Soganliq - Wikipedia
Soğanlıq — Gürcüstan Respublikasının paytaxtı Tbilisinin İsani-Samqori inzibati-ərazi vahidində yerləşən Poniçala kəndinin qədim adı.
Soğanlıq | |
---|---|
ფონიჭალა | |
41°37′54″ şm. e. 44°55′02″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Tarixi və coğrafiyası | |
İlk məlumat | 1728 |
Mərkəzin hündürlüyü | 370 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Soğanlıq Tbilisi şəhərinin yaxınlıında yerləşən, əsasən azərbaycanlıların yaşadıqları bir kəndin qədim adıdır. Kənddə 5698 nəfər yaşayır. Ondan 2836-ı qadın, 2862-i isə kişidir. Əhalisi müsəlmandır. Soğanlıq qədim tarixə malikdir. Kəndin adının türk əsilli olması güman edilir. Aleksandr Puşkinin "Ərzuruma səfər" kitabında o bu kəndin adını hallandırır. 1970-ci illərin sonunda Gürcüstan Respublikasinda aparılan addəyişmə islahatlarına görə Soğanlığın qədim adı dəyişilərək "Poniçala" (gürcü dilində çala fonunda yerləşən yer deməkdir) qoyulur.
Tarixi
redaktə1725-1728-ci illərdə Osmanlı İmperiyası məmurları tərəfindən tərtib edilmiş "Dəftər-i müfəssəl-i əyalət-i Tiflis"-ə görə Tiflis əyalətinin Baratlı nahiyyəsində yerləşən Soğanlıq kəndində 23 ev vardır və burada 37 nəfər vergi ödəyən müsəlman yaşayırdı.[2]
Əvvəllər Tbilisi şəhərindən bir neçə kilometr aralıda yerləşən kənd, sonralar sənayeləşmə prosesi ərəfəsində bir tərəfdən Tbilisi, digər tərəfdən Rustavidə baş verən urbanizasiya nəticəsində bir çox sənaye müəssisələri ilə əhatə olunmuşdur. Soğanlığın coğrafi koordinatları belədir: 41° 38' 18 şimal enliyi, 44° 55' 20 şərq uzunluğu. Soqanlıq ərazisində Tbilisi Zoveterenariya İnstitutu və Kənd təsərrüfatı üzrə elmi tədqiqat institutu yerləşir. Özündə kənd görkəmini saxlamasına baxmayaraq Soğanlıq əslində şəhər mədəniyyətinin təsirinə məruz qalmışdır. Əhalinin bir hissəsi SSRİ vaxtı kənd təsərrüfatında məşğul olsa da, böyük bir hissə Tbilisidə fəaliyyət göstərən sənaye müəssisələrində çalışırdılar. SSRİ-nin tənəzlündən sonra Gürcüstanda yaranan iqtisadi bohran kənd əhalisindən də yan keçməmişdir. Tbilisidə mövcud olan yüksək işçsizlik əhalinin digər ölkələrə üz tutmasına səbəb olmuşduir. Soğanlıq 2007-ci ildən Tbilisi şəhərinin İsani-Samqori icmasına daxil edilib.
Kənddə bir orta məktəb fəaliyyət göstərir. SSRİ vaxtı tikilib istifadəyə verilmiş müasir tipli məktəb 1000 nəfər şagirdin təhsil almasına imkan verirdi. Son zamanlarda əhali artımının aşağı düşməsi ilə məktəblilərin sayı da azalmışdır. Tədrisdə istifadə olunan vəsaitlər əsasən Azərbaycandan gətirilirdi. Vaxtilə bu məktəbi bitirmiş gənclərdən bir qismi Azərbaycan ali məktəblərində təhsil almışlar. Onların arasında müəllimlər, mühəndislər, alimlər və akademik olmuşdur. Burada akademik İsa Kərimovun, Prof.Vuqar Əliyevin, Prof. Kamil Qəhrəmanovun, Dos.Hacı İsayevin, Dos. İbayət Məmmədovun, Dos. Akif Nuriyevin, Hacıbağır Allahverdiyevin, Dr.Rezo Əliyevin, şair Dəryeyinurun adlarını çəkmək olar.
İqtisadiyyatı
redaktəGürcüstan Sovetlər Birliyinin tərkibində olan zaman qəsəbədə fəaliyyət göstərən zavodlar insanlar üçün əsas iş yeri idi. 1991-ci ildə Sovetlər Birliyinin dağılmasından sonra qəsəbədə də bu imkanlar dağıldı. Əhali əsasən qoyunçuluqla, maldarlıqla və tərəvəzçiliklə məşğul olur. Kəndin yaxınlığında Gürcüstan dəmir yollarının eyniadlı dəmir yolu stansiyası yerləşir. Gürcüstanda yaşayan azərbaycanlılar arasında gürcü dilinə münasibətdə daha yaxşı mövqeyə malik olan kənd əhalisi siyasi cəhətdən də fəaldırlar. 2016-cı ilin Avqust ayından etibarən Gürcüstan hökuməti Aşağı Poniçalada davamlı şəkildə narkotik reydləri keçirir. 2018-ci ildə Gürcüstan Daxili İşlər Naziri Giorgi Qaxaria parlamentdə çıxışı zamanı Gürcüstanda narkotik ticarəti üçün əsas mərkəzlərdən birinin Poniçala olduğunu bildirib.[3]
İstinadlar
redaktə- ↑ https://web.archive.org/web/20201111231932/http://www.geostat.ge/index.php?action=page&p_id=2152&lang=geo.
- ↑ Tiflis əyalətinin müfəssəl dəftəri: Borçalı və Qazax, 1728-ci il. Giriş və tərcümənin müəllifi: tarix üzrə fəlsəfə doktoru Şahin Məcid oğlu Mustafayev. Bakı: "Pedaqogika" nəşriyyatı, 2001-ci il, səhifə 12
- ↑ "Gürcüstan qarabasması". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-27.