Sinfi Emekdasliq - Wikipedia
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir.
Faşist dəstəyi
redaktəSinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir".[1] Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər.
Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür.[2]
Kommunistlərin müxalifliyi
redaktəKommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar.[3]
Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Bəzi marksistlər sinfi əməkdaşlığı sinfi mübarizə aparmayan aşağı sinfə mənsub olan təşkilatları təsvir edən alçaldıcı bir termin kimi istifadə edirlər. Bu mənada termin kollaborasionizm konnotasiyalarını özündə əks etdirir. Həmçinin, kommunistlər siniflər arasında mövcud ola biləcək bütün ittifaqları mütləq formada rədd etmirlər. Bəzi kommunistlər belə iddia edirlər ki, kəndli əhalisinin sıx olduğu ölkədə kommunizmə keçid burjua sinfinə qarşı birləşmiş iki sinfin, yəni kəndli və proletariatın ittifaqı nəticəsində əldə edilə bilər.[4] Mao Tszedunun Yeni Demokratiya konsepsiyası "kəndli, proletariat, xırda burjuaziya və burjuaziyadan olan milli və vətənpərvər ünsürlərin yeni bir sosialist cəmiyyətinin yaradılması üçün birgə fəaliyyət göstərməsinə" çağırır.
Digərləri
redaktəMüasir sosial-demokratiya (Üçüncü Yol) və bir millət mühafizəkarlığı (Tory) da sinfi əməkdaşlıq fikrini müdafiə edir.[5]
İstinadlar
redaktə- ↑ The Doctrine of Fascism // Enciclopedia Italiana. Rome: Istituto Giovanni Treccani. 1932.
- ↑ Griffin, R. "A. JAMES GREGOR. Mussolini's Intellectuals: Fascist Social and Political Thought. Princeton: Princeton University Press. 2005. Pp. x,282. $35.00". The American Historical Review. 110 (5). 2005-12-01: 1625–1626. doi:10.1086/ahr.110.5.1625-a. ISSN 0002-8762.
- ↑ https://www.marxists.org/history/usa/pubs/lrlibrary/09-LRL-class-collab.pdf Arxivləşdirilib 2024-01-17 at the Wayback Machine Şablon:Bare URL PDF
- ↑ V. I. Lenin. "How We Should Reorganise the Workers' and Peasants' Inspection". 23 yanvar 1923. 27 avqust 1999 tarixində arxivləşdirilib.
- ↑ R. J. Barry Jones, redaktorRoutledge Encyclopedia of International Political Economy. Routledge. 2002.