Spis Qalasi - Wikipedia
Spiş qalası (slovak. Spišský hrad, mac. Szepesi vár, alm. Zipser Burg) - Slovakiyanın şərqində yerləşən və Mərkəzi Avropanın ən böyük qalalarından biri. Qala Spiş regionunda Jehra kəndində, Spişke-Podqrad şəhərinin üstündə yerləşir. Spiş qalası 1993-cü ildən Spişka Kapitula və Sent Martin kafedralı, Spişke Podqrad və Jehra kəndi ilə birlikdə YUNESKO-nun Dünya irsi siyahısındadır. Sahəsinə görə Avropanın ən böyük qalalarından biridir (41,426 m²).
Spiş qalası | |
---|---|
çex. Spišský hrad | |
49°00′02″ şm. e. 20°46′06″ ş. u.HGYO | |
Ölkə | Sloveniya |
Yerləşir | Jehra bələdiyyəsi, Spişskа Nоvа Vеs, Koşitse diyarı |
Aidiyyatı |
Macarıstan kralları (1464-cü ilə kimi) Zapolya ailəsi (1464-1528) Turzo ailəsi (1531-1635) Çaki ailəsi (1638-1945) |
Əsas tarixlər | 1760 - tərk edilib. |
Tikilmə tarixi | XII əsr |
Üslubu | roman, qotik, intibah |
Sahəsi | 41,426 m² |
Vəziyyəti | stabil |
Rəsmi sayt |
spisskyhrad.com/lokalita… spisskyhrad.com/english/… |
Rəsmi adı: Levoča, Spišský Hrad and the Associated Cultural Monuments | |
Tipi | Mədəni |
Kriteriya | iv |
Təyin edilib | 1993 |
İstinad nöm. | 620 |
Dövlət | Slovakiya |
Region | Avropa |
Slovakiyanın qorunan abidələri | |
İstinad nöm. | 810-830/1 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəSpiş qalası XII əsrdə daha əvvəl salınmış qalanın yerində tikilmişdir. Spiş qalası Macarıstan Krallığında Şepes qraflığının inzibati, iqtisadi, siyasi və mədəni mərkəzi idi.[1] 1464-cü ilə qədər Macarıstan krallarına məxsus olmuşdur. Daha sonra qala Zapolya ailəsinə (1464-1528), Turzo ailəsinə (1531-1635), Çaki ailəsinə (1638-1945), sonda Çexoslovakiya və Slovakiya (1945-h.h.) dövlətinə aid olmuşdur.
XIII əsrin ikinci yarısında qalada Roman memarlığında istehkamlı daş qala, ikimərtəbəli saray və Roman-qotika üslubunda bazilika tikilmişdir. Qalanın xaricində ikinci tikili XIV əsrdə hazırlanmışdır və qalanın sahəsi iki dəfə artmışdır. Qala XV əsrdə yenidən bərpa olunmuş və 3-cü qala xaricində tikili salınmışdır. Qotika tərzindəki ibadətgah isə təxminən 1470-ci ildə əlavə olunmuşdur. Qalanı Zapolya ailəsi qotika üslubuna salmışdır və buranı daha rahat hala salmışdır. Qalanın sonuncu sahibləri olan Çaki ailəsi XVIII əsrin əvvəllərində qalanı tərk etmişlər, çünki onu artıq rahat hesab etmirdilər. Onlar Spişko Qrov və Jehra kəndləri yaxınlığındakı Hadqovtse kəndindəki yeni tikdirdikləri qalaya köçmüşdürlər.
Tənəzzül və yenidənqurma
redaktə1780-ci ildə qalada yanğın baş vermişdir. Yanğına səbəb olan hadisə məlum olmasa da, bu haqda bir neçə fərziyyə var. Bir fərziyyəyə görə Çaki ailəsi vergiləri azaltmaq üçün qalanı qəsdən yandırmışdır. Digər fərziyyəyə görə yanğına ildırım səbəb olmuşdur. Üçüncü fikrə görə isə bir neçə əsgərlərin qalanı yandırmasıdır. Nə olursa olsun, yanğından sonra qala tərk edilmiş və xarabalığa çevrilməyə başlamışdır.[2] XX əsrin ikinci yarısında qalada yenidənqurma işləri həyata keçirilmiş və arxeoloji tədqiqatlar aparılmışdır. Təmir olunan hissələr və işgəncə alətləri Spiş muzeyinin tərkib hissəsidir.
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ Kenneth Meyer Setton, The Papacy and the Levant, 1204–1571, American Philosophical Society, 1984, p. 315 [1] Arxivləşdirilib 2015-01-03 at the Wayback Machine
- ↑ [2]