Stepan Erzya - Wikipedia
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876[1] – 24 noyabr 1956[1], Moskva[1]) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir.
Stepan Erzya | |
---|---|
Doğum tarixi | 27 oktyabr (8 noyabr) 1876[1] |
Vəfat tarixi | 24 noyabr 1956[1] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili |
|
Fəaliyyəti | heykəltaraş, rəssam, vizual incəsənət rəssamı, incəsənət xadimi |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi.[2]
1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir.
1914-cü ildə Rusiyaya qayıtdı və 1918-ci ildə Yekaterinburqa köçdü və burada monumental sənət əsərlərini yaratdı. 1921-ci ildə Novorossiyskə, daha sonra Batumiyə köçdü. Orada yaşayarkən Lenin, Marks, Engels və Gürcüstanın bir çox mədəniyyət xadimlərinin portretlərini çəkdi. 1923-cü ildə o, Bakıda yaşamış və burada monumental janrda əsərlər yaratmışdır.
1926-cı ildə Sovet hökuməti Stepan Erzyanı "Sovet incəsənəti biliklərini yaymaq üçün" xaricə göndərmə qərarını verir. O, bir daha Parisə səfər etdi. Qərb mətbuatından müsbət reaksiya aldığından, onun solo şoularına yenidən sponsorluq edildi.[3]
1927–1950-ci illərdə Buenos-Ayresdə çalışmış və orada Lenin, Musa, Tolstoy və Bethovenin portretlərini yaratmışdır.
Kiçik və qorxudulmuş bir millətin nümayəndəsi olan Erzya And dağlarını istiqlal müharibəsi qəhrəmanlarının abidələrinə çevirmək üçün bir layihə hazırladı. Yerli hakimiyyət orqanları onun planını təsdiqlədi, lakin həyata keçirilməsini maliyyələşdirə bilmədi.[4]
Argentinada olarkən, Erzia burada yetişdirilən bəzi artıq dərəcədə sərt oduncağların (prozopis və kverbraxo) işlənilməsi üçün metod icad etdi.
1950-ci ildə Sovet İttifaqına qayıtdı. 1956-cı ildə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edildi.
Stepan Erzya 1959-cu ildə Moskvada vəfat etdi və Mordoviyanın paytaxtı Saranskda dəfn edildi.[5] 26 iyun 1958-ci ildə Mordoviyanın paytaxtı Saranskda Mordoviya Stepan Erzya adına Vizual Sənətlər Muzeyi açıldı. Muzeydə Erzyanın müəllif olduğu 204 əsərdən ibarət kolleksiyası var.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
- ↑ (Tatarca) Erzia Stepan/Эрьзя Степан // Tatar Ensiklopediyası. Kazan: Tatarıstan Elmlər Akademiyası. Tatar Ensiklopediyası İnstitutu. 2002.
- ↑ Russian culture navigator: "Russian Rodin" (It is 125 years since the birth of sculptor Stepan Erzia) Arxiv surəti 30 sentyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine
- ↑ A Romance With Stone Arxiv surəti 11 yanvar 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-01-11 at the Wayback Machine
- ↑ (rus.) Биография Степана Эрьзи (Short Bio) Arxiv surəti 4 iyun 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-06-04 at the Wayback Machine