Soslan Canayev - Wikipedia
Soslan Totrazoviç Canayev (rus. Сослан Тотразович Джанаев, oset. Джанайты Тотрадзы фырт Сослан; 13 mart 1987[1][2], Orconikidze) — qapıçı mövqeyində çıxış edən Rusiya futbolçusu. "Soçi" klubunun kapitanıdır.
Soslan Canayev | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 13 mart 1987[1][2] (37 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 188 sm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 80 kq | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | qapıçı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSoslan Canayev futbol oynamağa Vladiqavqaz şəhərinin "Spartak" məktəbində başladı. 1996-cı ildə Moskvaya köçdü və "MOİK Moskva" klubunun idman məktəbinə daxil oldu, məzun olduqdan sonra əsas komandada yer almadı və yalnız klubun ikinci əsas komandasında oynadı[3] və orada keçirdiyi 6 oyun ərzində 6 qol buraxdı. 2007-ci ildə "KAMAZ" klubuna keçid etdi, Rusiya çempionatının birinci divizionunda oynadığı 28 oyunda 17 qol buraxdı, Rusiya Kubokunda isə 2 oyuna 3 qol. 2008-ci ildə "Spartak Moskva" klubuna transfer olundu və 6 avqustda Rusiya Kuboku çərçivəsində keçirilən "Dinamo Bryansk" klubuna qarşı oyunda klubla debüt etdi, həmin turnir ərzində o, 2 oyuna 3 qol buraxmışdır. O, əsasən "qırmızı-ağlar"ın ikinci əsas heyətində çıxış edirdi (18 oyuna 17 buraxılmış qol) və klubla ikinci heyətlər arasında çempionluğu qazandı. 18 aprel 2009-cu ildə (2009 mövsümü) "Terek" klubuna qarşı oyunda Premyer Liqada ilk matçına çıxdı və qapısını toxunulmaz saxladı, bu oyun eyni zamanda Valeri Karpinin "Spartak"ın baş məşqçisi kürsündə ilk oyunu idi. Bundan sonra Canayev Stipe Pletikosanın yerini alaraq komandanın əsas qapıçısı oldu. 7 noyabr 2009-cu ildə çempionluq uğrunda mübarizə aparan "Spartak" klubu Canayevin səhvi üzündən "Krılya Sovetov" klubuna məğlub oldu.[4] Klubun baş məşqçisi Valeri Karpin hadisəni "bədbəxt hadisə" kimi şərh etdi.[5] "Spartak"ın keçmiş tanınmış qapıçısı Anzor Kavazaşvili futbolçunun səhvinin topu uzaqlaşdırmaq yerinə onu həmən dərhal tutacağına ümid etdiyi ilə izah etdi.[6] "MOİK" ilə növbəti oyunda Canayev yenidən topu tutmağa çalışıb öz qapısına salaraq səhv etdi və nəticədə klubu məğlub oldu.[7] Oyundan sonra Canayev komanda yoldaşlarından və klub azarkeşlərindən üzr istədi.[8] Bu iki səhv üzündən Canayevi Stipe Pletikosa ilə rəqabəti qazanmadığını, Rusiya pasportunun hesabına o yeri tutmaqda günahlandırılmağa başladılar.[9] Buna baxmayaraq, məşqçilər ştabı Canayevə etimad göstərdilər.[10]
Rusiya çempionatının 2010 mövsümündə Canayev yenidən "Spartak"ın əsas qapıçısı oldu. İkinci tur çərçivəsində "Zenit" klubu ilə qarşılaşmada (1:1) Canayev bir çoxlarının fikrincə bir neçə çox çətin topları xilas edərək görüşün ən yaxşı oyunçusu oldu.[11][12] 4 aprel 2010-cu ildə "Tom" ilə oyunda Canayev səhv etdi və nəticədə qapısına penalti təyin olundu; oyun 2:2 bərabərlik hesabı ilə bitdi.[13] Mayın 10-da "Alaniya" ilə oyunda Canayev 5 qol buraxdı.[14] Öncəki oyunda qolla nəticələnən səhv edən[15] Canayev iyulun 21-də keçirilən "Sibir" klubuna qarşı matçda o, ehtiyatda qaldı və "qırmızı-ağlar"ın qapısında Sergey Pesyakov durdu.[16]
Avqustun 27-də Canaevin "Terek"ə keçməsi məsələsi həll edildi, futbolçu yeni klubu ilə 2,5 illik icarə müqaviləsi bağladı və həmçinin "Terek"in qapıçısı Andrey Dikan "Spartak"a keçdi.[17][18]
23 oktyabrda Canayev "Saturn"a qarşı oyunda Tereklə debüt etdi; oyun "Saturn"un 1:0 hesablı qələbəsi ilə başa çatdı.[19]
20 dekabr 2012-ci ildə o, sonradan almaq hüququ ilə[20] "Alaniya"ya[21] icarəyə verildi.
