Sinsinnati - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sinsinnati (ing. Cincinnati) — ABŞ-nin Ohayo ştatının cənub-qərbində, Hamilton dairəsində şəhər. Ohayo və Kentukki ştatlarının sərhədində, İndiana ilə sərhədə yaxın Ohayo çayında yerləşir. 1788-ci ildə Almaniyadan gələn mühacirlər tərəfindən qurulmuşdur. Əhalisinin, 2010-cu ilə görə, 296.943 nəfər (ABŞ-nin 55-ci ən böyük şəhəri), şəhərətrafı bölgələri – 2.155.137 nəfər (21-ci ən böyük) olması, Sinsinnatini ştatın ən çox məskunlaşdığı üçüncü şəhərinə çevirir; əhalinin təxminən 53% -i ağlardır.
Sinsinnati | |||||
---|---|---|---|---|---|
ing. Cincinnati | |||||
|
|||||
39°06′00″ şm. e. 84°30′45″ q. u.HGYO | |||||
Ölkə | ABŞ | ||||
Ştat | Ohayo | ||||
Rayon | Hamilton | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1788 | ||||
Əvvəlki adı | 1790-cı ilə kimi - Losantivil | ||||
Sahəsi | 204,589872 km² | ||||
Mərkəzin hündürlüyü | 147 ± 1 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Digər | |||||
cincinnati-oh.gov | |||||
Vikianbarda əlaqəli mediafayllar |
XIX əsrin əvvəllərində, Sinsinnati, ölkənin mərkəzində, ölçüsü və sərvət baxımından şərq sahilindəki şəhərlərlə rəqabət aparan ilk Amerika şəhəri idi. İlk böyük kontinental şəhər olaraq bəzən "ilk təmiz Amerika şəhəri" adlanır. Əvvəlcə, avropalıların və ya şərq sahilindəki şəhərlərin təsiri olmadan inkişaf etdi. Bu və ya digər şəkildə, XIX əsrin sonlarında, su nəqliyyatından dəmiryoluna keçid ilə, Sinsinnatinin inkişafı əhəmiyyətli dərəcədə yavaşladı və dənizdən uzaq bir başqa şəhər Çikaqo tərəfindən əhali və əhəmiyyət baxımından üstələndi. Əsasən 1850-1900-cü illər arasında qurulan Over-Reyn rayonu uzun illərdir Alman mühacirlərinin mərkəzi olmuşdur və hazırda ABŞ-nin Tarixi Yerləri Milli Reyestrinə daxil edilmiş ən böyük tarixi ərazilərdən biridir. Sinsinnati zəngin tarixi memarlıq kolleksiyası ilə tanınır.
Sinsinattidə Procter & Gamble, Kroger, Convergys, Chiquita, General Electrics Aviation, Macy's, Toyota North America, Kao Brands, Fifth Third Bank şirkətlərinin, habelə The United States Playing Card Company zavodunun baş ofisləri yerləşir.