Serenay Sarikaya - Wikipedia
Serenay Sarıkaya(1 iyul 1992[1][2][…], Ankara[2][1]) — Türkiyə aktrisası və modeli.
Serenay Sarıkaya | |
---|---|
türk. Serenay Sarıkaya | |
Doğum adı | Serenay Sarıkaya[3] |
Doğum tarixi | 1 iyul 1992[1][2][…] (32 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | aktrisa, kino aktrisası, televiziya aktrisası, model[d], gözəllik müsabiqəsi iştirakçısı |
Fəaliyyət illəri | 2006-cı ildən |
Boyu | 175 sm[3] |
Çəkisi | 53 kq[3] |
IMDb | ID3020763 |
Həyatı
redaktəİlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi. Bugüne qədər iki Altın Kelebek mükafatı da daxil olmaqla çox sayda mükafat qazandı .
İlk illəri və ailəsi
redaktəSerenay Sarıkaya 1 iyul 1992-ci ildə Ankarada Ümran Seyhan ve Mustafa Sarıkayanın övladı olaraq dünyaya gəldi. Ailəsi ilə Antalyada yaşayan Sarıkaya 7 yaşındaykən ana və atası ayrıldı. Atası başqa biri ilə evləndi. Bundan sonra anası ilə birlikdə İstanbulda yaşamağa başladı. Yanında atası olmadan böyüyən Sarıkaya bir müsahibəsində bu vəziyyət üçün "Xüsusilə inkişaf mərhələsində ata faktorunun bu qədər vacib olduğu bir qız uşağını atasız böyütmək böyük bir işdir. " dedi. O dövrdə Antalyada yaşayan və İstanbulda yaşamaq fikrinin qorxulu olduğunu söyləyən Sarıkaya anasına aktrisa olmaq istədiyini söylədikdən sonra İstanbula köçdü. Orta təhsilini Antalya Saime Salih Konca Liseyində tamamlayan Sarıkaya universitet təhsilini xaricdə bitirmək istədi, lakin universitet təhsili almadı. Uşaqlıqda aktrisa olmağı düşünməyən Sarıkaya model olmaq istəyib. Uzun müddət voleybol oynadı və bir müddət basketbolla maraqlandı. Bir müddət tennis də oynayan Sarıkaya karyerasından əvvəl Latın rəqsləri ilə də maraqlanırdı. 15 yaşında Çexiyada keçirilən Avropa Gənclik Gözəllik Yarışmasına qatılan Sarıkaya yarışmada münsiflərin xüsusi mükafatını aldıqdan sonra aktyorluq karyerasına başladı.