Stereolitoqrafiya - Wikipedia
Stereolitoqrafiya -SL (yunanca Stereos - "bərk, möhkəm" və lithos - "daş və yazmaq" sözlərini birləşməsindəndir) prototiplərin sürətli hazırlama üsulu olub, ən dəqiqidir. O sənayedə tətbiq olunan ilk və hal-hazırda geniş yayılmış RP üsuludur. Üsulunun praktiki tətbiqi eynicinsli mayenin polimerləşdirmə yolu ilə bərk cismə çevirilməsinə əsaslanır.
Adından göründüyü kimi bu proses fotopolimerləşməyə əsaslanir. Polimerləşmə prosesi dedikdə, mikro molekulların makromolekullara birləşməsindən ibarət olan zəncirvari proses başa düşülür. Ayrı-ayrı molekulların qarışığından ibarət mayedən (monomerdən) zəncirvari şəkildə bərkimiş süni material alınır. Monomerlər adətən karbohidrat birləşməsindən ibarətdir.
Polimerləşmə prosesini üç mərhələyə ayırmaq olar:
- Başlanğıc;
- Zəncirvari artma;
- Sonaçatma.
Başlanğıc mərhələdə qətranda olan molekullar xaricdən verilən enerjinin hesabına radikal hissəciklərə bölünürlər. Bu hissəciklər, yəni elektronlar bir-biri ilə cütləşməyə can atırlar. Artma pilləsində elektronlar artiq monomerdəki cütləşmiş karbonla birləşməyə cəhd göstərirlər. Yeni əmələ gələn qrup başqa monomerlərlə reaksiyaya girərək polimer zənciri yaradır. Sonaçatma zamani zəncirvari proses dayanır.
Sterelitoqrafiya üsulunda polimerləşmə prosesini müəyyən sahə daxilində aparmag lazımdır. Bunun ücün xüsusu xassəyə malik monomerdən istifadə edilir. Verilmiş monomerə xüsusi inisiator əlavə etməklə xaricdən verilən işıq vasitəsilə polimerləşmə prosesi elə idarə edilir ki, yalnız işıq düşən sahədə proses gedir. Beləliklə verilmiş həndəsi formaya malik sahə bərkidilir.
Prosesi idarə etmək üçün lazer şüalarının parametrlərini bilmək vacibdir. Bu parameterlər şüanın təsir dərinliyi və buraxdığı izin həndəsi forması ilə təyin olunurlar.
Mənbə
redaktə- Rezo Əliyev. Bertram Hentşel.Sürətli hazırlama texnologiyasının mütərəqqi üsulları. Bakı, Elm, 2005
- Andreas Gebhardt: Rapid Prototyping - Werkzeuge für die schnelle Produktentstehung. 2. Auflage. Hanser Verlag, München 2000, ISBN 3-446-21242-6.