2 sentyabr 2013-cü ildə Moskva klubuna qayıtdı və 27 nömrə altında "Spartak-2"-nin heyətində çıxış etməyə başladı.[22]
2014 -cü ilin qışında "Spartak"dan ayrıldı və "Rostov"la məşqlərə başladı. 2 iyul 2014-cü ildə klubla 3 illik müqavilə imzaladı.
2017-ci ilin yayında klubdan ayrıldı.[23] İyulun 14-də "Rubin"lə müqavilə imzaladı və 20 sentyabrda Rusiya kubokunun 1/16 mərhələsində klubla ilk oyununa çıxdı. 8 fevral 2019-cu ildə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edildi.[24] 27 fevralda Polşa yüksək liqasında çıxış edən "Medz" klubu ilə mövsümün sonuna qədər müqavilə imzaladı.[25]
15 iyul 2019-cu ildə RPL-in debütant klubu "Soçi" klubunun rəsmi "Twitter" səhifəsi Canayev ilə müqavilə imzaladığını elan etdi.[26]
Milli komanda karyerası
redaktə25 sentyabr 2009-cu ildə Almaniya və Azərbaycan komandaları ilə matçlar üçün Rusiya millisinin heyətinə çağırılmışdır.[27]
Sergey Rıjikovu əvəz edərək Rusiyanın ikinci milli komandasına qatılmışdır.[28]
Rusiya milli komandasında debütü 9 oktyabr 2016-cı ildə Kosta Rika millisi ilə yoldaşlıq görüşündə baş tutdu,[29] 90 dəqiqə meydanda oldu və 4 qol buraxdı.
Şəxsi həyatı
redaktə2019-cu ilin iyun ayında Vladiqafqazda Kristina Çerçesova ilə evləndi.[30]
İstinadlar
redaktə- ↑ 1 2 Soslan Dzhanaev // Transfermarkt (çd.). 2000.
- ↑ 1 2 Soslan Dzhanaev // As (isp.). Madrid: PRISA, 1967. ISSN 1888-6671
- ↑ "Сослан Джанаев: досье — Футбол — Sports.ru". 2014-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
- ↑ "«Спартак» проиграл «Крыльям Советов»". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-16.
- ↑ "Карпин: произошёл несчастный случай". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-16.
- ↑ "Кавазашвили: теперь «гол Джанаева» появился". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-16.
- ↑ "ЦСКА вырвал победу у «Спартака»". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-16.
- ↑ "Джанаев извинился перед болельщиками и одноклубниками". 2010-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.
- ↑ "Ещё не нокаут". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Родионов: мы доверяем Джанаеву". Archived from the original on 2010-04-02. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Слава Сослану". Archived from the original on 2010-03-24. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Промывание мозга". 2016-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "«Томь» сыграла вничью с московским «Спартаком»". Archived from the original on 2010-04-07. İstifadə tarixi: 2021-10-17.
- ↑ "«Спартак» потерпел разгромное поражение во Владикавказе". Archived from the original on 2010-05-13. İstifadə tarixi: 2021-10-17.
- ↑ "И снова поражение «Спартака»". Archived from the original on 2010-07-20. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Красно-белая жара". Archived from the original on 2010-07-23. İstifadə tarixi: 2021-10-17.
- ↑ "33-летний Андрей Дикань перебирается в столицу, а 23-летний Сослан Джанаев — в Грозный". 2010-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Минасов: Джанаев перешёл в «Терек»". Archived from the original on 2010-08-31. İstifadə tarixi: 2021-10-17.
- ↑ "«Сатурн» с минимальным счётом одолел «Терек»". Archived from the original on 2010-10-26. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Газзаев: «Алания» взяла Джанаева в аренду с дальнейшим выкупом". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Валерий Газзаев: "Мамаев мог оказаться в «Алании»". 2012-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Джанаев будет заявлен за «Спартак-2»". 2016-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "«Ростов» объявил об уходе Джанаева". 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Сослан Джанаев покидает «Рубин»". 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "Джанаев перешёл в «Медзь». Клуб — 13-й в чемпионате Польши". 2019-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-17.
- ↑ "«Сочи» объявил о трансфере Джанаева". sports.ru. 2019-07-15. 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-19.
- ↑ Хиддинк вызвал в сборную 23 футболистов Arxivləşdirilib 2009-09-27 at the Wayback Machine, Чемпионат.ру (25 сентября 2009)
- ↑ Джанаев заменит Рыжикова во второй сборной, Спорт-Экспресс (9 августа 2011)
- ↑ "Джанаев и Кутепов дебютируют в сборной России в матче с Коста-Рикой". 2017-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
- ↑ Сослан Джанаев женился на Кристине Черчесовой Arxivləşdirilib 2021-01-22 at the Wayback Machine, Просто про спорт (3 июля 2019)