Skonto Stadionu - Wikipedia
Skonto_stadionu - Haqqında Məlumat
Skonto stadionu (latış. Skonto stadions) — Latviyanın paytaxtı Riqa şəhərində yerləşən futbol stadionu. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 9500 nəfərdir. Açılışı 28 iyun 2000-ci ildə olmuşdur. Latviya milli futbol komandası və "Riqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Skonto stadionu | |
---|---|
Yeri | Riqa, Latviya |
Açılış tarixi | 28 iyun 2000 |
Tamaşaçı tutumu | 9.500[1] |
Ev sahibi komanda |
Skonto FK (2000–2016) Latviya milli futbol komandası (2000–) Riqa FK (2016–) |
Meydançanın ölçüləri | 105x68 |
Ot örtüyü | Ot |
Vikianbarda əlaqəli mediafayllar |
Stadionda idman yarışlarından başqa, müxtəlif mədəni tədbirlər də keçirilir. Buna misal olaraq, Co Koker, Depeche Mode, Massive Attack, Metallica, Aerosmith və Elton Con kimi dünya ulduzlarının konsertlərini göstərmək olar.[2]
İstinadlar
redaktə- ↑ "First division clubs in Europe 2011/12" (PDF). UEFA.com. 2016-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-19.
- ↑ "Skonto stadions Riga Concert Setlists". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-20.