Smitsonit - Wikipedia
Smitsonit – Zn [CO3] - triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Smitsonit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
ZnCO₃ |
Strunz təsnifatı | Vb/A.02[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
redaktəDəmirli və manqanlı smitsonitlər.
Xassələri
redaktəRəng – ağ, rəngsiz, boz, sarımtıl, yaşılımtıl, narıncı, mavi, qəhvəyi, qırmızı, çəhrayı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,5; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə orta; Sınıqlar – qeyri-hamardan yarımqabıqvariyədək; Lüminessensiya – katod şüalarında çəhrayı; Morfologiya – kristallar: nadir rast gəlir; romboedrik, skalenoedrik; üzləri adətən əyilmiş və qeyri-hamar olur; Mineral aqreqatları: dənəvər, qabıq-, böyrək-, salxım- və torpaqvarı, sıx, şüşəyəoxşar, lifli, məsaməli, oyuqlu kütlələr, stalaktitlər.
Mənşəyi və yayılması
redaktəSfaleritsaxlayan filiz yataqlarının oksidləşmə zonasında rast gəlir, sfaleritin, damarlardakı karbonatların və ya filizyerləşdirən əhəngdaşlarının və dolomitlərin əvəzlənməsi yolu ilə əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: sfalerit, qalenit, malaxit, azurit, kalsit, serussit, hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Ledvill, Kolli, İnyu (ABŞ); Meksika; Sumeb (Namibiya); Monteponi və İqlesias (İtaliya); Dalneqorski (Rusiya); Açısay (Qazaxıstan) və b. Azərbaycanın bir sıra filiz yataqlarının (Filizçay, Katex, Katsdağ, Mehmana, Ağdərə, Gədəbəy, Novoqorelovski və b.) oksidləşmə zonasında qeyd olunan smitsonit tapıntıları mineraloji əhəmiyyət kəsb edir.
Tətbiqi
redaktəİri yığınlarının mühüm sink mənbəyi kimi böyük praktik əhəmiyyəti vardır.
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.