Sonic The Hedgehog 16 Bit - Wikipedia
Sonic the Hedgehog (16-bit) (yap. ソニック・ザ・ヘッジホッグ Sonikku dza Xedzixoqqu, azərb. Kirpi Sonik)[4] — "Sonic Team" oyun kompaniyası tərəfindən 1991-ci ildə yaradılan, macəra oyunudur. İlk dəfə Şimali Amerika və Avropada 23 iyun 1991-ci l tarixində istehsal edilmişdi. Yaponiyada isə həmin ilin 26 iyul tarixində buraxılmışdı. Bu versiyada çoxlu sayda qrafikaların düzəlişi edilmişdi.[5]
Sonic the Hedgehog | |
---|---|
Yayımlayanlar | Sega |
Seriya | Sonic the Hedgehog |
Buraxılış tarixi |
Mega Drive/Genesis 23 iyun 1991 23 iyun 1991 23 iyun 1991 23 iyun 1991 26 iyul 1991 Game Boy Advance 26 noyabr 2006 Virtual Console 19 noyabr 2006 2 dekabr 2006 7 dekabr 2006 XBLA 11 iyul 2007 |
Janr | platform oyunu |
Proqramçı | Yuci Naka |
Rəssam | Naoto Oşima |
Texniki məlumat | |
Platformalar |
Sega Mega Drive[1][2] Game Boy Advance Android PlayStation 2 PlayStation 3 PlayStation Portable Microsoft Windows |
Oyun rejimi | birnəfərli oyun[3] |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | oyun kartrici[d], rəqəmsal distribusiya, rəqəmsal yükləmə[d] |
İdarəetmə | geympad, kompüter klaviaturası, kompüter siçanı, sensor ekran |
Vikianbarda əlaqəli mediafayllar |
"Sonic the Hedgehog" videooyunu tənqidçilər tərəfindən müsbət rəy qazanmışdır. Videooyunun istehsalı kommersiya cəhətdən müvəffəqiyyət əldə etmişdir. Bu isə oyunların hazırlanması ilə məşğul olan "Sega Mega Drive/Genesis" kompaniyasını məşhurlaşdırmış və "Kirpi Sonik" personajı bu kompaniyanın rəmzinə çevrilmişdi. Videooyunun məşhurluğu digər seriyaların yaradılmasına şərait yaratmışdı.
Hekayə
redaktəOyunun birinci seriyasında Kirpi Sonik (ing. Sonic) ilk dəfə olaraq Həkim Ayvo "Eqqman" (ing. Dr. Ivo Robotnik) Robotçu ilə üzləşir. Həkim Eqqman dünyanı ələ keçirmək üçün Sonikin dostlarını həbs edir və onlardan istifadə edərək, robotlarını bütün dünyaya yaymaq istəyir. Həmçinin, Həkim Eqqman "Haos Zümrüdləri"ni (ing. Chaos emeralds) ələ keçirməyə çalışır ki, öz qüdrətini daha da artıraraq dünyanı çox asan ələ keçirə bilsin. Bu səbəbdən Sonik öz dostlarını və dünyanı xilas etmək üçün ilk növbədə Eqqmanın robotları, sonda isə onun özü ilə mübarizə aparmalıdır. Hal-hazırda Sonik adadan çıxan yeganə sağ canlıdır. Adadakı bütün canlılar Eqqman tərəfindən ələ keçirilmişdir. Sonik dostlarını xilas etmək üçün 7 raunddan keçməlidir. Hər raundda Sonik "Üzüyə" bənzər xalları qazanmalıdır ki, məğlub olmasın. Raundlarda 50 xal qazandıqdan sonra xüsusi raunda düşərək bonus qazanır. Kirpi Sonikin kiçik boyuna baxmayaraq Eqqmanın qurduğu bütün çətinliklərinə üstün gələrək, adadan qaçırılan canlıları xilas etməyə başlayır. Oyunun sonuncu raundun başa çatmasından sonra Sonik Eqqmanın daxili laboratoriyasına hücum edir. Sonik və Eqqman üz-üzə gələrək mübarizə aparmağa başlayırlar. Həkim Eqqman Sonikə "Silindrik qutu" ilə transportasiya, yəni, həm yuxarıdan, həm də aşağıdan hücum edir. Bu zaman isə Kürəvi lazer şüaları meydana çıxır. Kürəvi lazer şüalardan qorunmaq üçün Sonik onların arasında dayanmalıdır. Mübarizənin çətin olmasına baxmayaraq Sonik Eqqmanın hücumlarını dəf edir və onu məğlub edir. Hekayənin sonunda Sonikin bütün dostları şənlik edirlər. Həkim Eqqman isə əsəbindən kartları sağa-sola fırlatmağa başlayır.
