Sugar Soldier - Wikipedia
Sugar Soldier (シュガー*ソルジャー, Shugā Sorujā?) — Mayu Sakay tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. 2011-ci ilin sentyabrından 2015-ci ilin avqustuna qədər Shueisha nəşriyyatının "Ribon" şoco manqası jurnalında nəşr olunmuşdur. 10 tankobon cildində toplanmışdır. Manqa əsasında çəkilmiş anime adaptasiyası 14 – 28 yanvar 2014-cü ildə TV Tokyo kanalının "Oha Star" (azərb. "Sabahın xeyir, Ulduz") verilişi çərçivəsində yayımlanmışdır.[1]
Sugar Soldier | |
Birinci cildin üzlüyü. | |
シュガー*ソルジャー (Shugā Sorujā) azərb. Şəkər döyüşçüsü | |
---|---|
Janr | romantik komediya |
Manqa | |
Manqaka | Mayu Sakay |
Nəşriyyat | Shueisha |
Demoqrafiya | Şoco |
Nəşr tarixi | sentyabr 2011 — avqust 2015 |
Cildlər | 10 |
Anime | |
Kanal | TV Tokyo |
Buraxılış tarixi | 14 yanvar 2014 – 28 yanvar 2014 |
Vaxt | 1 dəq. |
Seriyalar | 3 |
Məzmun
redaktə15 yaşlı Makoto Kisaraqinin böyük bacısı məşhur modeldir və həyatının böyük hissəsini bacısının gözəlliyinin kölgəsi altında keçirmişdir. Artıq öz qərarlarını özü verərək yeni lisey həyatında məşhur adam olmağa qərar verir. Bacısını liseyə onun ziyarətinə gəldikdə işlər qarışır, amma məktəbin yaraşıqlı oğlanlarından Şun İriyanın köməyi ilə özünə güvəni artmağa başlayır.
Personajlar
redaktə- Makoto Kisaraqi (如月 麻琴, Kisaragi Makoto?)
- Səsləndirən: İnori Minase
- Şun İriya (入谷 瞬, Iriya Shun?)
- Səsləndirən: Ryota Osaka
Media
redaktəManqa
redaktə№ | Başlıq | Nəşr tarixi | ISBN |
---|---|---|---|
1 | Şəkər döyüşçüsü 01 (シュガー*ソルジャー 01) | 15 fevral 2012[2] | ISBN 978-4-08-867177-2 |
2 | Şəkər döyüşçüsü 02 (シュガー*ソルジャー 02) | 15 iyun 2012[3] | ISBN 978-4-08-867204-5 |
3 | Şəkər döyüşçüsü 03 (シュガー*ソルジャー 03) | 15 oktyabr 2012[4] | ISBN 978-4-08-867228-1 |
4 | Şəkər döyüşçüsü 04 (シュガー*ソルジャー 04) | 15 mart 2013[5] | ISBN 978-4-08-867260-1 |
5 | Şəkər döyüşçüsü 05 (シュガー*ソルジャー 05) | 9 avqust 2013[6] | ISBN 978-4-08-867280-9 |
6 | Şəkər döyüşçüsü 06 (シュガー*ソルジャー 06) | 15 yanvar 2014[7] | ISBN 978-4-08-867304-2 |
7 | Şəkər döyüşçüsü 07 (シュガー*ソルジャー 07) | 13 iyun 2014[8] | ISBN 978-4-08-867326-4 |
8 | Şəkər döyüşçüsü 08 (シュガー*ソルジャー 08) | 14 noyabr 2014[9] | ISBN 978-4-08-867344-8 |
9 | Şəkər döyüşçüsü 09 (シュガー*ソルジャー 09) | 24 aprel 2015[10] | ISBN 978-4-08-867365-3 |
10 | Şəkər döyüşçüsü 10 (シュガー*ソルジャー 10) | 25 avqust 2015[11] | ISBN 978-4-08-867383-7 |
Anime
redaktəManqanın anime adaptasiyası Shueisha nəşriyyatının "Ribon" jurnalının fevral 2013-cü il buraxılışında anons edilmişdir. Cəmi 3 seriyadan (hər səriya cəmi 1 dəqiqə çəkmişdir) ibarət anime serialı 14 yanvar, 21 yanvar və 28 yanvar 2014-cü il tarixlərində göstərilmişdir.
İstinadlar
redaktə- ↑ "Sugar Soldier Shōjo Romantic Comedy Manga Gets TV Anime". Anime News Network. December 25, 2013. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #1" (Japanese). Shueisha. 19 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #2" (Japanese). Shueisha. 31 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #3" (Japanese). Shueisha. 16 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #4" (Japanese). Shueisha. 25 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #5" (Japanese). Shueisha. 16 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #6" (Japanese). Shueisha. 21 January 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #7" (Japanese). Shueisha. 15 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #8" (Japanese). Shueisha. 13 March 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #9" (Japanese). Shueisha. 14 May 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
- ↑ "シュガー*ソルジャー #10" (Japanese). Shueisha. 22 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 may 2016.
Xarici keçidlər
redaktə- Sugar Soldier (manqa) Anime News Network Ensiklopediyasında