Sisakan I Kotak - Wikipedia
Sisakan-i-Kotak — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası[1] və Böyük Ermənistanın[2] tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Müasir dövrdə Azərbaycan Respublikasının Zəngilan rayonu və qismən Cəbrayıl rayonunun ərazilərini əhatə edirdi.
Tarixi Qafqaz Albaniyası əraziləri | |
Sisakan-i-Kotak | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə |
Qafqaz Albaniyası Böyük Ermənistan |
Bölgə | Arsak |
İndiki adı | Gədəbəy rayonu |
Xəritədə yeri | |
Q. Qeybullayev, Qafqaz Albaniyası ərasizində müxtəlif formalarda bir neçə dəfə istifadə edilənSisakan, Şəki, Sakaşen/Şakaşen, Kusakan və Arsak toponimlərini həmin ərazilərdə yaşamış sak tayfasının adı ilə əlaqələndirir.[3] Eyni zamanda, akademik N.Y.Marr da Sisakan toponimində sak etnoniminin olduğunu qeyd edir.[4]
Coğrafiyası
redaktəSisakan-i-Kotak havarı Arsak vilayətinin cənubunda yerləşirdi. Havar, cənub-qərbdən Sünik vilayətinin Kovsakan havarı, qərbdən Sünik vilayətinin Baxk havarı, mial-qərbdən Sünik vilayətinin Haband havarı, şimaldan Arsak vilayətinin Myus-Haband havarı, şimal-şərqdən Arsak vilayətinin Paçkank havarı, şərqdə Paytakaran vilayətinin Vardanakert havarı, cənubdan isə Paytakaran vilayətinin Alevan havarı ilə sərhədlənirdi.[2]
Sisakan-i-Kotak havarının cənub və cənub-şərq sərhədləri Araz çayı boyunca, şimal şərq sərhəddi isə İşxanaget çayı (müasir adı Quruçay) boyunca keçirdi.[2]
Sisakan-i-Kotak, Haband və Myus-Haband havarlarının ərazilərinin kəsişdiyi yerdə Dizapayt dağı (müasir adı Ziyarət dağı) və Katarovəng monastırı yerləşirdi.[2]
İstinadlar
redaktə- ↑ Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш.В.Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца – Матенадаран. 1984. 2020-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
Вслед за этим он (Вачаган III Благочестивый) повелел жителям Арцаха, страны труднодоступной, находящейся под его властью, оставить обряды идолопоклонства и жертвоприношения, и поклонения скверным идолам.
- ↑ 1 2 3 4 Հակոբյան, Թադևոս. Հայաստանի պատմական աշխարհագրություն. İrəvan: İrəvan Dövlət Universiteti. 2007. səh. 241-242. (#accessdate_missing_url)
- ↑ Гейбуллаев, Г.А. К ЭТНОГЕНЕЗУ АЗЕРБАЙДЖАНЦЕВ (ИСТОРИКО–ЭТНОГРАФИЧЕСКОЕ ИССЛЕДОВАНИЕ). Баку: «Элм». 1991. səh. 49.
- ↑ Марр, Н. Я. Избранные работы, т. V. Москва-Ленинград. 1935. səh. 270.
«...саки, оставившие свое название в древней Армении и Севанского озера в области Sisakan»