Oyun
redaktəSonic the Hedgehog videooyunu 2D qrafiki əsasında hazırlanmışdır. Süjetə görə Sonik ilk dəfə olaraq dünyanı ələ keçirməyə çalışan Həkim Robotçu ilə qarşılaşır. Həkim Robotçu bandik adlı robotlar hazırlamaq üçün müxtəlif heyvanlardan istifadə etməyə başlayır və qüdrətini artırmaq üçün Haos Zümrüdlərini əldə etməyə çalışır. Kirpi Sonik isə onun planlarını pozaraq, dostlarını xilas etmək niyyətindədir. Videooyunun əsas elementlərindən biri Sonikin qızıl üzüklər toplamasıdır. Bu üzüklər onu düşmənlərindən qoruyur. Üzüklərin sayı 100-ə çatarsa, Sonik can qazanır. Oyunçu rəngarəngli altı oyunu keçməlidir.
Raundlar | Ad | Tərcümə |
---|---|---|
1 | Green Hill Zone | azərb. Yaşıl Holm Zonası |
2 | Marble Zone | azərb. Mərmər Zonası |
3 | Spring Yard Zone | azərb. Tullanan Həyət Zonası |
4 | Labyrinth Zone | azərb. Labirint Zonası |
5 | Star Light Zone | azərb. Ulduz İşığı Zonası |
6 | Scrap Brain Zone | azərb. Kəsik Beynin Zonası |
Saundtrek
redaktə"Sonic the Hedgehog" videooyununun bəstəkarı Masato Nakamuradır. Videooyunun musiqiləri "J-pop" janrında ifa edən Yaponiyanın musiqi qrupu olan "Dreams Come True" tərəfindən ifa edilir. Musiqilərdə səs effektlərinin keyfiyyətli olmasından ötrü "Yamaha" firması tərəfindən hazırlanan "Yamaha YM2612" və "Texas Instruments" firması tərəfindən hazırlanan "Texas Instruments SN76489" adlı səsgeneratoru olan mikrosxemlərdən istifadə olunmuşdu.[6] İlk dəfə "Sonic the Hedgehog" və "Sonic the Hedgehog 2" seriyalarının musiqi albomunun çıxış tarixi videooyunun 20 illiyində Yaponiyada 19 oktyabr 2011-ci ildə baş tutmuşdur.[7] Musiqi albomu "Sonic the Hedgehog 1&2 Sountrack" (yap. ソニック・ザ・ヘッジホッグ 1&2 サウンドトラック Sonikku dza Xedzixoqqu 1&2 Saundotorakku) adı altında "DCT Records" tərəfindən istehsal olunmuşdur. Birinci disk orijinal musiqiləri, ikinci disk isə orijinal musiqilərin demo versiyalarını ehtiva edir. Üçüncü diskdə isə "Dreams Come True" qrupu tərəfindən ifa edilən "Sweet Sweet Sweet" (azərb. Şirin, Şirin, Şirin) mahnısı vardır.[8] Bu mahnının ingiliscə versiyası "Şirin arzular" (ing. Sweet Dream) kimi səslənir və həmin ildə ABŞ ifaçısı "Akon" tərəfindən mahnının remiks forması ifa edilmişdir. "Sweet Sweet Sweet" mahnısı "Sonic the Hedgehog" oyununun sonunda səslənir.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "STH1 Green Hill Zone 〜Mega Drive version〜" | 2:38 |
2. | "STH1 Marble Zone 〜Mega Drive version〜" | 2:08 |
3. | "STH1 Spring Yard Zone 〜Mega Drive version〜" | 2:10 |
4. | "STH1 Labyrinth Zone 〜Mega Drive version〜" | 2:08 |
5. | "STH1 Star Light Zone 〜Mega Drive version〜" | 2:26 |
6. | "STH1 Scrap Brain Zone 〜Mega Drive version〜" | 2:36 |
7. | "STH1 Final Zone 〜Mega Drive version〜" | 1:17 |
8. | "STH1 Special Stage 〜Mega Drive version〜" | 1:32 |
9. | "STH1 Power Up 〜Mega Drive version〜" | 0:58 |
10. | "STH1 1up 〜Mega Drive version〜" | 0:06 |
11. | "STH1 Title 〜Mega Drive version〜" | 0:11 |
12. | "STH1 All Clear 〜Mega Drive version〜" | 0:20 |
13. | "STH1 Stage Clear 〜Mega Drive version〜" | 0:09 |
14. | "STH1 Boss 〜Mega Drive version〜" | 1:23 |
15. | "STH1 Game Over 〜Mega Drive version〜" | 0:15 |
16. | "STH1 Continue 〜Mega Drive version〜" | 0:12 |
