Solanum Angustifolium - Wikipedia
Tikanlı quşüzümü (lat. Solanum angustifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Tikanlı quşüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Tikanlı quşüzümü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəRusiyanın Avropa hissəsində, Uzaq Şərqdə yayılmışdır.
Botaniki təsviri
redaktəHündürlüyü 30 -100 sm olan ulduzvari tükcüklərlə sıx örtülmüş bitkildir. Şaxələnmiş mil kökü 3 m-dək dərinliyə gedir. Gövdəsi, budaqları, saplaqları, çiçəyin kasacığı möhkəm, saman rəngli, uzunluğu 5–12 mm olan tikanlarla örtülmüşdür. Gövdəsi silindirik, oduncaqlı, çox budaqlı, bozumtul rənglidir. Bir bitkidə 70-dək budaq əmələ gələ bilər, kolun diametri 70 sm-ə çatır. Yarpaqları növbəli, uzun saplaqlı, dərin ikili lələkvari bölünmüş, uzunluğu 5-10 sm-dir. Çiçəkləri beş hissəli, salxımdadır. Çiçək tacı sarı, diametri 2-3 sm, hissələri lansetvari-yumurtavari, kasacığı yumurtavari-lansetvari hissəlidir. Bitki iyun-sentyabrda çiçəkləyir, avqust-oktyabrda meyvə verir. Meyvəsi bir yuvalı, şarşəkilli, yarımquru giləmeyvədir. Yetişdikdə meyvə çatlayır. Bir bitkidə 2000-ədək toxum olur. Toxumları tünd qonur və ya qara rəngli, yumru, yanlardan hamar, üzəri qırışlıdır. Quşüzümünün təzə yığılmış toxumları cücərmir, onlar 5-6 ay ərzində bioloji dinclik vəziyyətində olur, ancaq torpaqda qışladıqdan sonra cücərir.
Ekologiyası
redaktəİsti və işiqsevəndir. Bütün torpaq tiplərində cücərir, ancaq yumşaq, qələvili, gillicə və ya qumluca torpaqlara üstünlük verir.
Azərbaycanda yayılması
redaktəKiçik Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi
redaktəTaxıl bitkilərinin sahələrini, bostanları, bağları və otlaqları əhatə edir.