Siyana Vasileva - Wikipedia
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı.
Siyana Vasileva | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası |
İdman növü | bədii gimnastika |
Həyatı
redaktəSiyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır[1].
Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir.
Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır.
Karyerası
redaktəGimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər. Bu, Avropa çempionatında Azərbaycan gimnastlarının qazandığı 3-cü medal olub[2].
Siyana qrup komandası tərkibində 2015 Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək.[3]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
- ↑ "Arxivlənmiş surət". 2015-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-10.
- ↑ http://az.baku2015.com/athletes/athlete=vasileva-siyana-1024193/index.html?intcmp=athletes-hub[ölü keçid]