17. | "STH1 Staff Roll 〜Mega Drive version〜" | 2:03 |
18. | "STH2 Emerald Hill Zone 〜Mega Drive version〜" | 2:26 |
19. | "STH2 Chemical Plant Zone 〜Mega Drive version〜" | 2:10 |
20. | "STH2 Aquatic Ruin Zone 〜Mega Drive version〜" | 1:40 |
21. | "STH2 Casino Night Zone 〜Mega Drive version〜" | 2:18 |
22. | "STH2 Hill Top Zone 〜Mega Drive version〜" | 1:51 |
23. | "STH2 Mystic Cave Zone 〜Mega Drive version〜" | 2:07 |
24. | "STH2 Oil Ocean Zone 〜Mega Drive version〜" | 1:55 |
25. | "STH2 Metropolis Zone 〜Mega Drive version〜" | 1:49 |
26. | "STH2 Mystic Cave Zone (2P) 〜Mega Drive version〜" | 2:05 |
27. | "STH2 Casino Night Zone (2P) 〜Mega Drive version〜" | 1:55 |
28. | "STH2 Death Egg Zone (Part1) 〜Mega Drive version〜" | 2:10 |
29. | "STH2 Death Egg Zone (Part2) 〜Mega Drive version〜" | 2:18 |
30. | "STH2 Emerald Hill Zone (2P) 〜Mega Drive version〜" | 1:35 |
31. | "STH2 Sky Chase Zone 〜Mega Drive version〜" | 1:38 |
32. | "STH2 Wing Fortress Zone 〜Mega Drive version〜" | 1:59 |
33. | "STH2 Special Stage 〜Mega Drive version〜" | 1:47 |
34. | "STH2 Power Up 〜Mega Drive version〜" | 0:54 |
35. | "STH2 Title 〜Mega Drive version〜" | 0:12 |
36. | "STH2 All Clear 〜Mega Drive version〜" | 1:16 |
37. | "STH2 Boss 〜Mega Drive version〜" | 2:14 |
38. | "STH2 Super Sonic 〜Mega Drive version〜" | 1:16 |
39. | "STH2 Option 〜Mega Drive version〜" | 0:42 |
40. | "STH2 Staff Roll 〜Mega Drive version〜" | 2:41 |
41. | "STH2 Game Results 〜Mega Drive version〜" | 2:19 |
42. | "STH2 Unused Song 〜Mega Drive version〜" | 2:02 |
Ümumi müddət: | 67:51 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "STH1 Green Hill Zone 〜Masa's Demo version〜" | 2:37 |
2. | "STH1 Marble Zone 〜Masa's Demo version〜" | 2:14 |
3. | "STH1 Spring Yard Zone 〜Masa's Demo version〜" | 2:16 |
4. | "STH1 Labyrinth Zone 〜Masa's Demo version〜" | 2:08 |
5. | "STH1 Star Light Zone 〜Masa's Demo version〜" | 2:30 |
6. | "STH1 Scrap Brain Zone 〜Masa's Demo version〜" | 2:41 |
7. | "STH1 Final Zone 〜Masa's Demo version〜" | 1:24 |
8. | "STH1 Special Stage 〜Masa's Demo version〜" | 1:32 |
9. | "STH1 1up 〜Masa's Demo version〜" | 0:07 |
10. | "STH1 Title 〜Masa's Demo version〜" | 0:12 |
11. | "STH1 All Clear 〜Masa's Demo version〜" | 0:24 |
12. | "STH1 Stage Clear 〜Masa's Demo version〜" | 0:11 |
13. | "STH1 Boss 〜Masa's Demo version〜" | 1:29 |
14. | "STH1 Game Over 〜Masa's Demo version〜" | 0:22 |
15. | "STH1 Continue 〜Masa's Demo version〜" | 0:13 |
16. | "STH2 Emerald Hill Zone 〜Masa's Demo version〜" | 2:48 |
17. | "STH2 Chemical Plant Zone 〜Masa's Demo version〜" | 2:29 |
18. | "STH2 Aquatic Ruin Zone 〜Masa's Demo version〜" | 2:03 |
19. | "STH2 Casino Night Zone 〜Masa's Demo version〜" | 2:23 |
20. | "STH2 Hill Top Zone 〜Masa's Demo version〜" | 2:12 |
21. | "STH2 Mystic Cave Zone 〜Masa's Demo version〜" | 2:26 |
22. | "STH2 Oil Ocean Zone 〜Masa's Demo version〜" | 2:06 |
23. | "STH2 Metropolis Zone 〜Masa's Demo version〜" | 2:21 |
24. | "STH2 Mystic Cave Zone (2P) 〜Masa's Demo version〜" | 2:02 |
25. | "STH2 Casino Night Zone (2P) 〜Masa's Demo version〜" | 2:03 |
26. | "STH2 Death Egg Zone (Part1) 〜Masa's Demo version〜" | 2:18 |
