Sirakuza Eyalet - Wikipedia
Sirakuza (it. Provincia di Siracusa, sic. Pruvincia di Sarausa) — İtaliyanın inzibati bılgüsündə, Siciliya muxtar regionuna aid əyalətdir. Sirakuza əyalətinin inzibati mərkəzi Sirakuza şəhəridir.
Sirakuza əyaləti | |||||
---|---|---|---|---|---|
it. Provincia di Siracusa sic. Pruvincia di Sarausa | |||||
| |||||
37°05′ şm. e. 15°17′ ş. u.HGYO |
|||||
Ölkə | İtaliyai | ||||
İnzibati mərkəz | Sirakuza | ||||
Bruno Martsiano | İcra başçısı | ||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1865 | ||||
Ləğv edilib | 4 avqust 2015 | ||||
Sahəsi | 2.108 km² | ||||
Saat qurşağı | +1 | ||||
Əhalisi | |||||
Əhalisi | 396 167 nəfər | ||||
Əhalinin sıxlığı | 188 nəfər/km² | ||||
Rəqəmsal identifikatorlar | |||||
FIPS kodu | 089 | ||||
Telefon kodu | 0931, 095 | ||||
Poçt indeksi | 96100, 96010—96019 | ||||
Avtomobil nömrəsi | SR | ||||
Rəsmi sayt | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəSirakuza əyaləti Siciliya adasının cənub-şərqində İon dənizinin sahilləri boyunca yerləşmişdir. Əyalətin kontinental hissəsini İbley dağları tutur. Ən yüksək nöqtəsi Monte-Lauro zirvəsi olub, dəniz səviyyəsindən 986 m hündürlükdə qərar tutmuşdur.
Əyalətin sahəsi 2109 km²olub, Siciliya adasının 8,2 %-ni təşkil edir. Əyalət şimalda Kataniya əyaləti, qərbdə Raquza əyaləti və şərqdə isə İon dənizi suları ilə əhatələnmişdir.
Əyalətin şimal hissəsi Siciliyada ən iri şay sayılan Simento çayı vadisinə aiddir. Simento çayı əyalətin bu nahiyəsinin kənd təsərrüffatı üçün mühüm əhəmiyyətə malikdir. Sirakuza əyalətinin mərkəzi Aqusta körfəzi nə aid olduğundan nisbətən urbanizasiya olunmuş nahiyəsi sayılır. Çənub nahiyəsi bataqlıq və karst relyeflərinə malikdir.
İnzibatı
redaktəİcmalar | Əhali |
---|---|
Sirakuza | 122.304 |
Auqusta | 36.482 |
Avola | 31.729 |
Lentini | 24.210 |
Noto | 23.799 |
Floridia | 22.655 |