Slovakiyada Macarlar - Wikipedia
Slovakiyada macarlar (slovak. Maďari na Slovensku) — Ölkənin say baxımından böyük olan etnik azlığı. 2011-ci ilin siyahıya almağa görə olkədə Slovakiyada 458 467 min macar yaşayır. Bu isə ölkə əhalisinin 8,5 % təşkil edir[1]. Bu Ruminiya macarlarından sonra ikinci ən böyük macar diasporasıdır. Müstəqil Slovakiyadakı macarların sayı və ümumi əhaliyə olan nisbəti tədricən azalmağa meyllidir. Macarların çoxu ölkənin cənubunda, Macarıstanla sərhədə yaxın ərazilərdə yerləşən rayon və şəhərlərdə cəmləşmişdir.
Tarixi
redaktəMacar qəbilələri Ortadunay düzənliyini 1000-ci ildə nəzarətə götürürlər. Blaten knyazlığı və Böyük Moraviyanı fəth etdikdən sonra əhalisini assimiliyasiyaya uğratmışdır. Slovaklar yalnız Şimal Karpat bölgələrində mövcudluğunu qoruya bilirlər. Ancaq XVII əsrdə əsasən də Mohaç döyüşündən sonra Macarıstan ərazilərinin bir hissəsi osmanlıların əlinə keçir. Macarların da bir qismi Şimali Slovakiya ərazisinə köçmək məcburiyyətində qalır. Macarların işğal olumamış ərazilərinin paytaxtı Pojon (hazırkı Bratislava) türklərə qarşı daha uğurlu mübarizə aparan Habsburqların əlinə keçir. Avstriya imperiyası «parçala və hökmranlıq et» prinsipinə əsasən fəaliyyət göstərirdi. Slovakiya torpaqları yenidən 1867-ci ildən sonra rəsmi olaraq qanuniləşdirilmiş macar nəcibliyinə verilir. XIX əsrin sonuu — XX əsrin əvvəllərində Transleytan və Slovakiyada macarizasiya prosesi güclənir. Slovakiyada macarların sayı ümumi əhalinin 30 % təşkil etməyə başlayır. Bratislavada XIX əsrdə ümumi əhalinin 7,5 % macar idisə, 1910-cu ildə bu rəqəm 40,5 % çatırdı. Bu əsasən macarlaşdırılmış slovak, yahudi, qaraçı və almanların hesabına baş verir. Avstriya-Macarıstan imperiyası dağıldıqdan sonra macarların bir hissəsi Macarıstana köçürülmüşdür. Slovakiyada həyata keçirilən slovaklaşdırma siyasətinə uymaq məcburiyyətində qalaraq öz kimliklərini slovaklaşdırmışdır. ikinci dünya müharibəsi bitdikdən sonra iki ölkə arasında əhali mübadiləsi həyata keçirilir. Bunun sayəsində macarların sayı Slovakiyada azalır. Ancaq tam şəkildə (almanların Slovakiyadan köçürülməsi kimi) macarların köçürülməsi baş vermir. Halbuki bu məsələ masaya belə qoyulur. Çexslovakiyada macarlar çex və slovaklardan sonra 3-cü ən çoxsaylı xalq olur. Onların sayında artım orta əsrlərə nisbətdə zəif olsa da davam edirdi. Nəticədə saylarında təbii azalma gedir. Bu müstəqilik dönəmində də təbii olaraq baş verir.[2]
Əhalisi
redaktəMacarlar ölkənin iki regionunda çoxluluq təşkil edir: Komarno rayonu — 69,1 %, slovaklar — 27,1 % və Dunayska Streda — macarlar 83,3 %, slovaklar — 14,0 %. Slovakiyada dil qanunlarına görə macar dili əhalisinin 20 % macar olan rayonlarda rəsmi dil statusu alır. Mcar dilində qəzet, jurnal çap edilir və radio, televiziya fəaliyyət göstərir. Slovakiyada yaşayan macarların böyükk qismi iki dil bilir.
Siyasət
redaktəParlament seçkilərində macaraların böyük qismi Macar Koalisiyası və Most Partiyasına səs verir. Macarların Koalisiyası Partiyası Slovakiyanın Avro parlamentdəki 13 yerindən ikisinə sahibdir.
Tanınmış Slovakiya macarları
redaktə- Dyala Andraşi
- Balint Balaşşi
- Arminiy Vamberi
- Ernyu Qeryu
- Kolomon Qyuq
- Ede Zaturetski
- Anoş İştvan Yedlik
- Ladislav Yoja
- Ladislav Postum
- İmre Madaç
- Şandor Marai
- Yozef Moder
- Ferens Salaşi
- Andraş Fay
- Ferens II Rakosi
İstinadlar
redaktə- ↑ "TAB. 115 Obyvateľstvo podľa pohlavia a národnosti" (slovak). Český statistický úřad. 2011. 2016-03-05 tarixində orijinalından (xlc) arxivləşdirilib. İstifadə tarixi: 2015-10-25.
- ↑ А. О. Пеганов. "Венгерский вопрос в межвоенной Чехословакии (1918—1939 гг.): внешнеполитический и внутриполитический аспекты". Исторический журнал «Российские и славянские исследования» — история южных и западных славян, история России, Беларуси и Украины. 2010. 2012-04-07 tarixində arxivləşdirilib.