27. | "STH2 Death Egg Zone (Part2) 〜Masa's Demo version〜" | 2:22 |
28. | "STH2 Emerald Hill Zone (2P) 〜Masa's Demo version〜" | 1:45 |
29. | "STH2 Sky Chase Zone 〜Masa's Demo version〜" | 1:49 |
30. | "STH2 Wing Fortress Zone 〜Masa's Demo version〜" | 2:08 |
31. | "STH2 Special Stage 〜Masa's Demo version〜" | 2:04 |
32. | "STH2 All Clear 〜Masa's Demo version〜" | 1:23 |
33. | "STH2 Boss 〜Masa's Demo version〜" | 2:16 |
34. | "STH2 Super Sonic 〜Masa's Demo version〜" | 1:21 |
35. | "STH2 Option 〜Masa's Demo version〜" | 0:40 |
36. | "STH2 Game Results 〜Masa's Demo version〜" | 2:19 |
37. | "STH2 Unused Song 〜Masa's Demo version〜" | 1:03 |
38. | "Theme of SONIC THE HEDGEHOG Demo" | 0:34 |
Ümumi müddət: | 65:15 |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "SWEET SWEET SWEET" | 5:15 |
2. | "SWEET DREAM" | 5:14 |
3. | "SWEET SWEET SWEET -06 AKON MIX-" | 4:41 |
4. | "SWEET DREAM -06 AKON MIX-" | 4:16 |
Ümumi müddət: | 19:26 |
"History of Sonic: Birth of an Icon" adlı sənədli filmdə Nakamura qeyd edir ki, bu trekləri videooyun kimi yox, film kimi bəstələmişdir. Lakin "Mega Drive/Genesis" konsolları yalnız 4-kartrayc səslə musiqiləri səsləndirirdilər. Bu səbəbdən Nakamura musiqilər üçün xüsusi səs effektləri hazırlamışdır. "Green Hill Zone"zonası üçün hazırlanan musiqi treki "ScrewAttack"[9] və "Computer and Video Games"[10] resenziyasına görə "Bütün videooyunların ən yaxşı musiqi treki" sayılır. Bu albomdan başqa videooyunda səslənən bir sıra kompozisiyalar "Sonic the Hedgehog 10th Anniversary (2001)" və "History of Sonic Music 20th Anniversary Edition (2011)" albomlarına daxil edilmişdi.
İstinadlar
redaktə- ↑ Dobson, Jason. "Sonic The Hedgehog Celebrates 15th Anniversary". Gamasutra. Think Services. 2006-06-23. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-27.
- ↑ "Sonic the Hedgehog Releases". Giant Bomb. 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
- ↑ Steam. 2003.
- ↑ "Videooyunun birinci hissəsi olmasına baxmayaraq onun adını çox vaxt "Sonic the Hedgehog 1", və ya sadəcə qısa olaraq "Sonic 1" adlandırırlar". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-01.
- ↑ "Sonic the Hedgehog (16-bit)" (ingilis). Sonic Retro. 2012-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2010.
- ↑ Kemps, Heidi. "Sega's Yuji Naka Talks!". GameSpy. IGN. 2006-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2006-10-23.
- ↑ POCS-21032~4 Sonic the Hedgehog and Sonic the Hedgehog 2 soundtrack Arxivləşdirilib 2016-03-28 at the Wayback Machine Vgmdb.net sayında, Yoxlanılıb: 18 avqust 2014
- ↑ "Update Japanese Sonic 1&2 Soundtrack's Tracklist Revealed". Screw Attack at Game Revolution. 11 February 2011. 7 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 June 2013.
- ↑ "Top 10 Video Game Themes Ever". ScrewAttack (ingilis). GameTrailers. 17 октября 2008. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-09.
- ↑ Kelly, Andy. "Video game soundtracks: The 100 best themes of all time (Part 1)" (ingilis). Computer and Video Games. 28 апреля 2012. 2012-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-09.
Xarici keçidlər
redaktə- Sonic the Hedgehog — Internet Movie Database saytında