları olurdular.
XVII əsrin əvvəllərinə qədər müsəlmanların mübarizəsi dəniz quldurluğu ilə məhdudlaşırdı. Sultanlıqların hakim dairələri iri hərbi ekspedisiyalar təşkil etməyə cəhd göstərmirdilər. Cənub-Şərqi Asiyaya holland ekspansiyanın başlaması ilə Filippin müsəlmanlarının mübarizəsi yeni yüksəliş mərhələsinə qədəm qoydu. Yaranmış vəziyyət, ispanların güc və diqqətinin cənub rayonlarından yayınması müsəlmanlara aktiv hücum əməliyyalarına keçməyə imkan verdi. Onlar Filippində ispan mövqelərinin zəiflənməsinə, öz ərazilərinin genişlənməsinə və möhkəmlənməsinə ümid edirdilər. Sultanlıqların hakimlərinin hərbi-strateji planlarında ümumi düşmən olan ispanlara qarşı mübarizədə potensial müttəfiq kimi hollandlardan hərbi yardım almaq imkanı nəzərdə tutulurdu. İki cəbhədə hollandlara və müsəlmanlara qarşı – mübarizə aparmaq məcburiyyətində qalan ispan hökuməti cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müsəlmanlara münasibətdə mürəkkəb hərbi-diplomatik manevrlərə əl atmalı olurdu.
XVIII əsrin 60-cı illərinə qədər Magindanao və Sulu müsəlmanları ispanları Mindanao adasının qərbindən çıxarmaq üçün reydlər təşkil edirdilər. Lakin onların bu cəhdləri nəticəsiz qaldı. Buna baxmayaraq, ispanların Mindanaonun daxili rayonlarına irəliləmək və Sulu arxipelaqını ələ keçirmək cəhdləri də baş tutmadı.
XIX əsrin I yarısında ispan müstəmləkə administrasiyası müsəlman ərazilərini işğal etmək üçün kifayət qədər hərbi gücə malik deyildi. 30-cu illərin sonunda Sulu rayonunda ispanların əsas rəqibləri ingilislər və fransızlar idi.
Filippinin cənub rayonlarını öz siyasi təsiri altına salmaq uğrunda böyük dövlətlərin mübarizəsi, ərazi işğallarına cəhd göstərilməsi, İspaniyanın avropalı rəqibləri tərəfindən hərbi-siyasi aksiyalar həyata keçirilməsi təhlükəsi – bütün bu faktorlar ispan müstəmləkəçilərini müsəlman sultanlıqlarına hücumu gücləndirməyə, onların işğalını sürətləndirməyə, müstəmləkələrinə birləşdirməyə vadar edirdi. Sulu arxipelaqının və Mindanaonun müsəlman rayonlarının işğal edilməsi prosesi XIX əsrin ortalarından demək olar ki, Filippində ispan müstəmləkə ağalığının sonuna qədər davam etdi[6].
1898-ci ildə İspaniyalıların Uzaq Şərqdəki müstəmləkə imperiyasının yıxılmasına yol açan İspaniya-Amerikan savaşı nəticəsində bütün Filippin ABŞ-a verildiyində müsəlmanlar Amerikalılara da qarşı çıxdılar. 1903–1913-cü illər arasında Mindanao və Sulu Amerikan hərbi idarəsi altında qaldı. Amerikan ordusu, barış və hüzur yaratmaq, qaçaqçılıq, quldurluq və kölə ticarətini önləmək adı altında bu bölgələrdə bir sıra hərbi əməliyyat apardı; bunların ən şiddətlisi, 1906-cı ildə minlərcə müsəlmanın ölümüylə nəticələnən "bud dajo" hərəkatıdır. 1914-cü ildə bölgənin idarəsi, yerli əhaliyə yardım və xidmət etmək qayəsiylə gəldiklərini iddia edən mülki şəxslərə verildi. Müsəlmanlara öz dinlərinə, adətlərinə və mədəniyyətlərinə uyğun biçimdə sərbəstcə yaşaya biləcəkləri təminatı verildi və çoxsaylı olaraq olduqları bölgələrə yeni yollar çəkildi, məktəblər açıldı və işsizlərə müxtəlif çalışma imkanları yaradıldı. Müsəlmanlar da zamanla silahlı mücadilələrinə son verərək Amerikan idarəsini qəbul etməyə başladılar.
1915-ci ildə Sulu sultanı II Camal əl-Kiram, idarəsi altında olan bölgələrin hakimiyət haqqını rəsmən Amerika Birləşmiş Ştatlarına verdi. Ancaq özlərini xristiyan Filippin əhalisindən (Bangsa Filipino) ayrı görməyə davam edən müsəlmanlar bu durumu göstərmək üçün Bangsa Moro (müsəlman toplum, Morolar) adını siyasi anlamda işlətməyə başladılar.
İstinadlar
redaktə- ↑ C. Adib Majul,. Muslims in the Phüippines, Quezon City, 1973
- ↑ N. M. Saleeby, Studies in Moro Histoıy, Law and Religion, Manila, 1905.
- ↑ S. K. Tan, The Filipino Müslim Armed Struggle (1900–1972), Manila, 1977.
- ↑ T. J. S. George, Reuolt in Mindanao: The Rise of Islam in Philippine Politics, Kuala Lumpur, 1980.
- ↑ A. Cabaton, "Les Moros de Soulu et de Mindanao", RMM, IV/1 (1908), s. 21–74.
- ↑ Левтонова Ю. О. История Филиппин. М.: Наука, 1979, 295 с, c.115