Silahdar Omer Pasa - Wikipedia
Silahdar Ömər Paşa (ö. 1691) — IV Mehmed və II Süleyman səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Silahdar Ömər Paşa | |
---|---|
osman. سلحدار عمر پاشا | |
Əvvəlki | Mələk İbrahim Paşa |
Sonrakı | Çavuş İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzurum əyaləti, Osmanlı imperiyası |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəDoğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin silahdarlığına təyin edildi. Ardından 1664-cü ilin martında vəzir rütbəsi alaraq Misir bəylərbəyi oldu. Ancaq 28 yanvar 1667-ci ildə vəzifədən alındı. 1669-cu ilin yanvarında Diyarbəkir, 1672-ci ildə Ərzurum, 1675-ci ildə Van, 1677-ci ilin noyabrında isə Bağdad bəylərbəyi təyin olunub, 1681-ci ilin mayında bütün vəzifələrindən azad edildi. 1682-ci ildə yenidən Ərzurum, 1684-cü ilin oktyabrında yenidən Bağdad bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı. 1687-ci ilin sentyabrında yenidən Bağdad, 1688-ci ildə yenidən Diyarbəkir, 1689-cu ilin yanvarında yenidən Bağdad, 1690-cı ilin yanvarında yenidən Van, 1691-ci ildə isə yenidən Ərzuruma təyin olundu. Son təyinat yeri olan Ərzuruma çatar-çatmaz səhhəti pisləşdi və Almalı kəndi yaxınlığında vəfat etdi.
Mənbə
redaktə- Sicill-i Osmani IV, səh. 301