Sulduz Eli - Wikipedia
Sulduz və ya suldus — XIII əsrin əvvəllərində Çingiz xanın imperiyasına daxil olan monqol tayfası.
Sulduz eli darlekin-monqollar icmasının bir hissəsi idi. Tayfa adının sulduzların hərəkət etdiyi ərazilərdə sıx bitdiyi güman edilən eyniadlı çöl bitkisinin verdiyi versiya var.[1] XII əsrin sonlarından etibarən suldusların bir hissəsi besut və baarinlərlə birlikdə tayciutların bir hissəsi olmuş, onların tabeliyinə düşmüşdülər. Tayciutların məğlubiyyətindən sonra Çingiz xanın qoşunlarının tərkibində sulduzların böyük dəstələrindən biri Dəşt-i Qıpçaqda və qismən də müasir Özbəkistan ərazisində, eləcə də Əfqanıstanın şimalında məskunlaşmışdır. Onlar sonra da Azərbaycana və İrana köçmüşdülər. Çingiz xanın əmrində olan ən nüfuzlu əmirlərdən bəziləri tayciutlarla müharibədə böyük köməklik göstərdiklərinə görə sulduzlardan ibarət idi.[2]
Çingiz xanın doqquz nökərindən biri olan Sorqan-Şirə sulduz elindən çıxmışdır. Sorqan-Şirənin oğulları Çilaun və Çimbay Çingiz xanın şəxsi mühafizəsi olan keşik komandanları idi. Çilaun övladları Hülaku ulusunda yüksək vəzifələr tutan Çobanilər sülaləsinin əsasını qoymuş, sonradan İran Azərbaycanı ərazisində öz dövlətlərini qurmuşdular. Həzaraların tərkibindəki Çobanilərin nəsli Day Çopan kimi tanınır.[3][4] Sorqan-Şirənin qızı Xadaan Çingiz xanın cariyələrindən biri idi.[1]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 Чингисиана: свод свидетельств современников. Тайны древних цивилизаций (5000 nüs.). М.: Эксмо. Пер., сост. и коммент. А. Мелехина. 2009. ISBN 978-5-699-32049-3.
- ↑ Очир А. Монгольские этнонимы: вопросы происхождения и этнического состава монгольских народов (PDF). Элиста: КИГИ РАН. д.и.н. Э. П. Бакаева, д.и.н. К. В. Орлова. 2016. ISBN 978-5-903833-93-1. Arxiv surəti 7 iyul 2021 tarixindən Wayback Machine saytında
- ↑ Elizabeth Emaline Bacon. The Hazara Mongols of Afghanistan: A Study in Social Organization. University of California, Berkeley. 1951. 32.
- ↑ Robert L. Canfield, Gabriele Rasuly-Paleczek. Ethnicity, Authority and Power in Central Asia: New Games Great and Small. Routledge. 2010-10-04. ISBN 9781136927508.