Seysler - Wikipedia
Seyşlər (fr. seiche – batma) — böyük göllərdə və körfəzlərdə xarici qüvvələrin təsiri ilə yaranan durğun dalğaları seyş adlandırırlar. Seyşlər durğun dalğalardır. Belə dalğalar hərəkət etmir, yalnız sakit vəziyyətdə tərəddüd edir. Suyun səthinin aşağı-yuxarı hərəkət etdiyi sahələr qarın adlanır. Bu zaman bəzi nöqtələrdə suyun səviyyəsi daima eyni vəziyyətdə qalır və yerini dəyişmir[1].
Onlara durğun dalğaların düyünləri deyilir. İlk seyşlər Cenevrə gölündə İsveçrə alimi Oqyust Forel (1848–1931) tərəfindən müəyyən edilmişdir. Seyş termini latın sözü olan "siecus"-dan (quru) yaranmışdır. Cenevrə gölündə suyun səviyyəsi aşağı düşərkən gölün quruyan dibi belə adlanırdı. Fransua-Alfons Forel göstərir ki, belə kiçik ölçülərə malik su hövzəsi üçün hündürlüyü 1,8 durğun (axmaz) dalğalar yaranır[1].
Seyşlərin yaranması ilk növbədə siklon və antisiklonlarla əlaqədardır. Siklon qapalı su hövzəsi üzərindən keçərkən bu su kütləsini tarazlıq səviyyəsindən çıxarır və su hövzəsinin sahillərində seyşlər yaranır. Bundan başqa seyşlərin yaranmasına qasırğalar, qəfildə qopan şiddətli küləklər zamanı təzyiqin az vaxt ərzində dəyişməsi, su hövzəsinin bir hissəsi üzərində düşən leysan yağışları, hövzənin bir hissəsi üzərində düşən leysan yağışları, hövzənin bir hissəsi üzərində düşən daşqın suları səbəb olur[1].
Hündürlüyü 4,5 metrə çatan ən yüksək seyşlər Nqasaki buxtasında (Yaponiya) yaranır. Yerli əhali onları abuku adlandırır. Onların hündürlüyü Balear adalarında (İspaniya) 3,0–3,5 metrə çatır və rissaqa adlanır[1].