Subekvatorial Iqlim - Wikipedia
Subekvatorial_iqlim - Haqqında Məlumat
Subekvatorial iqlim — savanna iqlimi — subekvatorial enliklərin (Ekvatorial Afrika, Cənubi və Cənub-Şərqi Asiya, Şimali-Avstraliya) iqlimi. Yüksək hava temperaturu (orta temperatur ən soyuq ayda 18°S, yay aylarında 30°S-dir), onun illik tərəddüdünün aşağı olması və yağıntıların (əsasən, yayda düşür) çoxluğu (2000–2500 mm) ilə xarakterizə edilir. Ekvatorial iqlimdən qış mövsümünün kəskin quru olması ilə fərqlənir. Atmosfer dövranı tropik (ekvatorial) mussonların xüsusiyyətinə malikdir.