Source 2 - Wikipedia
Source 2 — Valve tərəfindən hazırlanmış video oyun mühərriki. Mühərrik 2015-ci ildə orijinal Source mühərrikinin sələfi elan edildi və onu istifadə edən ilk oyun Dota 2 oldu. Artifact, Dota Underlords, Half-Life: Alyx və Counter-Strike 2 kimi digər Valve oyunları Source 2 istifadə olunaraq hazırlanmışdır.
Source 2 | |
---|---|
Tipi | oyun mühərriki |
Tərtibatçı | Valve |
Proqramlaşdırma dili | C++ |
Əməliyyat sistemi | Microsoft Windows, macOS, Linux, iOS |
Tarixi
redaktəOrijinal Source mühərrikinin davamı üçün planlar 2007-ci ildə Half-Life 2: Episode Two buraxıldıqdan sonra başladı.[1][2] İlk demo 2010-cu ildə Left 4 Dead 2-dəki bir xəritənin yenidən hazırlanması ilə yaradılmışdır.[2] Bunun şəkilləri 2014-cü ilin əvvəlində internetə sızdırıldı.[3] 2014-cü ildə keçirilən Game Developers Conference-də Valve əməkdaşı Sergiy Miqdalskiy Left 4 Dead 2-də istifadə olunan Source 2 fizika sazlama (debugging) alətini nümayiş etdirdi.[4] Source 2 ilk dəfə 2014-cü ildə Dota 2 üçün Steam Workshop alətləri vasitəsilə 2015-ci il Game Developers Conference-də rəsmi olaraq elan edilməmişdən əvvəl təqdim edildi.[5] Valve bunun məzmunun daha səmərəli yaradılmasına imkan vermək üçün olduğunu bildirdi.[1][6][7][8] Valve həmçinin Vulkan qrafika API-ni dəstəkləyəcəyini və üçüncü tərəf Havok alətlərinə olan ehtiyacı əvəz edəcək Rubikon adlı yeni daxili fizika mühərrikindən istifadə edəcəyini bildirdi.[4][9][10]
Valve-nin prezidenti və qurucusu Qeyb Nyuell, tərtibatçılar üçün ən yüksək keyfiyyəti təmin etmək üçün mühərriki və proqram təminatı inkişaf dəstini ictimaiyyətə təqdim etməzdən əvvəl öz oyunlarının inkişafına üstünlük verdiklərini bildirdi. O, həmçinin əlavə etdi ki, oyun Steam-də yayımlandığı müddətcə mühərriki oyun tərtibatçıları üçün pulsuz etməyi planlaşdırırlar.[5][11][12]
2015-ci ilin iyununda Valve, "Dota 2 Reborn" adlı yeniləmə ilə Dota 2-nin Source 2 mühərrikinə köçürüləcəyini elan etdi.[13][14][15][16] Reborn ilk dəfə 2015-ci ilin sentyabrında orijinal oyunu rəsmi olaraq əvəz etməzdən əvvəl beta versiya olaraq ictimaiyyətə təqdim edildi və beləliklə, mühərrikdən istifadə edən ilk oyun oldu.[17][18][19][20] Source 2, həmçinin Valve digər oyunları olan Artifact və Dota Underlords-da da istifadə edildi və mühərrik daha sonra Android və iOS-da dəstəklənməyə başladı.[21][22] Mühərrik həmçinin SteamVR Home-da, The Lab oyunundakı Robot Repair demosunda və Half-Life: Alyx-də istifadə edilən virtual reallıqda oyunların yaradılmasını dəstəkləyir.[23][24] Half-Life: Alyx məzmununu yaratmaq üçün xüsusi olaraq hazırlanmış Source 2 alətləri 2020-ci ilin may ayında buraxıldı.[25]
Oyunlar
redaktəİli | Oyun | Tərtibatçı | Qeyd |
---|---|---|---|
2015 | Dota 2 | Valve | Source mühərrikindən köçürülüb. Oyun özü 2013-cü ildə buraxılıb. |
2016 | Robot Repair | Demo versiya The Lab oyununa yerləşdirilib. Oyunun qalan hissəsi Unity mühərriki istifadə olunaraq yaradılıb.[26] | |
2018 | Artifact | ||
2020 | Dota Underlords | 2019-cu ildə erkən giriş üçün buraxılıb. | |
Half-Life: Alyx | VR eynəkləri üçün buraxılıb. | ||
2022 | Aperture Desk Job | Steam Deck üçün yaradılmış texniki demo.[27] | |
2023 | Counter-Strike 2 | Counter-Strike: Global Offensive (2012) oyununun Source 2-yə köçürülmüş versiyası.[28] | |
M/D | Sandbox | Facepunch Studios | S&box kimi stilləşdirilmişdir. Tərtibat 2020-ci ildə Unreal Engine-dən Source 2-yə keçirildi.[29] |
İstinadlar
redaktə- ↑ 1 2 Marks, Tom. "Valve Explains Why Half-Life 2: Episode 3 Was Never Made". IGN. March 23, 2020. March 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 23, 2020.
