Soumaya Muzeyi - Wikipedia
Soumaya muzeyi — Meksikalı memar Fernando Romero tərəfindən hazırlanmış Meksikada yerləşən özəl muzey. Bu qeyri-kommersiya təşkilatıdır və Mexiko şəhərində iki binası yerləşir-Plaza Karso və Plaza Loreto. Muzeydə 30 əsri əhatə edən, o cümlədən Kolumbdan əvvəlki Amerika dövrünə , 19-20-ci əsr Meksika incəsənətinə aid heykəllər və Oqust Rodin, Salvador Dali, Bartolome Esteban Murillo və Tintoretto kimi antik və müasir qərb incəsənət ustalarının geniş repertuarları da daxil olmaqla 66000-dən çox əsər saxlanılır. Muzey öz növünün ən mükəmməl kolleksiyalarından biri hesab olunur.[3][4] Soumaya muzeyi 1999-cu ildə vəfat edən və binanın banisi olan Karlos Slimin həyat yoldaşı Soumaya Domitin şərəfinə adlandırılmışdır.[5] Bina 2013-cü ildə 1 095 000 nəfər qonaq qəbul edərək Meksikada birinci və həmin il dünya üzrə 56-cı ən çox ziyarət olunan muzey oldu.[6] 2015-ci ilin oktyabr ayında muzey öz beş milyonuncu ziyarətçisini qəbul etdi.[7]
Soumaya muzeyi | |
---|---|
Museo Soumaya | |
| |
Əsası qoyulub | 1994 |
Açılış tarixi | 29 mart 2011 |
Təsisçi | |
Mövzu | İncəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Nuevo Polanso, Mexiko şəhəri |
Kolleksiyası | 66000+ |
Ziyarətçi sayı | 1.1 milyon (2013) |
Direktor | Alfonso Miranda |
Muzeyə yetişmək | Polanso metrosu, Linea 7 |
19°26′26″ şm. e. 99°12′17″ q. u.HGYO | |
soumaya.com.mx | |
Vikianbarda əlaqəli mediafayllar |
Kolleksiyaları
redaktəSoumaya muzeyi 66000-dən çox incəsənət əsərindən ibarət olan kolleksiyaya sahibdir. İncəsənət nümunələrinin əksəriyyəti 15-20-ci əsrə aid avropalıların işlərindən ibarətdir. Muzeydə həmçinin Meksika incəsənəti, dini əmanətlər, tarixi sənədlər və qədim dəmir pullar saxlanılır.[8] Muzey Kolumbdan əvvəlki və müstəmləkə dövrünün sikkələrinin ən böyük kolleksiyasını özündə ehtiva edir.[5] Muzeydə həmçinin Oqust Rodinin Fransadan kənardakı heykəllərinin hissələri və onun sənət dünyasının ən böyük özəl toplusu mövcuddur.[9] Slim Rodinin əsərlərindən və heykəl hissələrindən ibarət 380 eksponata malikdir. İncəsənət dünyası haqqında bildiklərində böyük rolu olan mərhum həyat yoldaşı Rodinin əsərlərinin böyük vurğunu olmuşdur.[5] Rodindən əlavə, Salvador Dali, Pablo Pikasso, Leonardo da Vinçi, Pier Oqust Renoir, Joan Miro, Anri Matiss, Klod Mone, Bartolome Esteban Murillo, El Qreko və Tintoretto kimi bəzi tanınmış Avropa rəssamlarının əsərləri də burada nümayiş olunur.[8] Muzeydə mövcud olan ən dəyərli incəsənət əsəri Leonardo da Vinçi dairəsinin nümayəndəsi tərəfindən hazırlanan Madonna Yarnvinderin versiyası hesab olunur. Eyni rəsmin digər versiyası £30 milyon dəyərində hesablanmışdır.[5]
Muzeydə Dieqo Rivera və Rufino Tamayo kimi bir sıra meksikalı incəsənət nümayəndələrinin də əsərləri nümayiş olunur.[9] Muzeyin direktoru Soumaya muzeyindəki ümumi incəsənət nümunələrinin dəyərinin $700 milyon olmasını iddia edir.[5]
Alfonso Miranda öz yanaşmasını təsvir edərək bildirib ki, muzeydə olanlar qərb incəsənətinin təkrarı deyil və sahib olduqları əşyaların yeni versiyasıdır[8]. Muzeydə daha əvvəllər Latın Amerikasında nümayiş edilməyən Avropa incəsənət nümunələri mövcuddur. Muzeyin kolleksiyasına 15-20-ci əsrlərin bir çox tanınmış Avropa rəssamları, o cümlədən Oqust Rodin və Salvador Dalinin hazırladığı heykəllərin geniş kolleksiyası daxildir.
