Sezai Temelli - Wikipedia
Sezai Temelli (15 iyul 1963, İstanbul) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı.[1]
Sezai Temelli | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Van 2023 — Muş |
23 iyun 2015 – 30 noyabr 2015 | |
Seçki dairəsi | iyun, 2015 — İstanbul (2.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyul 1963 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSezai Temelli 15 iyul 1963-cü ildə İstanbulda anadan olub. İstanbul Universiteti İqtisadiyyat Bölməsindən məzun olub. Həmin universitetin İqtisadiyyat Bölməsində PhD dərəcəsi alıb.[1]
Uzun illər İstanbul Universiteti Siyasi və İctimai Elmlər Bölməsində müəllim olaraq çalışıb.[1] 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra elan edilmiş fövqəladə vəziyyət (OHAL) dövründə — 2016-cı ildə tutduğu vəzifədən azad edilib.
2018-2020-ci illərdə HDP həmsədri olub.
İyun 2015-ci ildə İstanbul ilindən, 2018-ci ildə Van ilindən, 2023-cü ildə isə Muş ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 TBMM. "Sezai TEMELLİ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.