- ↑ 1 2 Keighley, Geoff. Half-Life: Alyx - Final Hours. 2020.
- ↑ Phillips, Tom. "Source 2 images show next-gen Left 4 Dead 2 prototype - report". Eurogamer (ingilis). January 28, 2014. January 31, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 2, 2020.
- ↑ 1 2 Migdalskiy, Sergiy. "Physics for Game Programmers Debugging". Game Developers Conference. April 14, 2014. April 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2017.
- ↑ 1 2 Kollar, Philip. "Valve announces Source 2 engine, free for developers". Polygon. March 3, 2015. March 5, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2015.
- ↑ Walker, John. "Gabe Newell Might Have Announced Source 2, Possibly". Rock Paper Shotgun. November 11, 2012. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 23, 2017.
- ↑ Mahardy, Mike. "GDC 2015: Valve Announces Source 2 Engine". IGN. March 3, 2015. March 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2017.
- ↑ McKeand, Kirk. "Gabe Newell on Source 2: 'For us, it's useful. For other devs, it's not as useful as Unity'". PCGamesN (ingilis). March 2, 2017. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2020.
- ↑ Mahardy, Mike. "GDC 2015: Valve Announces Source 2 Engine". IGN. March 3, 2015. March 4, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2015.
- ↑ Migdalskiy, Sergiy. "Physics for Game Developers: Physics Optimization Strategies" (PDF). Game Developers Conference. mart 2015. mart 4, 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: oktyabr 2, 2015.
- ↑ Zacny, Rob. "Khronos and Valve reveal details of Vulkan API, show Dota 2 running in Source 2 on Intel integrated graphics". PCGamesN. February 16, 2016. March 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 12, 2017.
- ↑ Savage, Phil. "Source 2 will be free; won't ask for royalties". PC Gamer. March 5, 2015. April 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 24, 2017.
- ↑ Anthony, Sebastian. "Valve quietly releases Source 2 engine, Source 2 version of Dota 2, and new Hammer map editor". ExtremeTech. August 8, 2014. August 9, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2014.
- ↑ Plaugic, Lizzie. "Dota 2 is getting overhauled with a new game engine". The Verge. June 13, 2015. April 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2017.
- ↑ Martin, Michael. "Valve Announces Dota 2 Reborn". IGN. June 13, 2015. June 29, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 10, 2016.
- ↑ Macy, Seth. "Dota 2 Now Valve's First Ever Source 2 Game". IGN. September 9, 2015. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2015.
- ↑ Nunneley, Stephany. "Dota 2 being revamped with Source 2 engine and upgraded DotaTV experience". VG247. June 13, 2015. April 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2017.
- ↑ Boudreau, Ian. "Dota 2 Will Update To Source 2 Engine Soon, Valve Says". GameRanx. June 13, 2015. October 1, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: April 21, 2017.
- ↑ Livingston, Christopher. "Valve announces Dota 2 Reborn, new engine coming". PC Gamer. June 12, 2015. June 15, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2015.
- ↑ Macy, Seth. "Dota 2 Now Valve's First Ever Source 2 Game". IGN. September 9, 2015. September 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2015.
- ↑ Bailey, Dustin. "Artifact will use Source 2, bringing the engine to iOS and Android". PCGamesN. mart 8, 2018. mart 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: mart 8, 2018.
- ↑ McWhertor, Michael. "Valve's Auto Chess competitor is Dota Underlords". Polygon. June 13, 2019. June 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 13, 2019.
- ↑ Heaney, David. "Half-Life: Alyx Highlights Valve's Powerhouse Physics Engine". UploadVR. March 25, 2020. July 23, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 5, 2020.
- ↑ Hollister, Sean. "Half-Life: Alyx is officially coming March 2020, and here's your first look". The Verge. November 21, 2019. November 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2019.
- ↑ Fenlon, Wes. "Half-Life: Alyx now has Steam Workshop support and official mod tools". PC Gamer. May 15, 2020. May 17, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 16, 2020.
- ↑ James, Paul. "Valve Releases 'The Lab' Unity Renderer for Free". RoadToVR. June 2, 2016. June 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 29, 2018.
- ↑ Werner, Adrian. "While It's Not Portal 3, Valve's New Game Collects Accolades". Gamepressure. March 2, 2022. March 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 3, 2022.
- ↑ Roth, Emma; Clark, Mitchell; Hollister, Sean. "Valve announces Counter-Strike 2, a free replacement for CS:GO". The Verge. March 22, 2023. 23 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2023.
- ↑ Newman, Garry. "New Engine". Facepunch. October 27, 2020. January 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 25, 2022.