Karlos Slim 1980-ci illərdə Rodinin hazırladığı heykəllərin böyük bir hissəsini muzeyə gətirdi və bundan sonra bir çox nümunələrin dəyərini sürətlə yüksəldi.
Slim Rodinin 100-dən çox əsərini muzeydə topladıqdan sonra bəzi tənqidçilər onu ittiham edərk bildirdilər ki, o, bir gözəllik vurğunundan daha çox münasib alış-veriş həvəskarıdır.[8]
Binaları
redaktəSoumaya muzeyinin orijinal binası 1994-cü ildə açılan və Mexiko şəhərinin cənub hissəsində Plaza Loreto olmuşdur. Yeni bina olan Plaza Karso 2011-ci ildə Nuevo Polanso küçəsində açılmışdır.
Plaza Loreto
redaktəMaqdalena çayının yaxınlığında inşa edilən muzeyin birinci binası 15-ci əsrdə konkisador Hernan Kortesin enkomiendasının bir hissəsi olan məkanda idi. Onun oğlu Martin Kortes ərazidə su dəyirmanı quraşdırdı və daha sonralar 19-cu əsrdə bu su dəyirmanı parça dəyirmanı ilə əvəz edildi. 1905-ci ildə mexanizmdə yanğın abş verdi və bunun nəticəsi olaraq 1905-ci ilin oktyabr ayının 13-də onun sahibləri müəssisəni Alberto Lenzə satdılar. 1906-cı ildə Lenz bu material dəyirmanının adını Fábrica de Papel de Loreto y Peña Pobre kimi dəyişdi və plazanın hazırkı adı buradan götürülmüşdür.[10]
1980-ci illərdə, baş vermiş digər yanğın hadisəsi mexanimin böyük bir hissəsini məhv etdi və əməliyyatlar Tlaskala ştatına köçürüldü. Bu hadisədən sonra Grupo Karko şirkəti binanın xarabalıqlarını yenidən bərpasına başladı və binanın indiki ərazisində rəsmi olaraq 1994-cü ildə əsası qoyulan bina inşa edildi.[11] 1996-cı ildə muzey Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura tərəfindən mədəni irs kimi tanındı. Muzeyin binası hər biri xüsusi mövzuları özündə əks etdirən dörd fərqli otaqdan ibarətdir: Avropa və Meksika peyzajı, Rodin dövrü, Meksika təqvimləri, müvəqqəti sərgilər.[11] 2014-cü ildə, muzeyin 149-cu ildönümü münasibətilə muzeydə Avropa peyzajının sərgisi keçirildi, sərgidə Pier-Antuan Demaxi, Klaes Molenear və Just Çarlezin əsərlərindən ibarət 50 eksponat nümayiş edildi. Bu eksponatlardan 24-ü satın alındı.[12]
Plaza Karso
redaktə2011-ci ildə, muzeyin əsas kolleksiyası şəhərin şimalında Plaza karso ərazisində inşa edilən və 16000 m2 sahəsi olan yeni binaya köçürüldü.[13]
İnşası
redaktəBina 46 metr hündürlüyündə altı mərtəbədən ibarətdir və 16000 altıbucaqlı alüminium plitələr ilə əhatə edilmişdir.[8][9] Binanın layihəsində istifadə edilən alüminiumu da həmçinin Karlos Slimə məxsus bir şirkət təchiz edib. Yeni binanın memarı Karlos Slimin qızı ilə evli olan Fernando Romero idi.[8][13] Binanın inşası üçün 70 milyon dollar məvacib sərf edilmişdir. Muzeyin geniş ağ qalereyaya açılan dar bir girişi var.[8] Binanın üst qatı açıqdır və beləcə o gün ərzində günəş işığını əks etdirir. İncəsənət qalereyaları ilə yanaşı, yeni binada kitabxana, restoran və 350 yerlik tamaşaçı salonu da yerləşir.[13]
