Sinergetika - Wikipedia
Sinergetika (q.yun. συν- — uyğunluq bildirən sözönü və ἔργον — "fəaliyyət") — elmi tədqiqatların kəsişdiyi sahə. Özünütəşkil əsasında təbiətin və ətraf mühitin vəziyyətini öyrənir. Özünütəşkil, təbiətin strukturlarının meydana gəlməsi, dayanıqlığı və məhv olması prosesini öyrənir. Məlumdur ki, fizikanın termodinamika qanunları zamanla entropiya arasında funksional asılılıq işarəsi qoyaraq, fiziki sistemlərin istənilən təkamülünün son həddinin xaos olduğunu bəyan edir. Başqa sözlə, bu qanunlar istənilən növ enerjinin ən axırda istilik enerjisinə çevrildiyini, istilik enerjisininsə təbii halında özgə heç bir enerjiyə çevrilmədiyini iddia edir ki, bu enerjinin də molekullara Broun prinsipinin tələbləri üzrə xaotik trayektoriya verdiyi məlumdur. Buna əsasən, termodinamika interpretatorları fiziki dünyadakı enerji çevrilmələri zəncirində istiliyin ən axırıncı həlqə olduğunu və xaotikliyin də inkişafın ən son struktur forması olduğunu iddia edirlər. Hətta termodinamikanın meydana gəlməsindən sonra fizika və fəlsəfədə «istilik ölümü» adlanan bir termin də meydana çıxdı ki, bu da termodinamikanın prinsipləri üzrə bütün kainatın gec-tez xaotik molekullar selinə çevriləcəyi proqnozları ilə əlaqədar idi. «Enerjinin itməməsi» kimi fundamental fizika aksiomunun meydana gəlməsində «Termodinamika» qanunlarının əvəzolunmaz rolu olduğu fiziklərə yaxşı məlumdur. Lakin iyirminci əsrin ortalarından başlayaraq bu prinsiplərin universallığı şübhə altına alınmağa başlandı. Bir sıra filosoflar iddia etməyə başladılar ki, bu qanunların işlək diapazonu yalnız qeyri-üzvi dünya çərçivəsilə məhdudlaşır və üzvi dünya bu prinsiplərdən istisna təşkil edirlər. Özü də təkcə istisna təşkil etməklə kifayətlənməyib, hətta onun əksinə, fəaliyyət göstərirlər. Belə ki, sinergetikanın prinsiplərinə görə – fiziki dünyada entropiyanın artımı, onun bioloji və sosial sistemlərdə azalması ilə kompensasiya olunur. Yəni, biosferada təkamül vektorunun oriyentasiyası biosistemlərin daha optimal təşkilinə doğru yönəlib. Başqa sözlə, istənilən bio və sosial sistem öz entropiyasının azalmasına doğru təkamül edir. Biosistem yalnız o fəaliyyətdən daxili rifah hissi keçirir, hansı ki, onun hüceyrələrinin daha mütəşəkkil forma almasına imkan verir, yardım edir.[1].
Sinergetika ilk əvvəldən elmlər arası sahə kimi meydana gəlib.
Ədəbiyyat
redaktə- H. Haken: "Synergetics, an Introduction: Nonequilibrium Phase Transitions and Self-Organization in Physics, Chemistry, and Biology", 3rd rev. enl. ed. New York: Springer-Verlag, 1983.
- H. Haken: Advanced Synergetics: Instability Hierarchies of Self-Organizing Systems and Devices. New York: Springer-Verlag, 1993.
- H. Haken: Synergetik. Springer-Verlag Berlin Heidelberg New York 1982, ISBN 3-8017-1686-4
- R. Graham, A. Wunderlin (Hrsg.): Lasers and Synergetics. Springer-Verlag Berlin Heidelberg New York 1987, ISBN 3-540-17940-2
- Аршинов В.И. Синергетика как феномен постнеклассической науки. – М., 1999. – 000 с. Arxivləşdirilib 2009-01-25 at the Wayback Machine
- Бородкин Л.И. Синергетика и история: моделирование исторических процессов // История и математика: Анализ и моделирование социально-исторических процессов / Ред. Малков С. Ю., Гринин Л. Е., Коротаев А. В. — М.: КомКнига/УРСС, 2007. — С.8-48.
- Василькова В.В. Порядок и хаос в развитии социальных систем: Синергетика и теория социальной самоорганизации. СПб.: Изд-во "Лань", 1999.
- Ельчанинов М.С. Социальная синергетика и катастрофы России в эпоху модерна. М.: КомКнига, 2005. ISBN 5-484-00216-8
- История и синергетика: Математическое моделирование социальной динамики. — М.: КомКнига, 2005. — 192 с. ISBN 5-484-00239-7
- Капица С.П., Курдюмов С.П., Малинецкий Г.Г. Синергетика и прогнозы будущего. — М., 1997. ISBN 5-354-00296-6
- Хакен Г. Синергетика. М.: "Мир", 1980. — 406с.
- Хакен Г. Синергетика. Иерархия неустойчивостей в самоорганизующихся системах и устройствах. М.: "Мир", 1985. — 423c.
- Чернавский Д.С. Синергетика и информация: Динамическая теория информации. Изд. 2-е, испр., доп. — М.: УРСС, 2004. ISBN 5-354-00241-9
Lüğətlər
redaktə- Синергетика[ölü keçid] / Новейший философский словарь
- Синергетика[ölü keçid] / Общая психология. Словарь
İstinadlar
redaktə- ↑ Данилов Ю. А., Кадомцев Б. Б. Что такое синергетика Arxivləşdirilib 2022-04-02 at the Wayback Machine?//Нелинейные волны. Самоорганизация — М., Наука, 1983.