Siyavus Novruzov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Siyavuş Dünyamalı oğlu Novruzov (17 fevral 1969, Cəhri, Naxçıvan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V, VI və VII çağırış deputatı (2000-ci ildən), Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru.
Siyavuş Novruzov | |
---|---|
Vəzifədədir | |
24 noyabr 2000-ci ildən | |
Seçki dairəsi | II çağırış — proporsional III, IV, V və VI çağırış — 5 saylı Şahbuz–Babək VII çağırış — 2 saylı Şərur–Kəngərli |
1995 – 2005 | |
Əvvəlki | Vəzifə təsis edildi |
Sonrakı | Ramil Həsən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 fevral 1969 (55 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSiyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Cəhri qəsəbəsində anadan olmuşdur.[1]
Siyavuş Novruzov sərbəst güləş üzrə idman ustasıdır. 10 yaşından profesional idmanla məşğuldur. Hərbçilər arasında keçirilən yarışın qalibi olub.
1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini,1999–2002-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur.
1987–1990-cı illər SSRİ ordusunda xidmət etmişdir. 1990–1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə, həmçinin Sədərək döyüşlərində fəal iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır.
Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 16 fevral 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[2]
Ailəlidir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın həyat yoldaşıdır. İki övladı vardır.
Siyasi-ictimai fəaliyyəti
redaktə80-ci illərin sonlarından siyasətə qoşulan Siyavuş Novruzov "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirib.[3] 1990-cı ildən "Əlincə" Xeyriyyə Cəmiyyətinin şöbə rəisi, məsul katibi işləmişdir. 1994–1999-cu illərdə Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının İşlər müdiri, Təşkilat şöbəsinin müdiri vəzifələrində çalışmış, 1995–2005-ci illər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri olmuşdur.
2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə YAP-ın vahid seçki siyahısında 3-cü yerdə deputat seçilmişdir. 2005, 2010, 2015, 2020-ci illərdə isə majoritar qaydada 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. O, uzun müddət Milli Məclisin İntizam Komissiyasının sədri, İctimai Birliklər və Dini Qurumlar Komissiyasının sədri işləmiş, hal-hazırda isə Milli Məclisin Regional məsələlər üzrə iş komitəsinin sədridir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[4]
Təltifləri
redaktəAzərbaycan Respublikasının dövlət təltifləri
- "Şöhrət" ordeni — 16 fevral 2019
- 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 18 noyabr 2017
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2 fevral 2024
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
- "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — 8 sentyabr 2018
- "Azərbaycan Polisinin 100 illiyi (1918–2018)" yubiley medalı — 5 iyul 2018
- "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı — 9 iyul 2019
- "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919–2014)" yubiley medalı — 7 aprel 2014
- "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı — 26 mart 2009
- "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı — 14 avqust 2019
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı — 22 oktyabr 2019
Digər orden və medallar
- "General Cəmşid Naxçıvanski" yubiley medalı — 27 noyabr 2016 (Azərbaycan Respublikası Veteranlar Təşkilatı)[5]
- "Fədai" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi)[5]
- "Vətən naminə" medalı — 11 noyabr 2016 ("Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi)[5]
- "Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyi — 25 il" medalı — 10 oktabr 2019 ("Azərbaycan Vətən müharibəsi" Veteranları İctimai Birliyi)[5]
- "Əfqanıstanda döyüş əməliyyatlarının bitməsinin 25 illik xatirəsinə" medalı — 28 yanvar 2014 (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti)[5]
- "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 20 illiyi" medalı[5]
- "Vətənə sədaqət ordeni" — 14 sentyabr 2016 ("Rusiya Federasiyasının Silahlı Qüvvələrin Veteranlar" Ümum-Rusiya İctimai Birliyi)[5]
- "Vətənə xidmət ordeni" — 1 may 2015-ci ildə (Əfqanıstan Veteranlarının Rusiya Birliyi)[5]
- "Əfqanıstan müharibəsi veteranı" medalı — 26 iyun 2012 ("Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı" Ümum-Rusiya İctimai Təşkilatı)[5]
- "Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25 illiyi" medalı — 15 fevral 2014[5]
- "Döyüş qardaşlığı — veteranlar təşkilatı qarşısında xidmətlərinə görə" medalı — 2 fevral 2017[5]
- "Vətən qarşısında xidmətlərə görə" medalı — 15 fevral 2017 (Əfqanıstanın Veteranlarının Rusiya İttifaqı)[5]
İstinadlar
redaktə- ↑ "Siyavuş Novruzov: Mən Əfqanıstan və Qarabağ müharibəsi veteranıyam". 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
- ↑ "Siyavuş Novruzov". 2021-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-03.
- ↑ Siyavuş Novruzovun 46 yaşı tamam oldu
- ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Siyavuş Novruzov bu medalları hardan alıb?". pravda.az. 2020-08-26. (#cite_web_url)