Slim və Romero binanın dizaynını geniş müzakirə etdilər. Hətta ailə toplantıları zamanı da tikinti detallarının planlaşdırılması üzərində də mübahisə edirdilər. Romero binanın layihə memarı seçilməzdən öncə, bir neçə beynəlxalq mükafat qazanmışdı.[8][9] Muzeyin altı mərtəbəsinin hər birinin fərqli forması var.[8] Döşəmələr Yunanıstandan idxal edilən yüksək keyfiyyətli mərmərdən hazırlanmışdır.[5]
Soumaya muzeyinin yeni binası fevral ayının 28-i, 2011-ci ildə təntənəli lent kəsmə mərasimini keçirildiyi böyük VİP qala gecəsində rəsmi açılış etdi. Lentkəsmə mərasimində iştirak edən tanınmış qonaqlara Felip Kalderon, Qabriel Qarsia Markez, Evelin Robert de Rotsild və Leri Kinq də daxil idi.
Yeni bina mart ayının 28-i 2011-ci ildə ictimaiyyətə açıq elan edildi. Binaya giriş hal-hazırda pulsuzdur və əməliyyat xərcləri Slimin sərvəti ilə qarşılanır.[8]
Muzey Nuevo Polansoda Plaza Karso adlı ərazidə yerləşir. Bu layihə də Karlos Slim tərəfindən inşa edilmişdir və bir neçə göydələnlər kimi onun şirkətlərinin bir hissəsi burada yerləşir. Bütün layihənin dəyəri 800 milyon dollar həcmindədir.[8]
Otaqları
redaktə- Giriş: Binanın foyesi asimmetrik, yüksək tavanlı verstibüldən ibarətdir. Bu məkan müvəqqəti sərgilər, tədbirlər üçün nəzərdə tutulmuşdur və 4 ədəd böyük formatlı əsəri daima nümayiş etdirir: Ogüst Rodinin "Düşünən adam" əsəri, Dieqo Riveranın son divar rəsmi olan “Rio Jusitan”, Rufino Tamayonun “Sakit həyat” əsəri və Rufino Tamayo və Pietaya məxsus “Gündüz və gecə” əsəri.
- Birinci mərtəbə: Qızıl və gümüş: dekorativ incəsənət. Vays krallığından inqilabdan sonrakı dövrə qədərki dəmir pulların, medalların və bank qeydlərinin kolleksiyası. Burada həmçini dini və ya mülki olaraq istifadə edilən fil sümüyü, ipək və qiymətli daşlar da mövcuddur.
- İkinci mərtəbə: Müvəqqəti sərgilər
- Üçüncü mərtəbə: Avropa və Yeni İspaniyanın antik rəssamları. Tintoretto, El Qreko, Kranaks, Artemisia Qentileşi və Murillo kimi Avropa rəssamları və Villalpando, Yuarez, Kabrera və Paez və başqaları kimi müstəmləkə sakinlərinin əsərləri.
- Dördüncü mərtəbə: İmpressionizmdən Avanqarda kimi.
- Beşinci mərtəbə:”Venice Museo Soumaya Collection”
- Altıncı mərtəbə: Culian və Linda Slim/Rodin dövrü.
Tənqidçilərin mövqeyi
redaktəMeksikanın prezidenti Felip Kalderon muzeyi “Meksikalıların bütün zamanların ən böyük ustad şəxsiyyətləri haqqında öyrənə biləcəyi məkan” kimi yüksək qiymətləndirib.[8] Slim özü isə muzeyi onun Mexiko şəhərinin “humanizm paytaxtı” kimi mövqeyinin artırılmasında bir cəhdi kimi təsvir edib.[8] O, qeyd edib ki, bir çox meksikalılar Avropada yerləşən incəsənət kolleksiyalarını görmək üçün səyahət etmək imkanına malik olmadıqları üçün Meksikanın özündə Avropa incəsənətinin görkəmli nümunələrinin kolleksiyalarını nümayiş etdirmək mühümdür. Leri Kinq kimi bəzi şərhçilər qeyd edib ki, muzey ABŞ-dən Mexiko şəhərinə daxil olan ziyarətçilərin də sayının artmasına səbəb olacaqdır.[9]
Qalereya
redaktəXV əsrdən XVI əsrə kimi
redaktə-
Tintoretto - Deploration of Christ, c. 1556-59.
