Seyfeddin Eliyev - Wikipedia
Seyfəddin Vəli oğlu Əliyev (30 may 1930, Alışar, Naxçıvan MSSR) — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Entomologiya şöbəsinin", həmçinin "Cücülərin fauna və sistematikası" laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor.
Seyfəddin Əliyev | |
---|---|
Seyfəddin Vəli oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Alışar, Şərur rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | biologiya elmləri doktoru |
Elmi adı | Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü |
İş yeri | AMEA Zoologiya İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Həyatı
redaktəSeyfəddin Vəli oğlu Əliyev 30 may 1930-cu ildə Naxçıvan MR-in Şərur rayonunun Alışar kəndində ziyalı ailəsində anadan olmuşdur. O, 1937-ci ildə Alışar kənd 7-illik məktəbin I sinfinə getmiş, 1943-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il Naxçıvan Şəhər Tibb texnikumuna daxil olur. Oranı bitirdikdən sonra 1947-ci ildə Bakı şəhərinə gəlir, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Kimya-Biologiya fakultəsinə müvəffəqiyyətlə imtahan verib qəbul olur və 1951-ci ildə oranı bitirir.
Pedoqoji fəaliyyəti
redaktəSeyfəddin Əliyev institutu bitirdikdən sonra əmək fəaliyyətini 1952-ci ilin sentyabrına qədər Naxçıvan Maarif Nazirliyində pedoqoji kabinetin müdiri vəzifəsində, axşamlar isə 4 saylı şəhər fəhlə-gənclər orta kimya və biologiya müəllimi işləməklə davam etdirmişdir.
Elmi fəaliyyəti
redaktəO, 1952-ci ilin sentyabrında Bakıya gələrək, Azərbaycan EA Zoologiya İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır. 1961-ci ildə "Azərbaycanın gəmirici sovkaları" movzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1964-cü ildə müsabiqə yolu ilə baş elmi işçi vəzifəsinə, 1978-ci ildə "Pambıq sovkasının bioloji inkişafı" laboratoriyasına, 1986-cı ildə "Entomologiya" laboratoriyasına, 1988-ci ildə isə "Entomologiya" şöbəsinə müdir seçilmişdir. Yorulmaq bilməyən alim sovkalar üzrə tədqiqat işlərini davam etdirmiş və 1977-ci ildə Ukrayna EA Zoologiya İnstitunda "Azərbaycanın sovkaları" movzusunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru alimlik dərəcəsi almışdır. O, uzun illərin gərgin əməyi nəticəsində Azərbaycanda 716 növ sovkanın yayıldığını aşkar etmişdir ki, bunlardan 390 növü respublikanın sovka faunası üçün, 145 növü Cənubi Qafqaz, 67 növü isə keçmiş SSRİ ərazisi üçün yeni olmuşdur. S.Əliyevin entomologiya sahəsində yazdığı müxtəlif səpgili əsərlər xarıcdə yaşayan alimlər tərəfində yüksək qiymətləndirilmiş və bu əsərlər onu görkəmli alim kimi tanıtmışdır. O, 168 elmi əsərin, o cümlədən 3 monoqrafiyanın, təsərrüfat işçilərinə kömək məqsədilə yazılmış 4 kitabın, 3 elmi-kütləvi kitabçanın müəllifidir[1].
Əsas elmi əsərləri
redaktə- Azərbaycanın sovkaları
- Pambığın bar orqanlarına zərər verən sovkaları
- Azərbaycanın zərərli sovkaları
- Lənkəran zonasında aparılan zooloji tədqiqatlar və nadir heyvanların qorunması
- Naxçıvan MR-in heyvanlar aləmi
- Düşmənlərin düşmənləri, yaxud bizim dostlarımız
Elmi qurumlarda üzvülüyü, təltifləri və mükafatları
redaktə1975-ci ildə IX beşilliyin zərbəçisi adına mükafatına, 1986-cı ildə əmək veteranı medalına, 1993-cü ildə Beynəlxalq Corc Soros təqaüdünə və diplomuna layiq görülmüşdür. Entomologiya elminin inkişafında çoxillik fədakar əməyinə görə iki dəfə AMEA rəyasət heyəti tərəfindən Fəxri fərmanla təltif edilmişdir. O, Zoologiya və entomologiya elminin inkişafındakı nəaliyyətlərinə və xidmətlərinə görə 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik S.Əliyev Zoologiya institunda hazırda elmi şuranın, ixtisaslandırılmış müdafiə şurasının, "Heyvanlar aləminin qorunması, bərpası və istifadəsi" problemi üzrə birləşmiş elmi şuranın, institut redaksiya heyətinin, "Azərbaycanın faunası" və "Azərbaycan Zooloqlar Cəmiyyəti"nin əsərləri seriyası üzrə redaksiya heyətinin üzvüdür.
İstinadlar
redaktə- ↑ Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri. II cild (məqalələr toplusu). Bakı: Elm, 2010, (1060 s.) səh. 10–13