Stasi - Wikipedia
Ministerium für Staatssicherheit (MfS/Dövlət Təhlükəsizlik Nazirliyi) xüsusilə Ştasi (Ştaatssicherheit mürəkkəb sözünə görə) adı ilə tanınır, bu Almaniya Demokratik Respublikasının təhlükəsizlik və kəşfiyyat təşkilatıdır. Stasi Şərqi Berlindən idarə edilirdi. Lichtenberg şəhərində genişmiqyaslı bir kompleksə, eyni zamanda şəhərin müxtəlif yerlərində müxtəlif komplekslərə sahib idi. Stasi dünyada fəal kəşfiyyat təşkilatlarından biri hesab olunurdu. Təşkilatın şüarı "Schild und Schwert der Partei" ("Partiyanın Qalxanı və Qılıncı") idi. Əvvəlki dövrlərdə Stasi üçün istifadə edilən başqa bir termin Dövlət Təhlükəsizliyi Xidməti yəni Staatssicherheitsdienst idi.
Ştazi | |
---|---|
Yaranma tarixi | 8 fevral 1950 |
Ləğvolma tarixi | 1990 |
Mərkəzi | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəStasi 1950-ci il fevralın 8-də təsis edilmişdir. Quruluşunda Sovetlərin kəşfiyyat təşkilatı olan KQB modeli əsas götürülmüşdür. KQB tərəfindən Varşava Paktına üzv ölkələrin kəşfiyyat idarələri içərisində ən təsirli və sadiq tərəfdaş olaraq qəbul edilirdi.
Wilhelm Zaisser Stasinin ilk prezidentidir, Wilhelm Zaisserin köməkçisi isə Erich Mielke olmuşdur. Vilhelm Zaisser 1957-ci ildə Almaniya Demokratik Respublikasının prezidenti Walter Ulbricht tərəfindən vəzifəsindən azad edildi. Ernst Wollweber onun yerinə bu vəzifəyə təyin edildi. Ernst Wollweber dövlət liderləri Walter Ulbricht və Erich Mielke ilə qarşıdurmalar səbəbiylə istefa etdi. Vəzifəyə köməkçisi Erich Mielke təyin edildi. Ayrıca 1957-ci ildə Markus Wolf HVA (Kəşfiyyat Mərkəzi İdarəsi — Hauptverwaltung Aufklärung) xarici kəşfiyyat bölməsinin rəhbəri təyin edildi. Wolf, Almaniya Federativ Respublikasının dövlət mexanizminə, siyasətinə və iş dünyasına nüfuz etməkdə böyük bir müvəffəqiyyət əldə etdi.
1970-ci illərdə Stasi, xüsusən Latın Amerikasında bir çox fəal və siyasətçinin həyatını xilas edərək fərqli bir rol almışdır. Məsələn, 1973-cü ilin sentyabrında Çilidəki Pinochet çevrilişində, Stasi agentləri tərəfindən həyata keçirilən əməliyyat zamanı Xalq Birliyi təşkilatının yüzlərlə üzvü xilas edilərək Almaniya Demokratik Respublikasına verilmişdir.
1986-cı ildə Wolf təqaüdə çıxanda vəzifəsini Werner Grossmanna təhvil verdi.
1989-cu ildə Şərqi Almaniyanın dağılmasından əvvəl Ştazi adı Milli Təhlükəsizlik İdarəsi olaraq dəyişdirildi. Bu dəyişiklikdən sonra Rudi Mittig rəhbərliyə gətirildi.
Qalereya
redaktə-
Ştazi qərargahının birinci mərtəbəsi
-
Mətbəx
-
Katiblik
-
Nəzarət məntəqəsi
-
İstintaq mərkəzi