Silindr Basligi - Wikipedia
Silindr başlığı - daxili yanma mühərriklərində mühərrik blokunun üst hissəsinə bərkidilir. Silindr bloku yanma kamerasinı yuxarıdan qapadığından, o yuxarıdan yüksək temperatura məruz qalır. Buna görə də, silindr blokunun soyudulmasına əhəmiyyət verilir. Şaquli quruluşlu mühərriklərdə silindr bloku qazın verilməsi üçün sorma və xaricetmə klapanlarını, onların idarəetmə sistemini (paylayıcı val) özündə yerləşdirir. Əlavə olaraq bu bloklarda alışdırma şamları (Otto mühərrikində) və ya püskürtmə ucluqları (Dizel mühərriki) quraşdırılır. Dolayı yolla püskürtmə sisteminə malik dizel mühərriklərində silindr blokunda əlavə yanma kamerası və közərtmə şamları olur. Kiçik mühərriklərdə silindr bloku kompakt hazırlandığı halda, böyük mühərriklərdə əlavə olaraq aralıq silindr blokundan istifadə edilir. Silindr bloku ilə mühərrik bloku arasında kipləşdirici aralıq qatı qoyulur və onlar boltlarla bir-biri ilə möhkəm bağlanır. Silindr bloklar mühərrikin növündən asılı olaraq çuqun və ya aliminiumdan hazırlanır.
Istinad
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.