Seyid Mehemmedsadiq Tebatebai - Wikipedia
Seyid Məhəmmədsadıq Seyid Məhəmməd oğlu Təbatəbai (?-?) — Məşrutə hərəkatının üzvü, müctəhid.
Həyatı
redaktəSeyid Məhəmmədsadıq Seyid Məhəmməd Təbatəbainin oğludur.
1916-cı ilin mart ayının ortalarınadək Milli müdafiə komitəsinin İsfahanda ortalarınadək Milli müdafiə komitəsinin İsfahanda qalmış başçılarından Süleyman mirzə İskəndəri, Seyid Məhəmmədsadıq Təbatəbai, Seyid Həsən Müdərris, Süleyman xan Meykədə, Sərdar Mühyi, Azərbaycan mücahidlərinin başçılarından Əmir Heşmət Nisari, Məhəmməd xan Hüseynzadə 1500 nəfərə qədər jandarm, mücahid və köçərilərə mənsub olan silahlı dəstələrilə birlikdə İsfahandan hərəkət edərək, çox çətin şəraitdə Luristan yolu ilə aprel ayının əvvəllərində Qəsri-Şirinə gəlib çatdılar. Müvəqətti hökumət İran Demokrat partiyası başçılarından Vəhidülmülkü Berlinə, Etidaliyyun partiyasının sədri Seyid Məhəmmədsadıq Təbatəbaini İstanbula səfir təyin etdi.[1]
İstinadlar
redaktə- ↑ M.Y. Dövlətabadi. Tarixe müsair III cild. Səh. 358