Seyfulla Esedullayev - Wikipedia
Seyfulla Qüdrət oğlu Əsədullayev (19 iyun 1924, Ərçivan – 28 iyul 2011, Bakı) — ədəbiyyatşünas, əməkdar elm xadimi.
Seyfulla Əsədullayev | |
---|---|
tal. Әсәдуллајев Сејфулла Ғодрәти зоә | |
Doğum tarixi | 19 iyun 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 2011 (87 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyatşünas, yazıçı, pedaqoq |
Əsərlərinin dili | talış dili, Azərbaycan dili, rus dili |
Üzvlüyü | |
Mükafatları |
|
Həyatı
redaktəSeyfulla Qüdrət oğlu Əsədullayev 1924-cü ildə anadan olmuşdur. 1942–1945-ci illərdə Böyük Vətən müharibəsində iştirak etmişdir.[1] 1947–1949-cu illərdə Bakı Slavyan Universitetində təhsil almışdır. 1951-ci ildə ADPU-nu fərqlənmə diplomu ilə bitirmişdir. 1956–1959-cu illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində Filologiya fakültəsinin Rus sovet ədəbiyyatı tarixi kafedrasının aspirantı olmuşdur. 1959–1966-cı illərdə Azərbaycan Dillər İnstitutunda müəllim, baş müəllim, dosent, dekan müavini, fakültə dekanı vəzifələrində çalışmışdır.
1959-cu ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1971-ci ildə professor elmi adı almışdır.
1966-cı ildən BDU-da kafedra müdiri vəzifəsində işləmişdir (Rus ədəbiyyatı tarixi kafedrası (1967–1984); Müasir rus ədəbiyyatı kafedrası (1984–2011). Azərbaycan Yazıçılar Birliyinin, Beynəlxalq Ədəbi Tənqidçilər İttifaqının üzvü olmuşdur.
O, rus ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və rus-Azərbaycan ədəbi əlaqələrini tədqiq etmişdir.
20 monoqrafiya, 2 kitab və 500-dən artıq ədəbi-tənqidi məqalənin müəllifidir. Rəhbərliyi ilə 26 elmlər namizədi, 11 elmlər doktoru hazırlanmışdır.
Təltifləri
redaktəƏməkdar elm xadimi adına və "Şöhrət" ordeninə layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ "ƏSƏDULLAYEV SEYFULLA QÜDRƏT OĞLU" (PDF). http://bsu.az/ (az.). 2023-09-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-02.