Seyidnise Seyidrzayeva - Wikipedia
Seyid-Nisə Seyid-Rzayeva (15 noyabr 1947, Bakı – 6 avqust 2015, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (2015).[1][2]
Seyidnisə Seyidrzayeva | |
---|---|
Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı | |
Doğum tarixi | 15 noyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 6 avqust 2015 (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | avtomobil qəzası[d] |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri namizədi (1980) |
Təhsili |
Həyatı
redaktəSeyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı 15 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1966-cı ildə Bakı şəhər 31 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1966–1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almışdır. Seyid-Nisə xanım təyinatla 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda işləməyə başlamışdır. O, 1980-ci ildə fizika-riyaziyyat elmləri namizədi,2015-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi almışdır. "Yarımkeçiricilər fizikası" üzrə dosent elmi adına layiq görülən Seyid-Nisə Seyid-Rzayeva ömrünün sonuna kimi Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır.[1]
Seyidnisə Seyidrzayeva 2015-ci il avqustun 6-da avtomobil qəzasında dünyasını dəyişmişdir.
- Elmi əsərlərinin sayı-73
- Xaricdə dərc olunan əsərlərinin sayı-32
- Beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) dərc olunan əsərlərinin sayı-21
- Dil bilikləri- Azərbaycan, Rus və İngilis
Əsas elmi nəticələri
redaktə1. Qadağan zonası olmayan HgTe və CdxHg1-xTe yarımkeçiricilərində kinetik effektlərin nəzəriyyəsini qurmuşdur. Bu nəzəriyyə HgTe və CdxHg1-xTe –un (x<0.16) keçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin temperatur asılılığında 30 K temperatur ətrafında minimumun yaranmasına aid eksperimenti izah edir.
2. Yarımkeçirici yarımmaqnit nanoboruda böyük radiuslu Frölix polyaronun nəzəriyyəsini qurmuşdur. Göstərilmişdir ki, sərbəst elektronlar və maqnit ionlarının lokallaşmış elektronları arasında mübadilə qarşılıqlı təsiri polyaronun əlaqə enerjisini və effektiv kütləsini azaldır.
Əsas elmi əsərləri
redaktə1. S. M. Seyid-Rzayeva. "İnfluence of the screeninq effect on polaron energy in a nanotube." Physika Scripta 85(2012), 035707, p. 1–5.
2. S. M. Seyid-Rzayeva. "Phonon-polaron effekt in diluted magnetic semiconducting nanotubes." Low dimensional systems and nano-structures. Physica Е 44 (2012), p. 1945–1949.
3. S. M. Seyid-Rzayeva. "Effect of screeninq on the phonon-polaron states in a nanotube of diluted magnetic semiconductor" Low temperature Physics, v. 39, No 6, (2013), p. 642–648
İstinadlar
redaktə- ↑ 1 2 Araz Yaquboğlu, Tələbə dünyası. Bakı: "Elm və təhsil", 2011.
- ↑ http://www.science.gov.az/forms/doktora-filosofii-instituta-fiziki/1530 Arxivləşdirilib 2020-01-14 at the Wayback Machine.