-
Virgen del huso, c. 1501-1540, taller of Leonardo Da Vinci.
-
Don Juan de Austria, 1560, Alonso Sánchez Coello.
-
La resurrección de Cristo, 1508, Juan de Flandes
-
La Virgen y el Niño en un nicho, 1476, Sandro Bottiselli en taller.
Mexiko şəhərinin qədim dövründən bu günə kimi
redaktə-
Josep Antonio de Ayala, The del Valle family at the feet the Virgin of Loreto, 1769. In the collections of the Museo Soumaya
-
Panorama of the city of Celaya made from rice paper
-
Paisaje con bosque y río, early 20th century, by Joaquín Clausell
-
2 de abril de 1867. Entrada del general Porfirio Díaz a Puebla, 1902, by Francisco de Paula Mendoza.
-
Virgen de Guadalupe con las cuatro apariciones by Juan de Sáenz
İmpressionizmdən Avanqarda kimi
redaktə-
Claude Monet - Paisaje en Port-Villez, 1883.jpg
-
Statue d’Henri IV, 1901, by Camille Pissarro
-
Woman Washing, c. 1906, by Edgar Degas.
-
La casa de Collettes en Cagnes, 1912, by Pierre-Auguste Renoir
İstinadlar
redaktə- ↑ Carlos Slim Helu & family (ing.).
- ↑ Siag J. Musée Soumaya de Mexico: la caverne de Carlos Slim (fr.). 2012.
- ↑ Excélsior (1 April 2011). "Museo Soumaya gratis y entre los mejores (Museo Soumaya free and among the best)" Arxivləşdirilib 2020-07-07 at the Wayback Machine (in Spanish). Retrieved 28 September 2014.
- ↑ Miselem, Sofía (1 April 2011). "Magnate mexicano-libanés Slim reúne en México obras de arte de renombre mundial" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (in Spanish). AFP.
- ↑ 1 2 3 4 5 6 "Carlos Slim: At home with the world's richest man" Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. The Telegraph. 21 February 2011.
- ↑ Top 100 Art Museum Attendance Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine, The Art Newspaper, 2014. Retrieved on 9 July 2014.
- ↑ "Museo Soumaya llega a 5 millones de visitantes" (in Spanish). Fundación Carlos Slim. 27 October 2015.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Casey, Nicholas (3 March 2011). "Emperor's New Museum" Arxivləşdirilib 2013-08-16 at the Wayback Machine. The Wall Street Journal. Retrieved 29 March 2011.
- ↑ 1 2 3 4 5 Tuckman, Jo (2 March 2011). "Mexican billionaire's new museum gives The Thinker much to ponder" Arxivləşdirilib 2022-08-19 at the Wayback Machine. The Guardian. London. Retrieved 29 March 2011.
- ↑ Rafael Loera y Cháve, ed. (1957). Loreto. Historia y evolución de una fábrica de papel [Loreto. History and evolution of a paper factory] (in Spanish). Fábrica de Papel Loreto y Peña Pobre S.A.
- ↑ 1 2 "Plaza Loreto". Museo Soumaya. Retrieved 29 September 2014.
- ↑ Ávila, Sonia (9 December 2013). "El Museo Soumaya de Plaza Loreto festeja 19 años (The Museo Soumaya of Plaza Loreto celebrates 19 years)" Arxivləşdirilib 2017-02-17 at the Wayback Machine. Excélsior (in Spanish). Retrieved 29 September 2014.
- ↑ 1 2 3 "Museo Soumaya in Mexico City gets asymmetrical new building" Arxivləşdirilib 2012-07-29 at the Wayback Machine. Wired. 26 November 2010.