Suicidal Tendencies - Wikipedia
Suicidal Tendencies — 1981-ci ildə Los-Ancelesdə qurulan Hardcore Punk/Thrash Metal qrupu. Qrup Heavy metal, Thrash Metal və Funk elementlərini birləşdirərək bənzərsiz bir sound əldə etdilər və Crossover Thrash metal növünün də qabaqcılları arasında yerlərini aldılar. Vokalist və sözyazarı Mike Muir qrupun tək dəyişməz üzvüdür. Qrupun növü Skate Punk olaraq da diqqətə alınmaqdadır. Qurulduqdan sonra qrupun heyəti Muir ilə birlikdə gitarada Michael Dunnigan, bas gitarada Andrew Evans və zərb alətlərində Sean Dunnigan'dan ibarət idi. Ancaq Evans'ın qrupda qalması çox uzun sürmədi və yerinə Luis Mayorga keçdi. Mystic Records tərəfindən yayımlanan bir toplu albom üçün «I Saw Your mommy» mahnısı yazıldı və bu mahnı qrupun ilk albomunda da yer aldı. Qrupun öz adını daşıyan Hardcore/Punk stilindeki ilk albomu «Suicidal Tendencies» 1983-cü ildə Frontier Records etiketiylə satışa çıxdı. Albomdakı «Institutionalized» klassikləşən bir mahnı olmuşdu. 1987-ci ildə isə Crossover növünün ən yaxşı bilinən albomlarından biri olan «Join The Army» satışa çıxarıldı və ən yaxşı 100 albom arasına girdi. «War Inside My Head» və «Possessed To Skate» isə albomun klassikləşən mahnıları oldular.
Suicidal Tendencies | |
---|---|
| |
Əsas məlumatlar | |
Üslub |
hardkor-pank skeyt-pank krossover treş-metal (1984-cü ildən) proqressiv metal (1992-ci ildə) |
Fəaliyyət illəri |
1981—1985 1987—1995 1997—2003 2007—h.h. |
Ölkə | ABŞ |
Şəhər | Venis-Biç, Los-Anceles, Kaliforniya |
Dil | ingiliscə |
Leybl |
Frontier Records Caroline Records Virgin Records Epic Records Suicidal Records |
Heyət |
Mayk Myuir Din Plezents Nico Santora Tim Vilyams Erik Mur |
Keçmiş üzvlər |
Robert Trujillo Louiche Mayorga Rocky George Amery Smith |
www.suicidaltendencies.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Epic Records firmasına keçdikdən sonra 1988-ci ildə üçüncü albom «How Will I Laugh Tomorrow If I Can't Even Smile Today?» yayımlandı. Bu az qala tamamilə Punk və Hardcore köklərinə əsaslanan, Thrash istiqamətində bir tərzdən çox, kompleks mahnı quruluşunun vurğulandığı və qrupun instrumental bacarığının üstündə dayandığı daha melodik bir albom idi. 1989-cu ildə «Controlled By hatred / Feel Like Shit ... Deja Vu» adlı qrupun iki EP birləşdirdiyi bir yığma albom satışa çıxdı. Eyni heyətlə 1990-cı ildə dördüncü albom «Lights ... Camera ... Revolution!» yayımlandı. Bu albom isə qrupun musiqi olaraq daha da inkişaf göstərdiyi, bir neçə mahnısı Proqressiv metala yaxınlaşan və tamamilə kompleks quruluşda mahnılardan ibarət olan bir albom idi. Təbii albom bir hit mahnı da ortaya çıxardı. «You Can't Bring Me Down» radyolardaki Rok proqramlarının imtina edilməz mahnısı olmuşdu. Bunun xaricində funk-metal tərzində bir mahnı olan «Send Me Your Money», melodik Thrash Metal stilindəki «Alone» digər ön plana çıxanlar idi.
1992-ci ildəki albom «The Art Of Rebellion» əvvəlki albomlarından çox fərqli idi amma qrupun ən melodik və ən təsir edici albomu olmuşdu. Proqressiv Rok və Funk təsirləriylə dəstəklənən ənənəvi metal gitaralarının iştirak etdiyi albom, qrupun pərəstişkarlarının çoxu tərəfindən də müsbət qarşılandı. «The Art Of Rebellion» eyni zamanda qrupun ticari baxımdan o günə qədər ən böyük müvəffəqiyyət qazandığı albom olmuşdu. «Still Cyco After All These Years» (1993) albomu ilə bu ticari müvəffəqiyyət zirvəyə çatdı. Amma 1994-ci ildəki «Suicidal For Life» albomu, qrupun ən az maraq gördüyü albom idi. Əslində qrupun musiqisi hələ də eyni idi və hətta əvvəlki alboma görə çox daha aqresiv bir quruluşda idi. Onsuz da albom sonrası qrupun Epic Records ilə olan müqavilə müddəti də dolmuş idi.
1998-ci ildə Suicidal Records firmasından çıxan 6 mahnılıq «Six The Hard Way» adlı EP qrupun özünə gəldiyini göstərirdi. Hardcore Punk, Skatepunk stilinə qayıdan qrupun bu EP'i xüsusilə köhnə pərəstişkarları tərəfindən böyük bir məmnuniyyətlə qarşılandı. Eyni tərzlərini 1999-cu ildəki «Freedumb» albomunda da davam etdirdilər. Mənfi reaksiyalar alsalar da bu albom qrupun bir çox pərəstişkarları tərəfindən Suicidal Tendencies'ın çevriliş albomu olaraq qəbul edilmişdi. «We Are A Family» isə albomdakı favorit mahnı olaraq zirvəyə çıxdı. Bir sonrakı il daha da açıq, dəqiq bir Hardcore albomu olan «Free Your Soul And Save My Mind» albomu gəldi. 2002-ci il isə qrupda bəzi dəyişikliklər meydana gətirdi. Qrupdan ayrılan Josh Paul və Brooks Wackerman'ın yerinə Ron və Steve Brunner qardaşları keçdi.
Diskoqrafiya
redaktəStudiya albomları
redaktə- 1983 - Suicidal Tendencies
- 1987 - Join the Army
- 1988 - How Will I Laugh Tomorrow When I Can't Even Smile Today'
- 1990 - Lights...Camera...Revolution!
- 1992 - The Art of Rebellion
- 1994 - Suicidal for Life
- 1999 - Freedumb
- 2000 - Free Your Soul and Save My Mind
- 2012 - TBA